Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düriyyə Rəhimova
Düriyyə Rəhimova (15 mart 1929, Qımıl, Quba rayonu – 29 mart 2014, Dərbənd, Dağıstan) — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.