Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrina
İrina — ad.
Riskdən imtina
Riskdən imtina — iqtisadiyyat, maliyyə və psixologiyada istehlakçıların və investorların risk şərtləri daxilində müəyyən bir qərar verməyə meylini xarakterizə edən bir konsepsiya. Riskdən imtina bir investorun müəyyən bir nəticəni eyni ortalama gəliri ilə qeyri-müəyyən nəticəyə üstünlük verdiyi zaman danışılır. Məsələn, riskdən çəkinən bir investor, orta hesabla daha yüksək gəlir gətirən, həm də investisiyalarının bir hissəsini itirmə riski olan səhmlərə investisiya qoymaqdansa, pulunu aşağı, lakin zəmanətli faiz dərəcəsi ilə bank hesabına yatırma ehtimalı daha yüksəkdir. Riskdən imtina yüksək riskli maliyyə alətlərinə investisiya yatırmağı təsvir edən türevlərin və risk iştahasının qiymətləndirilməsində istifadə olunan risk neytrallığı anlayışları ilə sıx əlaqədardır. == Riskdən imtinanın riyazi modeli == Bir şəxsin pul riskində olmağı bir kommunal funksiyasından istifadə edərək təsvir edilə bilər. x {\displaystyle x} bir fərd üçün pul cəminin faydalılığı u ( x ) {\displaystyle u(x)} fayda funksiyası ilə ifadə olunsun. Ümumiyyətlə malların sayının artması ilə onların faydalılığının artdığına inanılır, buna görə də kommunal funksiyası artır. Faydalı funksiya fərqlənə bilərsə, artma xassəsi bərabərsizliklə ifadə edilə bilər u ′ ( x ) > 0 {\displaystyle u'(x)>0} . Riskə münasibət kommunal funksiyanın qabarıqlıq istiqaməti əsasında rəsmiləşdirilə bilər. Tərifə görə, bir kommunal funksiya, ∀ α ∈ [ 0 , 1 ] {\displaystyle \forall \alpha \in [0,1]} bərabərsizliyində bir konkav (qabarıq yuxarı) olur.
İmtina (iqtisadiyyat)
İrina Anastasiadi
İrina Anastasiadi — Yazıçı, tərcüməçi və publisist == Həyatı == 1968-ci ildə Tbilisidə anadan olub. Gürcüstanda "Xarici dillər" institutunu bitirib. 1993-cü ildə Yunanıstana miqrasiya edib. Hal-hazırda Sankt-Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin "Δρυίδες" (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabın müəllifidir. İrina Anastasiadinin "Günorta" hekayəsini Səid Əliyev tərcümə etmişdir.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. == Erkən həyatı == Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İrina Bekeşkina
İrina Bekeşkina (ukr. Ірина Ериківна Бекешкіна; 4 fevral 1952, İvdel, Sverdlovsk vilayəti – 20 mart 2020, Kiyev) – Ukraynalı sosioloq, siyasi və seçki sosiologiyası sahəsində mütəxəssis. 2010-cu ildən 2020-ci ilə qədər Demokratik Təşəbbüslər Vəqfinin direktoru idi. Ukrayna cəmiyyəti və siyasətinin öyrənilməsi sahəsində ixtisaslaşmışdı. Həm də tez-tez media şərhçisi və siyasət müdafiəçisi kimi çıxış edirdi. == Bioqrafiyası == Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini və Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə doktoru olmuşdur. "Fəlsəfi Düşüncə" jurnalının elmi redaktoru, Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən Ukrayna Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun elmi işçisidir. 1996-cı ildən Demokratik Təşəbbüslər Fondunun direktor müavini, 2001-ci ildən isə elmi məsləhətçisidir.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). == Albomları == «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
İrina Borodavko
İrina Borodavko (d. 4 noyabr 1979) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == İrina Borodavko, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
İrina Dzyuba
İrina Dzyuba (16 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Dzyuba Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. == Həyatı == 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
İrina Karavayeva
İrina Vladimirovna Karavayeva (18 may 1975, Krasnodar) — Rusiyanı təmsil edən batut gimnastı. İrina Karavayeva, 2000, 2004 və 2008-ci illərdə Rusiyanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında qızıl medal qazanan İrina Karavayeva, həmdə Dünya Çempionatlarında 12 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === İrina Karavayeva, 2000-ci ildə Rusiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karavayeva, 38.90 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu. === 2004 Afina Olimpiadası === İrina Karavayeva növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Karavayeva, 39.90 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı. === 2008 Pekin Olimpiadası === İrina Karavayeva sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Karavayeva, 36.20 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
İrina Siminyaqina
İrina Siminyagina (d. 29 noyabr 1984) — Azərbaycanı təmsil edən voleybolçu. İrina Siminyagina, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub. == Karyerası == İrina Siminyagina 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. İrina Siminyagina daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. İrina Siminyagina bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
İrina Skobseva
İrina Konstantinovna Skobseva (rus. Ирина Константиновна Скобцева) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artisti (1974). == Həyatı == İrina Konstantinovna Skobseva 22 avqust 1927-ci ildə Tula şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsinə daxil olmuşdur. Moskva Dövlət Universitetində təhsil aldığı illərdə tələbə teatrında müxtəlif rollar oynamışdır. Universiteti bitirdikdən sonra "MXAT" məktəb-studiyasına daxil olur və A.M. Qarayevin kursunda təhsil alır. İrina Skobsevanın kinoda debütü 1955-ci ildə Sergey Yutkeviçin çəkdiyi məşhur "Otello" filmindəki Dezdemona obrazı olur. Bu ilk dəfə kinoya çəkilən bir aktrisa üçün çox uğurlu başlanğıc idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır. 1957-ci ildə İrina Skobseva Kinoaktyor teatr-studiyasının aktrisası olmuşdur.
İrina Smolnikova
İrina Smolnikova (21 iyul 1980) — Qazaxıstanlı marafonçu. İrina Smolnikova Qazaxıstannı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İrina Smolnikova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 31 saniyəyə qət edərək 157 marafonçu sırasında 122-ci yeri tutdu.
İrina Tolkunova
İrina Tolkunova (d. 2 iyun 1971) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == İrina Tolkunova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra İrina Tolkunova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
İrina Vlax
İrina Fyodorovna Vlah (d. 26 fevral 1974-cü il, Komrat, Qaqauziya, Moldaviya SSR, SSRİ) — Moldova siyasətçisi, 2005-ci ildən Moldova parlamentinin deputatı. 23 mart 2015-ci ildən Qaqauziyanın seçilmiş başçısı.
İrina Volobuyeva
Ириİrina Georgiyevna Volobuyeva (ukr. Ірина Георгіївна Волобуєва; 23 may 1917, Poltava – 2006) — SSRİ və ukrayna şairə və tərcüməçisidir. Qırğızıstan əməkdar mədəniyyət xadimidir. SSRİ Yazıçılar İttifaqının üzvüdür (1948). == Həyatı == İrina Volobuyeva Poltavada, qulluqçu ailəsində anadan olub. 1938-ci ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbə ikən universitet qəzetində öz şeirlərini və alman və gürcü şairlərinin şeirlərini çap etdirib. == Yaradıcılığı == 1939-cu ildən İ.Volobuyeva Bakı almanax, qəzet və jurnallarında original və tərcümədə şeirləri çap olunur. O Azərbaycan Yazıçılar İttifaqına qəbul edilir. O Mingəçevir qəzetində məsul katib işləyərək Mingəçevir SES tikintisi haqqında materiallar dərc edir.
İrina Zaretska
İrina İqorevna Zaretska (4 mart 1996, Odessa) — Azərbaycanı təmsil edən karateçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. İrina Zaretska 2018-ci ildə İspaniyanın Madrid şəhərində baş tutan Dünya Çempionatının və 2021-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, Karate üzrə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycanlı qadın idmançı olub. İrina Zaretska 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının gümüş medalına sahib olub. İrina Zaretska həmçinin 2016-cı ildə Fransada və 2021-ci ildə Xorvatiyada Avropa Çempionatının qızıl medallarını qazanıb. İrina Zaretska 2014-cü ildən Dünya Karate Federasiyasının (WKF) "Karate-1" Pemyer Liqasında mübarizə aparır. 9 mövsüm ərzində o, 10 dəfə Premyer Liqanın qalibi olub. İrina Zaretska ümumi olaraq 21 dəfə (10 qızıl, 6 gümüş və 5 bürünc) Premyer Liqanın medallarına sahib olub — BƏƏ Premyer Liqasında 4 medala (2017-ci və 2022-ci illərdə qızıl, 2019-cu ildə gümüş, 2020-ci ildə bürünc), Niderland Premyer Liqasında 3 medala (2014-cü və 2017-ci illərdə qızıl, 2016-cı ildə bürünc), Almaniya Premyer Liqasında 2 medala (2016-cı ildə qızıl, 2018-ci ildə gümüş), Fransa Premyer Liqasında 2 medala (2017-ci ildə gümüş, 2020-ci ildə qızıl), Türjiyə Premyer Liqasında 2 medala (2015-ci ildə qızıl, 2021-ci ildə bürünc), Rusiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl, 2021-ci ildə bürünc), Misir Premyer Liqasında 1 medala (2015-ci ildə gümüş), Mərajeş Premyer Liqasında 1 medala (2018-ci ildə gümüş), Yaponiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), İspaniya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), Avstriya Premyer Liqasında 1 medala (2020-ci ildə bürünc) və Portuqaliya Premyer Liqasında 1 medala (2022-ci ildə gümüş) sahib olub. İrina Zaretska Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Karyerası ərzində 69 beynəlxalq yarışa qatılan İrina Zaretska onların 17-də qızıl medal, 13-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.
İrina Zilber
İrina Zilber (18 noyabr 1983) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Zilber Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina İlyenkova
İrina İlyenkova (10 aprel 1980) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == İrina İlyenkova Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İrina Şeyk
İrina Şeyk — Tatar əsilli rus supermodel. == Haqqında == İrina, Rusiyanın 6 yanvar 1986-cı ildə Emajelinsk şəhərində anadan olmuşdur. Onun atası şaxtaçı olmuş və ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anası Olqa musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, Emajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb. == Karyera == Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir.
İrina Şoroxova
İrina Andreyevna Şoroxova (rus. Ирина Андреевна Шорохова; 12 yanvar 1997-ci ildə anadan olub) — Rusiyanı təmsil edən qadın badmintonçu.