1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama.
□ İctihad etmək köhn. – gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək.
…Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar.
Yaxud, de görüm, müdiri-“Kəşkül”; Ünsizadə Səidi-məqul; Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət.
2. din. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna.
[Molla Bağır:] Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imammalı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən avama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun.