Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. == Məzmunu == Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. == Məzmun == Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. == İdarə etmə sistemin xüsusi qurğuları == Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsi ilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İctimai TV
İctimai Televiziya (ing. public broadcasting, alm. öffentlich-rechtlicher Rundfunk‎) — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai Televiziya
İctimai Televiziya (ing. public broadcasting, alm. öffentlich-rechtlicher Rundfunk‎) — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədi ilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsi ilə bilavəsitə əlaqə yaradılması. == Tarix == 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. == Üsulları == Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. == Anlayış == Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N.Danilevskinin, A.Toynbinin, P.Sorokinin, O.Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
İctimai hüquq
İctimai hüquq — hüquqi şəxslərlə hökumət arasında, dövlət daxilində müxtəlif institutlar arasında, hökumətin müxtəlif qolları arasında, habelə cəmiyyətə birbaşa aidiyyəti olan şəxslər arasında münasibətləri tənzimləyən hüquq hissəsidir. İctimai hüquq konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir. Fərdlər arasında münasibətlərə aid qanunlar xüsusi hüquqa aiddir. İctimai hüququn idarə etdiyi münasibətlər asimmetrikdir və qeyri-bərabərdir. Dövlət orqanları (mərkəzi və ya yerli) şəxslərin hüquqları ilə bağlı qərarlar qəbul edə bilər. Bununla belə, qanunun aliliyi doktrinasının nəticəsi olaraq, hakimiyyət orqanları yalnız qanun çərçivəsində hərəkət edə bilər. Hökumət qanuna tabe olmalıdır. Məsələn, inzibati orqanın qərarından narazı qalan vətəndaş məhkəməyə müraciət edə bilər. İctimai hüquq və xüsusi hüquq arasındakı fərq Roma hüquqşünası Ulpianın ( təxminən 170 – 228) ilk dəfə qeyd etdiyi Roma hüququna gedib çıxır. Daha sonra həm mülki hüquq ənənəsinə sadiq qalan ölkələrin, həm də ümumi hüquq ənənəsinə sadiq qalan ölkələrin hüquq sistemlərini görmək olar.
İctimai hərkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. == Elmi tərifi == İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. == Üfüqi hərəkətlilik == Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. == Şaquli hərəkətlilik == Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları - əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. == Əmək hüququ anlayışı == Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əməyin iqtisadiyyatı — muzdlu işçi bazarının fəaliyyəti və dinamikasını anlamağa çalışan iqtisadiyyat elminin bir sahəsidir. Əmək bazarları işçilərin və işəgötürənlərin qarşılıqlı fəaliyyəti nəticəsində çalışır. Daha dəqiqi deyərsək, əmək bazarının tələb tərəfini işəgötürənlər, təklif tərəfini isə işçilər təşkil edir.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.Sonradan əmək sosiologiyasının formalaşmasına iqtisadiyyat, riyaziyyat, statistika, fiziologiya və insan psixologiyası, hüquqşünaslıq və s.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Ətək (şəhər)
Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
İctimai hərəkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. == Elmi tərifi == İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. == Üfüqi hərəkətlilik == Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. == Şaquli hərəkətlilik == Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
İctimai iddia
İctimai iddia təkcə bir fiziki şəxsin başqa bir şəxsə qarşı qaldırdığı iddia deyil, həm də həmin fiziki şəxsin cəmiyyətə və ya bir təşkilatın müəyyən etdiyi təşkilat qanununun yaratdığı qanuni hüququ ilə əlaqədar təşkilata qarşı irəli sürülmüş və veriləcək qərar və ya qərarların yalnız iddianı açan şəxs üçün deyil, həm də ictimai mənada hər kəsi maraqlandıran işlərlə əlaqədar olaraq məhkəmənin sadəcə fiziki şəxs və yaxud da təşkilat haqqında veriləcək qərarlarına aid edilən işlərə verilən addır. Köhnə dildə dövlətin mühakimə olunması da adlandırılan ictimai iddia; cinayət işinin baş tutması üçün cinayət ittihamının məhkəmə orqanlarına təqdim edilməsi deməkdir. Dövlət cəmiyyət adından hər hansı cinayətkarı törətdiyi cinayətə uyğun olaraq məhkəmə qarşısına çıxarmalı, mühakimə etməli və məhkəmə prosesinə başlamalıdır. Bununla əlaqədar olaraq bu ittihama da ictimai iddia deyilir.
İctimai iqtisadiyyat
İctimai iqitsadiyyat (və ya dövlət sektoru iqtisadiyyatı) — dövlət siyasətinin iqtisadi səmərəlilik və bərabərlik prizmasından öyrənilməsidir. Dövlət iqtisadiyyatı rifah iqtisadiyyatı nəzəriyyəsinə əsaslanır və nəticədə sosial rifahı yaxşılaşdırmaq üçün bir vasitə kimi istifadə olunur. Dövlət iqtisadiyyatı, hökumətin iqtisadi bazarlarda iştirak etməsi və nə dərəcədə olması barədə düşünmək üçün bir çərçivə təmin edir. Mikroiqtisadi nəzəriyyə, dövlət müdaxiləsi olmadığı təqdirdə özəl bazarın səmərəli nəticələr verə biləcəyini qiymətləndirmək üçün istifadə olunur; Bu iş dövlət vergi və xərclərinin təhlilini əhatə edir. Bu mövzu müxtəlif mövzuları əhatə edir, xüsusən də ictimai mallar, xarici təsirlər və qeyri-kamil rəqabət və dövlət siyasətinin yaradılması və həyata keçirilməsi kimi bazar uğursuzluqları.Ümumi texnika və mövzular aşağıdakılardır: dövlət maliyyəsi nəzəriyyəsi və tətbiqi dövlət siyasətinin təhlili və inkişafı vergilərin bölüşdürülməsinin və dövlət xərclərinin təsiri bazar iflasının təhlili və dövlət iflası.Diqqət ideologiyadan fərqli olaraq analitik və elmi metodlara və normativ-etik təhlillərə yönəldilmişdir. Əhatə olunan mövzu nümunələri: vergi yükü optimal vergitutma və ictimai mal nəzəriyyəsi. == Bazar uğursuzluqları == Səmərəli və ədalətli bazarların təmin edilməsində hökumətin rolu, yarana biləcək bazar uğursuzluqlarını həll etməklə böyük ölçüdə gücləndirilir. Dövlət iqtisadiyyatı, hökumətin bazar uğursuzluqlarını düzəltmək üçün nə vaxt və nə dərəcədə iqtisadiyyata müdaxilə etməsinə diqqət yetirir. Hökümətin müdaxiləsinə bəzi nümunələr arasında müdafiə kimi saf ictimai malların tədarükü, çirklənmə kimi mənfi xarici təsirlərin idarəedilməsi və asimmetrik məlumatlar kimi qeyri-kamil bazar şərtlərinin aradan qaldırılması yer alır. === İctimai mallar === Xalis mallar və ya kollektiv mallar iki xassəyə malikdir; rəqabət və istisna edilməməsi.
İctimai kapital
İctimai kapital — bir-biri ilə qarşılıqlı əlaqədə olan fərdi kapitalların məcmusu. İctimai kapital da fərdi kapital kimi əməklə kapital arasındakı istehsal münasibətlərini ifadə edir. Lakin fərdi kapitaldan fərqli olaraq ictimai kapital bütövlükdə proletar sinfi ilə bütövlükdə burjua sinfi arasındakı istehsal münasibətlərinin ifadəsidir. İctimai kapitalın hərəkəti fərdi kapitalların dövriyyəsinin nəticəsi olub, istehsal və tədavül sahəsində yaranır. İctimai kapital üç formada - pul kapital, məhsuldar kapital və əmtəə kapital formasında olur. İctimai kapitalın hərəkətinin məqsədi izafi dəfər mənimsəməkdir. İctimai kapitalın artması ilə istehsalın ictimailəşmə dərəcəsi də yüksəlir; bu, kapitalizmin əsas ziddiyyətini kəskinləşdirir, yeni ictimai-inqtisadi formasiyaya keçid hazırlayır. İstehsalın ictimai xarakteri ilə mənimsəmənin xüsusi kapitalist forması arasındakı ziddiyyət ictimai kapitalın təkrar istehsalına siklik xarkter verir və labüd ifrat istehsal böhranlarına səbəb olur.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). == Tarixi == Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. == Tərifi == K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. == İctimai malının əlamətləri == istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. == Nümunələr == Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
İctimai maliyyə
İctimai (mərkəzləşdirilmiş) və ya Dövlət maliyyəsi — dövlət və bələdiyyə orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş vəsaitlərinin formalaşdırılması və istifadəsi sistemi. Dövlət maliyyəsinə dövlət maliyyəsi və bələdiyyə maliyyəsi daxildir. Mərkəzləşdirilmiş maliyyə büdcə sistemi, eləcə də dövlət və bələdiyyə krediti ilə təmsil olunur. Dövlət maliyyəsi sahəsi hökumətin aşağıdakılara təsirindən ibarət üçtərəfli hesab olunur: Mövcud resursların səmərəli bölüşdürülməsi; Gəlirlərin vətəndaşlar arasında bölgüsü; eləcə də İqtisadi sabitlik.İqtisadçı Conatan Qruber dövlət maliyyəsinin geniş sahəsini qiymətləndirmək üçün çərçivə təklif etmişdir. Qruber dövlət maliyyəsini dörd əsas sual baxımından nəzərdən keçirməyi təklif edir: Dövlət iqtisadiyyata nə vaxt müdaxilə etməlidir? Hökumətin müdaxiləsinin iki əsas motivi var: bazarın uğursuzluğu və gəlir və sərvətin yenidən bölüşdürülməsi. Hökumət necə müdaxilə edə bilər? Müdaxilə etmək barədə qərar qəbul edildikdən sonra hökumət müdaxiləni həyata keçirmək üçün xüsusi alət və ya siyasət seçimini seçməlidir (məsələn, dövlət təminatı, vergi və ya subsidiyalar). Bu müdaxilələrin iqtisadi nəticələrə təsiri necədir? Müəyyən bir dövlət müdaxiləsinin empirik birbaşa və dolayı təsirlərini qiymətləndirmək üçün sual.
