Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap olunan “İki od arasında” romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. == Məzmun == Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «İki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin - Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M.P.Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. == Ümumi məlumat == Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
Daşın Poeziyası (1977)
== Məzmun == Qədim ustalar daşları canlandırır, təkrarolunmaz poeziya abidələri yaradırdılar. Naxçıvan şəhəri, Möminə Xatun mavzoleyi. Teatr. Burada müasirlik qədim abidələrlə bir-birini tamamlayır. Əcəmi Naxçıvaninin heykəli. Film sənətkarlarımızın əli ilə cansız daşların gözoxşayan abidələrə çevrilməsindən bəhs edir. == Film haqqında == Filmdə Aqşin Əlizadənin musiqisindən istifadə olunmuşdur.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. == Təsvir == Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır. == İstinadlar == == Ədəbiyyat == Zamanov, Nadir.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
İki adası
İki (yap. 壱岐島) — Yaponiyaya məxsus olan Tsuşima boğazında yerləşən ada. Kyuşu adasından 20 km aralıda yerləşir. İnzibati cəhətdən Naqasaki prefekturası ərazisində yerləşir. Əsas yaşayış məntəqəsi İki şəhəridir. == Coğrafiyası == İki vulkan məşəlli ada olub Tsuşima adası ilə Kyusyu adası arasında yerləşir. Adanın sahəsi 138,5 km², şimaldan cənuba olan məsafə 17 km, şərqdən qərbə olan məsafə 15 km təşkil edir. Ən hündür nöqtəsi 213 m olan Takenosuci vulkanıdır. Sonuncu püskürmə 0,6–0,9 milyon il öncə püskürmüşdür. İsti Kurisio cərəyanının təsirinə məruz qalır.
Altmış iki
Altmış iki — say sistemində ədədlərdən biridir. Altmış birdən sonra, altmış üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 31 və 62 ədədlərinə qalıqsız bölünür.
Doxsan iki
Doxsan iki — say sistemində ədədlərdən biridir. Doxsan birdən sonra, doxsan üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. == Ümumi məlumat == Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
İki nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarmda. Məs.: Dilçilik: problemlər və mülahizələr.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
Daşın poeziyası (film, 1977)
== Məzmun == Qədim ustalar daşları canlandırır, təkrarolunmaz poeziya abidələri yaradırdılar. Naxçıvan şəhəri, Möminə Xatun mavzoleyi. Teatr. Burada müasirlik qədim abidələrlə bir-birini tamamlayır. Əcəmi Naxçıvaninin heykəli. Film sənətkarlarımızın əli ilə cansız daşların gözoxşayan abidələrə çevrilməsindən bəhs edir. == Film haqqında == Filmdə Aqşin Əlizadənin musiqisindən istifadə olunmuşdur.
On iki həvari
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. == 12 həvari == On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun" (Mark, 3:14–15). İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariotİuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
On iki imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. == İmamət inancı == İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).
On iki xəlifə
On iki xəlifə — İslam (həm Sünni, həm də Şiə) mənbələrində müsəlmanların sonuncu peyğəmbəri Məhəmməddən və Şiə mənbələrində həm də on iki imamlardan nəql olunan hədislərə əsasən Məhəmməddən sonra müsəlmanlara rəhbər olacaq on iki şəxs. On iki imam şiələrinə görə bu on iki xəlifə elə məhz on iki imamdır. == Şiəlikdə == (حديث مرفوع) حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : " يَكُونُ اثْنَا عَشَرَ أَمِيرًا ، فَقَالَ كَلِمَةً لَمْ أَسْمَعْهَا ، فَقَالَ أَبِي ، إِنَّهُ قَالَ : كُلُّهُمْ مِنْ قُرَيْشٍ " Cabir ibn Abdullah : " Nəbi (s) - nin : "(Bir dövürdə) on iki əmir olacaqdır. (O zamana qədər İslam əziz qalacaqdır)",- deyə buyurduğunu eşitdim."- demişdir. Yenə Cabir : Ancaq Peyğəmbərin söylədiyi bir kəliməni eşitməmişdim. Onu da atam (Səmurə) : "Rəsulillah (s) : - Bunların hamısı Qureyş-dəndir",- buyurduğunu dedi." حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي صلى الله عليه وسلم يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني ابن عبد الله الطحان عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على النبي صلى الله عليه وسلم فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش Bizə Kuteybə ibn Səid rəvayət etdi. (Dedi ki) : Bizə Cərir, Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi. Mən Peyğəmbər (s) - i (belə) buyurarkən eşitdim, deyib : Bizə Kifəa ibn Heysəm əl-Vasiti də rəvayət edib. Lafiz onundur. (Dedi ki) : Bizə Xalid (yəni ibn Abdullah ət-Təhhan) Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi.
İki-başlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. == Mənşə == Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
İki (film, 2009)
2 qısametrajlı bədii filmi rejissor Hacı Həsənov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film "RTV Prodüser Mərkəzi"ndə istehsal edilmişdir. Qarabağ mövzusunun işıqlandırıldığı filmdə hadisələr kəndin mühasirədə, atəş altında olduğu müddətdə baş verir. Filmdə əsas rolları Mehdi Kərimov, Amid Qasımov, Gülər Nəbiyeva, Firuzə Balayeva, Qabil Quliyev və Məqsudə Əliyeva ifa edirlər. == Məzmun == Filmin baş qəhrəmanı Cəfər (Mehdi Kərimov) öz müəlliməsi (Gülər Nəbiyeva) və bacısı (Firuzə Balayeva) tərəfindən mənəvi-psixoloji təzyiqlərə məruz qalır. Buna səbəb isə müəllimənin məktəbdə yeni bir qayda qoyması olur: Dərsdən qeyri-kafi alan şagirdin boynundan ağ vərəqə yazılmış qiymət — "2" rəqəmi asılacaq və bu şagird böyük tənəffüsdə məktəb meydançasında gəzişərək, başqalarının kinayə və atmacalarına dözməli olacaq. Eyni zamanda ibtidai sinfin şagirdləri böyük siniflərin iki alan şagirdlərinin üzünə tüpürəcəklər. Amma böyük sinifdə Cəfərin böyük bacısı da təhsil alır və o iki alanda Cəfər bacısı və müəlliməsiylə qarşılaşmalı olur. Cəfər bacısı tərəfindən dözülməz basqılara, müəlliməsinin psixoloji təzyiqlərinə məruz qalır.Film sadalanan şəraitdə böyüyüb-başa çatmış Cəfərin (Amid Qasımov) təzə tikilmiş binaların gözətçisi postunda durması ilə başlanır. O, şəhərdə də rahatlıq tapa bilmir, ətrafındakılar tərəfindən incidilir.
İki Kamal türbəsi
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Daşqın
Daşqın — çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür.Daşğınlara nə səbəb olur Soyuq damla: yer səthinin istiliyi dənizlərə nisbətən daha soyuq olduqda baş verir. Bu fərq, böyük bir isti və nəmli havanın atmosferin orta və üst qatlarına qədər qalxmasına, leysan yağışlarına səbəb olur və nəticədə daşqınlar ola bilər. İspaniyada payızdan bəri baş verən illik bir fenomendir. Monzon: musson ekvatorial kəmərin yerdəyişməsi nəticəsində yaranan mövsümi bir küləkdir. Bunun səbəbi suyunkından daha sürətli olan yerin soyumasıdır. Beləliklə, yayda yer səthinin istiliyi okeandan daha yüksəkdir və bu da yer üzündəki havanın sürətlə yüksəlməsinə və fırtına yaratmasına səbəb olur. Külək hər iki təzyiqi tarazlaşdırmaq üçün antisiklonlardan (yüksək təzyiq sahələrindən) siklonlara (aşağı təzyiq sahələri) əsərkən, güclü bir külək daim okeandan əsir.
