İŞĞALÇI

is. Özgə torpaqlarını zorla tutan, işğalçılıq siyasəti yeridən (adam, dövlət və s.). Yadelli işğalçılara qarşı mübarizə aparmaq.
[Uluq bəy:] Elə dərs verərik işğalçılara; Bir də üz çevirməz bu şən diyara. A.Şaiq.
Azərbaycan xalqı heç bir zaman yadelli işğalçılara boyun əyməmiş, heç bir zaman öz mənliyini, öz milli vüqarını itirməmişdir. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞĞALÇI İŞĞALÇI (bir yeri ələ keçirən, tutan) [Qaraş] qəddar və işğalçı Şah Qaçan lənətlə yad edirdi (Ə.Vəliyev); CAHANGİR (böyük ölkələr istila edən) Elxan:
  • İŞĞALÇI istilaçı
İŞĞAL
İŞĞALÇILIQ

Digər lüğətlərdə