İctimai maraq
Ümumi maraq (və ya ictimai maraq ) düsturu bütövlükdə hesab edilən əhalini maraqlandıran və ona xidmət edən hərəkətlərin və ya qurumların məqsədini təyin edir. İlk dəfə Aristotel tərəfindən “ Siyasət adlı əsərində formalaşdırılmış, o vaxtdan bəri çoxsaylı mübahisələrin mövzusu olmuşdur.. == Qanun == “İctimai maraq hüququ” 1960-cı illərin sosial qarışıqlıqları zamanı və ondan sonra ABŞ-də geniş şəkildə qəbul edilmiş bir termindir. Bu, ABŞ Ali Məhkəməsinin hakimi olmamışdan əvvəl geniş ictimaiyyətin maraqları üçün vəkilliyi öz hüquqi praktikasına daxil edən Louis Brandeis tərəfindən nümunə götürülən ənənə üzərində qurulmuşdur. 1905-ci ildə məşhur bir çıxışında Brandeis vəkillik peşəsini tənqid edərək şikayət etdi ki, "bacarıqlı hüquqşünaslar böyük dərəcədə böyük korporasiyaların köməkçisi olmağa icazə verdilər və öz səlahiyyətlərini xalqın müdafiəsi üçün istifadə etmək öhdəliyinə məhəl qoymadılar." 1960-cı illərin sonu və 1970-ci illərin sonlarında çoxlu sayda Amerika hüquq fakültəsini bitirən məzunlar öz işlərində “müvafiqlik” axtarmağa başladılar – o dövrdə Amerika cəmiyyətində çox açıq şəkildə və qızğın müzakirə olunan sosial məsələlərə təsir göstərmək istəyirlər. Brandeisin istinad etdiyi "korporativ əlavələrdən" fərqlənmək üçün özlərini ictimai maraqların vəkilləri kimi təyin etdilər.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
İctimai nəqliyyat
İctimai nəqliyyat — əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat, müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. İctimai nəqliyyat vasitələrinə misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
İctimai seçim
İctimai seçim və ya ictimai seçim nəzəriyyəsi — “siyasət elminin ənənəvi problemlərini həll etmək üçün iqtisadi vasitələrin istifadəsidir”. Məzmununa siyasi davranışın öyrənilməsi daxildir. Siyasət elmində bu, özünə xidmət edən agentləri (seçicilər, siyasətçilər, bürokratlar) və onların qarşılıqlı təsirlərini araşdıran, müxtəlif yollarla - məsələn, standart məhdud yardım proqramı maksimumlaşdırma, oyun nəzəriyyəsi və ya qərar nəzəriyyəsindən istifadə etməklə təmsil olunan müsbət siyasi nəzəriyyənin bir alt hissəsidir. İctimai seçim təhlili kökündən müsbət təhlilə (“nədir”) əsaslanır, lakin tez-tez bir problemi müəyyənləşdirmək və ya konstitusiya qaydalarına (yəni konstitusiya iqtisadiyyatı) təkmilləşdirmələri təklif etmək üçün normativ məqsədlər üçün (“nə olmalıdır”) istifadə olunur . İctimai seçim nəzəriyyəsi eyni zamanda sosial seçim nəzəriyyəsi, fərdi maraqları, sərvət və ya səsləri birləşdirmək üçün riyazi bir yanaşma ilə sıx əlaqəlidir. Çox erkən iş hər iki aspektlə məşğul idi və hər iki sahə də iqtisadiyyat və oyun nəzəriyyəsi vasitələrindən istifadə edirdi. Seçici davranışı dövlət qulluqçularının davranışına təsir göstərdiyindən, ictimai seçim nəzəriyyəsi çox vaxt sosial seçim nəzəriyyəsinin nəticələrindən istifadə edir. Xalq seçiminin ümumi metodları da dövlət iqtisadiyyatına aid edilə bilər. == İnkişafı == Müasir ictimai seçim nəzəriyyəsinin başlanğıcı İsveç hökumətşünası Knut Wicksell'in (1896) , hökuməti siyasi mübadilə, bir xidmət üçün bir lütf kimi görən, vergilərlə xərcləri birləşdirən fayda prinsipini formalaşdırdığı idi. Bəzi sonrakı iqtisadi təhlillər, hökumətə “cəmiyyət üçün bir növ rifah funksiyasını maksimum dərəcədə artırmağa” çalışmış kimi davranmaq və iqtisadi subyektlərin xüsusiyyətlərindən fərqli olaraq, məsələn, iş kimi təsvir edilmişdir .