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Amfibiya maşın
Amfibiya daşıma, quruda təkərli və ya tırtıllı avtomobil, suda gəmi olaraq hərəkət etməyi bacaran nəqliyyat vasitəsidir. İkinci dünya müharibəsi dövründə əsas olaraq iki növü meydana çıxmışdır. ABŞ dəniz piyadaları korpusu üçün yaradılmış və daha çox tanka oxşayan LVT ilə quru qoşunlarının yardımı ilə yaradılmış həm rezin təkərli bir quru maşını, həm də pərli gəmi kimi işləyə bilən DUKW hesab olunur. Amfibiya maşınlarına oxşamasına rəğmən Hoverkraft kimi hava yastıqlı nəqliyyat vasitələri amfibiya sinifinə girmir.
Başın transpalantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başın transplantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. == Etimologiya == (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Daşqın (1969)
== Məzmun == Kinolentdə respublikamızda güclü yağışlardan sonra çaylarda daşqınların əmələ gəlməsindən, onların qarşısını almaq üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Su Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Daşqın Ağayev
Daşqın Əliqulu oğlu Ağayev (21 noyabr 1987, Sumqayıt – 17 noyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Ağayev 1987-ci il noyabrın 21-də Sumqayıt şəhərində anadan olub. 1993-2004-cü illərdə Sumqayıt şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Daşqın Ağayev 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Daşqın Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Ağayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanlnda dəfn olunub.
Daşqın Gülməmmədov
Daşqın Gülməmməd oğlu Gülməmmədov (gürc. დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი; 12 sentyabr 1977, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Şadı, tanınmış ictimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, yazıçı, şair və publisist, 2002–2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti, 2008–2009-cu illərdə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru, 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Gürcüstan Qaydasız döyüş üzrə idman ustası (2011), Kik-boksinq üzrə beynəlxalq dərəcəli idman ustası (2012). 2013-cü il seçkilərində Gürcüstan prezidentliyinə namizəd. == Həyatı == Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstan SSR-in Marneuli (Sarvan) rayonunun, Qaçağan kəndində ziyalı ailəsində anadan olub. == Təhsili == 1983–1994-cü illərdə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbində təhsil alıb. 1994–1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (BSİPİ) Hərbi kafedrasında "Hərbi qoşun hissələrində şəxsi heyətlə siyasi işin aparılması" kursu üzrə hazırlıq keçib. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və Sosiologiya fakültəsini "Sosiologiya" ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi aləb. 2015-ci ildə Kiyev siyasi proqnozlaşdırma və İdarəetmə İnstitunun "Konfliktologiya" kursunu bitirib. 2019-cu ildə Kiyev Siyasi prespektivlər Akademiyasının "Siyasi texnologiyalar" kursunu bitirib. 2020-ci il 21 yanvar London İnsan Hüquqları Akademiyasının kursunu bitirib.
Daşqın Quliyev
Daşqın Nəcməddin oğlu Quliyev (20 dekabr 2001, Dəvəçi – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Quliyev 2001-ci il dekabrın 20-də Şabran şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Dasit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb.Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur.Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir. Daha çox plagioklaz və kvarsdan ibarət olan dasit adətən açıq rəngli, tez-tez ağdan açıq boza qədər rənglərdə olur. Hornblend və biotitlə zəngin dasit açıq bozdan açıq qəhvəyiyə qədər rənglərdə ola bilər.
Kaşin
Kaşin — Rusiya Federasiyasında yerləşən şəhər Tver vilayətinə daxildir
Yasin
Yasin — Məhəmməd peyğəmbərin adlarindan biri. Yasin - Quranda 36-cı sürə. "Ya" "ey" ədatını bildirir. Ərəb dilində hər bir hərfin zuburu və bəyyinəsi var, eləcə də hər bir səsə bir ədəd uyğundur. Zubur hərfin kağız üzərində yazılışı, bəyyinə isə tələffüz zamanı yazılışdan artıq çıxarılan səslərdir. "Sin" hərfinin zuburu "s", bəyyinəsi isə "in"-dir. "S" səsinə 60, "i" səsinə 10, "n" səsinə isə 50 ədədi uyğundur. Deməli "sin" hərfinin zuburu 60, bəyyinəsi 60-dır (10+50=60). Diqqət çəkən məqam ondan ibarətdir ki, ərəb dilində "sin" yeganə hərfdir ki, zuburu bəyyinəsinə bərabərdir.
