Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İshaqlı (Vərziqan)
İshaqlı (fars. ايشقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (5 ailə).
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
Ruhid İslamlı
İslamlı (Urmiya)
İslamlı (fars. اسلاملو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (110 ailə).
İslamlı (Üşnəviyyə)
İslamlı (fars. اسلاملو‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (80 ailə). Əhalisini kürdlər təşkil edir.
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Anar İsaxlı
İnallı (Nir)
İnallı (fars. ايناللو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (47 ailə).
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
Şimallı
Şimallı (ing. The Northman) — ssenarini İslandiya şairi və yazıçısı Sjon'la birgə yazan Robert Eqqersin rejissoru olduğu epik tarixi qorxu filmidir. Nikol Kidman, Anya Teylor-Coy, Björk, Ralph Ineson, İtan Houk və Willem Dafoe də baş rollardadır. 22 aprel 2022-ci ildə Focus Features tərəfindən nümayiş etdirilib.
İsalı (Gədəbəy)
İsalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. İsalı oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarında Qazax qəzasının Qıraq Salahlı kəndindən İsa adlı şəxs bir qrup ailə ilə birlikdə Gədəbəyə qaçmış və Qızıltorpaq adlı yerdə məskunlaşmışdı. Bir qədər sonra oraya köçürülən ruslar Saratovka və İvanovka kəndlərini yaratdılar. İsa isə öz övladları ilə oranı tərk edərək indiki kəndin ərazisində məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdı. Kəndin əhalisinin böyük əksəriyyəti İsanın oğullarının nəsilləridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 337 nəfər əhali yaşayır.
İsalı (Urmiya)
İsalı (fars. عيسي لو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (21 ailə).
İshal murdarçası
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Fransanın işğalı
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Küveytin işğalı
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır. 1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı. == Maliyyə borcu üzərində münaqişə == İran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir.
Kərkicahanın işğalı
Laçının işğalı
Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi.
Potinin işğalı
Rus ordusu tərəfindən Potinin işğalı — 2008-ci ildə Gürcüstan-Cənubi Osetiya qarşıdurmasının aktiv mərhələsində Gürcüstanın Poti şəhərinin rus ordusu tərfindən işğalı. Poti Qara dəniz sahilində Gürcüstanın iqtisadi cəhətdən əsas limanıdır. Poti dənizə çıxışı olmayan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kritik bir giriş nöqtəsidir. Rusiya təyyarələri 8 avqustda Potini bombalayır və liman iki gün bağlı qalır. Rusiya Hərbi Hava Qüvvələri 9 avqustda limana hücum edir. Rusiya hərbi gəmiləri 10 avqust 2008-ci ildə Poti də daxil olmaqla Qara dəniz sahilindəki Gürcüstan limanlarının yaxınlığında yerləşdirilir. Avqustun 11-də gürcü səlahiyyətliləri rus qüvvələrinin Potiyə daxil olduğunu, ancaq Rusiya yalnız kəşfiyyat missiyası göndərdiyini iddia edir. 12 avqustun səhərində, Rusiya prezidenti rus hərbi əməliyyatları dayandıracağını açıqladıqdan bir saat sonra bombardman səsləri eşidilir. Rus qoşunları Poti limanından keçərək onun ətrafında mövqelər tutur.. 12 avqustda Rusiya Qara Dəniz Donanmasının döyüş gəmiləri Poti limanına uğurlu basqın təşkil edir.
Qayaz İshaki
Ayaz İshaki (tatar. Ğayaz İsxaqıy, Гаяз Исхакый; 10 (22) fevral 1878, Yauşirmə[d], Kazan quberniyası, Rusiya imperiyası – 22 iyul 1954, Ankara, Türkiyə) — tatar yazıçı-publisisti, ictimai xadimi. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
Qorinin işğalı
Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi. Qori mərkəzi Gürcüstanda, Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir. Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir. 7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı. 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir. Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü. Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir. Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü. Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır. Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı.
Qrenadanın işğalı
Qrenadanın işğalı (ing. Operation Urgent Fury - Təcili Qəzəb) - 1983-cü ildə Karib hövzəsində yerləşən Qrenada adasının ABŞ və bir necə Karib hövzəsi ölkələri tərəfindən işğal edilərək, marksist hökumətin hakimiyyətin kənarlaşdırılması ilə nəticələnmiş hərbi əməliyyat. Soyuq müharibə dövründə Qərb yarımkürəsində baş vermiş ən böyük münaqişələrdən biri olaraq qəbul edilir. Qrenadanın işğalı eyni zamanda Amerika Birləşmiş Ştatlarının Vyetnam müharibəsindən sonra sərhədləri xaricində qoşulduğu ən böyük hərbi qarşıdurma olaraqda qəbul edilir.
Reynlandın işğalı
Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi. Birinci atəşkəs (11 noyabr 1918 - 13 dekabr 1918) Atəşkəsin ilk uzadılması (13 dekabr 1918 - 16 yanvar 1919) Atəşkəsin ikinci uzadılması (16 yanvar 1919 - 16 fevral 1919) Atəşkəsin üçüncü uzadılması (16 fevral 1919 - 10 yanvar 1920) 1920: Müttəfiq Reynlandın Ali Komissiyasının yaradılması (10 yanvar 1920, Versal Anlaşmasının bəndləri 428-431) 1930: 1930: 1925-26-cı il Lokarno müqaviləsi şərtlərinə əsasən müttəfiq birliklər geri çəkildi. 1936: 7 martda Hitlerin rəhbərliyi altında alman qoşunları tərəfindən Reynlandın remilitarizasiyası. Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi. Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi. Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı. Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi.
