İSTİQBAL

is. [ ər. ]
1. Gələcək.
Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Çəmənzəminli.
[Nümayəndə:] Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! Ə.Haqverdiyev.

2. Gələn adamın qarşısına çıxma; qarşılama.
Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. M.S.Ordubadi.

□ İstiqbal etmək – qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək.
Görcəyin bizləri o sahibi-mal; Çıxıban dişrə etdi istiqbal. S.Ə.Şirvani.
Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş qohumu qəbul edəntək istiqbal edib, bir neçə gün ehtiram ilə müsafir saxladı. Ə.Haqverdiyev.
Əhməd … qayıdanda … necə istiqbal edəcəklərini də xəyalından keçirirdi. B.Talıblı.

İstiqbala çıxmaq – gələn adamın qabağına çıxmaq, qarşılamaq.
Livarcanın ağası Hacı xan iki oğlanları və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. M.S.Ordubadi.

3. köhn. Qrammatikada: gələcək zaman felinin adı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSTİQBAL 1. İSTİQBAL At və kəcavə ilə istiqbala gedənlərdən başqa piyada gedənlər də var idi (M.S.Ordubadi); GÖRÜŞ Qətibə Atabəyin görüşünə həddindən artıq bir
  • İSTİQBAL qarşılama
  • İSTİQBAL gələcək
İSTİQANLILIQ
İSTİQBALÇI

Digər lüğətlərdə