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Co Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dastin Hoffman
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru. == Həyatı == Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir.
Dastin Tunes
Dastin Tunes (7 mart 1996) — Baham adalarını təmsil edən üzgüçü. Dastin Tunes Baham adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dastin Tunes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.71 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Daşqın Rzalı
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın İskəndərov
İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir.
Daşqın İslamov
Daşqın Alik oğlu İslamov (11 iyun 1993, Poladtuğay, Sabirabad rayonu – 29 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın İslamov 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın İslamov oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Poladtuğay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Şikarov
Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir. == Həyatı == Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir. === Təhsili === 1990-cı ildə Bakı şəhəri S.C.Pişəvəri adına 4 saylı Fars təmayüllü orta məktəbini başa vurub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik kursunu başa vurub. 1998-ci ildə İslamabadda, Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Diplomatik kursu bitirib.Daşqın Şikarov azərbaycan ingilis, türk, fars, rus və urdu dillərini akademik səviyyədə bilir.
Daşqın Şəfiyev
Daşqın Hidayət oğlu Şəfiyev (22 avqust 1989, Krasnodar – 5 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995–2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Əhmədov
Daşqın Əhmədov (azərb. Əhmədov Daşqın Qonsur oğlu‎) — "Azərbaycan Bayrağı" ordeni kavaleri. Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Əhmədov Daşqın Qonsur oğlu 1970-ci il 16 aprelda Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.1988-1990-cı illərdə hərbi xidmət keçmişdir. == Hərbi xidməti == Xocalı faciəsindən sonra 21 mart 1992-ci ildə Sabirabad rayon hərbi komissarlığına müraciət edərək könüllü olaraq Qarabağa döyüşə getmişdir. Daşqın Əhmədov Ağdam ətrafında gedən döyüşlərdə özünü cəsur komandir kimi göstərmiş, düşmənin 2 BMP-ni, 26 nəfər canlı qüvvəsini məhv etmişdir. 1992-ci il 4 sentyabrda Ağdamın Pircamal kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur. == Təltifi == Daşqın Əhmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Sərəncami ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Daşqın Əliyev
Daşqın Bəşir оğlu Əliyev (1976, Maniklu, DQMV – 12 mart 1997, Azərbaycan) — azərbaycanlı şəhid. == Həyatı == Daşqın Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayоnunun Maniklu kəndində anadan olmuşdur.Qaçqın düşdükdən sonra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşıblar. Tovuzun Əlibəyli, Vahidli kəndlərində döyüşmüşdür. 12 mart 1997-ci ildə Maraldağ yüksəkliyində minaya düşərək əmisi oğlu Elşən Əliyev ilə birlikdə şəhid olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Arşinya
Arşinya (fr. Archignat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 210 nəfərin (15–64 yaş arasında) 158 nəfəri iqtisadi cəhətdən, 52 hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə bu göstərici 69,8%) idi. Fəal 158 nəfərdən 133 nəfər (79 kişi və 54 qadın), 25 nəfər işsiz (9 kişi və 16 qadın) idi. 52 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 17 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə hərəkətsizdir.
İki Yoldaş adası
İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Mikoyan körfəzinin cənub-şərqində yerləşir. Bolşevik adasında 800 m aralıda qərarlaşır. İki Yoldaş adasından 3 km cənubda Sportivnıy adası yerləşir. == Təsviri == Ovalvari quruluşa malikdir. Şimal-qərbdən cənub-şərqəa doğru uzanır. Uzunluğu 1,2 km, eni 650 m təşkil edir. Adada gözlə seçiləcək hündürlük yoxdur. Maksimal hündürlüyü 8 metrə çatır.