Kəlbəcərin işğalı
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. == Zəmin == Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Frakiyanın işğalı
Frakiyanın işğalı — Birinci Dünya müharibəsindən sonra Müttəfiq dövlətlər tərəfindən həyata keçirilmiş işğal prosesi. Mudros barışıq müqaviləsindən sonra Ədirnə–İstanbul dəmir yoluna nəzarət etmək üçün bir Fransa alayı Frakiyaya yerləşdirilmişdi. Fransa generalı Franşe d'Espre ilə Yunanıstan Baş naziri Venizelos arasında imzalanan müqavilə ilə Quləliburqaz–Xədimköy xətti Yunanıstan ordusunun işğalına buraxılmışdır. 14 yanvar 1919-cu ildə Xədimköydən Quləli və Burqasa qədər bütün dəmir yolu stansiyaları Yunanıstan qüvvələri tərəfindən işğal edilmişdir. San-Remo konfransında Müttəfiqlər Şərqi Frakiyanı Ədirnə ilə birlikdə Yunanıstana verməyə qərar vermişdilər. Şərqi Frakiyanın Yunanıstana veriləcəyi aydınlaşınca region xalqı həll yolunu Ankara hökumətində axtarmağa başlamışdır. 9 may 1920-ci ildə Ədirnədə toplanan Osmanlı imperiyasının Frakiya Paşalı Müdafiə Komitəsinin II konqresində Ədirnə və Şərqi Frakiyanın Yunanıstana verilməsini qəti şəkildə rədd edilmiş, ölkə ərazisini müdafiə etməyə qərar verilmişdir. Bu məqsədlə yerli əhalidən əsgər toplamaq və silahlı müdafiə tədbirləri görmək qərarı alınmışdır. Sevr müqaviləsinin imzalanmasını asanlaşdırmaq və Osmanlı imperiyasına həm faktiki, həm də qanuni olaraq son qoymaq üçün Yunanıstan ordusu Müttəfiq dövlətlərin təşviqi ilə həm Anadoluda, həm də Frakiyada hərəkətə keçmişdir. 20 iyul 1920-ci ildə başlayan Yunanıstan hücumunun sonunda Ədirnə 24 iyul 1920-ci ildə ələ keçirilmişdir.
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. == Hərbi əməliyyatlar və şəhərdə Osmanlı hakimiyyətinin yaradılması == Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.
Şamın işğalı
Şamın işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə baş vermiş olan Mərcidabık döyüşündə Qansu Qavrinin komandanlığı altında olan Məmlüklər ordusunu ağır məğlubiyyətə uğradan Yavuz Sultan Səlimin komandanlığı altında olan Osmanlı ordusu kampaniyanı davam etdirərək 27 sentyabr 1516-cı ildə Şam ətrafına, 3 oktyabrda isə şəhərin mərkəzinə daxil olmuşdur. Yavuz Sultan Səlimin komandanlığı altındakı Osmanlı ordusu 15 sentyabr 1516-cı ildə Hələbi tərk edərək Şam istiqamətində irəliləməyə başlamışdır. Sentyabrın 19-da Həmanı, 21-də isə Hümsü ələ keçirən Osmanlı ordusu, Mərcidabık döyüşündə həlak olan Qansu Qavrinin yerinə yeni sultan təyin etmək üçün Məmlük bəylərinin Şamdakı iclaslarının nəticəsiz başa çatmasını və bəylərin də 22 sentyabrda Qahirəyə getmələrini gözləmişdir. Osmanlı ordusu daha sonra kampaniyanın növbəti mərhələsini davam etdirərək sentyabrın axırlarına doğru Şamın kənar məhəllələrindən biri olan Məstabaya daxil olmuşdur. Şamdakı Məmlük əmiri Nəsirəddin Osmanlı tərəfinə keçən Xeyir bəyin təklifi ilə təslim olmuşdur. 3 oktyabr 1516-cı ildə isə Osmanlı ordusu Şamın mərkəzinə daxil olur. Qəsri Ablakda Suriyadakı müxtəlif Məmlük qalalarının komandirləri, ərəb əmirləri və Livandakı druzlar Yavuz Sultan Səlimə təslimiyyətlərini təqdim etmişdirlər. Səlim; İsgəndərpaşazadə Mustafa bəyi Tərabülüs əş-Şama, Evrenosoğlunu Qüdsə, Müstənsiroğlunu isə Safedə sancaqbəyi təyin etmişdir. O, İbn əl-Hənəşi isə druzların başçısı təyin edir.
İsalı-i Heydərli (Urmiya)
İsalı-i Heydərli (fars. عیسی‌لوی حیدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (26 ailə).
İsalı-i Zəmi (Urmiya)
İsalı-i Zəmi (fars. عیسی‌لوی زمی‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (24 ailə).