İki qardaş adası (Dalneqorsk)
İki qardaş adası — Yapon dənizində, Rudnaya körfəzi yaxınlığında yerləşən kiçik iki ada. Sahildən 130 metr və Rudnoy Pristandan 3,7 km cənubda yerləşir. İnzibati cəhətdən Dalneqorski şəhər dairəsinin bir hissəsidir. Ada sudan kəskin şəkildə yüksələn iki qayadan (iki kekur) ibarətdir. Daşlar ümumi bir qayanın bir parçasıdır. Bəzən su ilə doludur və sahilə daşlarla bağlanır. Ən böyük qayanın hündürlüyü 23,2 m-dir. İki qardaş adası Rudnoy Pristan və Dalneqorskun simvollarından biridir. Yaz aylarında bir çox turist buranı ziyarət edir. 1995-ci ildə buraxılan 1000 rublluq əskinasındakı görüntü sayəsində geniş məşhurluq qazanmışdır.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. == Haqqında == "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.Əri də daxil olmaqla ona yaxın olan bir neçə insanın ölümündən sonra buddist rahibəsi olmuşdur.
Alisa güzgü arxasında
Alisa güzgü arxasında (ing. Through the Looking-Glass, and What Alice Found There) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" əsərinin davamı olaraq yazdığı və 1871-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. == Ədəbiyyat == Tymn, Marshall B.; Kenneth J. Zahorski and Robert H. Boyer (1979). Fantasy Literature: A Core Collection and Reference Guide. New York: R.R. Bowker Co. p. 61. ISBN 0-8352-1431-1. Gardner, Martin (1990). More Annotated Alice.
Alisa möcüzələr adasında
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Cəbhə Arxasında (1943)
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Dövlətlər arasında siyasət (kitab)
Dövlətlər arasında siyasət – Hans Morgentaunun yazdığı kitab. Bu kitab ilk dəfə 1948-ci ildə "McGraw-Hill" nəşriyyatı tərəfindən "Politics Among Nations. The Struggle for Power and Peace" adı ilə nəşr edilib, sonrakı illərdə isə dəfələrlə yenidən nəşr olunub. Əsər "McGraw-Hill" nəşriyyatının 2006-cı ildə nəşr olunan orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evində məxsusdur. Hans Morgentaun Çikaqo Universitetinin siyasi elmlər və müasir tarix üzrə mərhum professoru idi, həmçinin Çikaqo Universitetində Amerika Xarici Siyasətinin Araşdırılması Mərkəzinin mərhum direktoru idi. Hans Morgentaunun bu klassik əsəri realizmi beynəlxalq münasibətlərə dair düşüncənin fundamental üsulu kimi müəyyən etdi. Realizmin öz tənqidçiləri olsa da, "Dövlətlər arasında siyasət" əsərinin beynəlxalq münasibətlərə dair kurslarda istifadə olunmaqda davam etməsi onun hələ də böyük dəyər kəsb etdiyini göstərir. Bəziləri deyir ki, yarım əsr ərzində beynəlxalq münasibətlərin tədqiqi Morgentau ilə onun tərəfdarları arasında dialoqdan başqa bir şey olmayıb. Morgentaunun ideyaları ilə müxtəlif ölkələrdən olan alimlər arasındakı dialoq, – hətta beynəlxalq terrorçuluğun dünyada əsas problemə çevrildiyi bir dövrdə də, – 50 ildən sonra da zamana uyğun formada davam edir.
Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi. Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir. == Məqsədlər == İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır. == Keçirilmiş arışlar == == Medal cədvəli == 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
Artemisia araxina
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Casinda Ardern
Casinda Keyt Lorell Ardern (ing. Jacinda Kate Laurell Ardern ; d. 26 iyul 1980, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiyanın 40-cı Baş naziri (26 oktyabr 2017-ci ildən).
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Prunus araxina
Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür.