YORĞUN

sif. Çox işləmək, yerimək, hərəkət etmək və digər fəaliyyət nəticəsində yorulmuş, üzgün düşmüş. Yorğun adam. Yorğun at.
– Qışın soyuğunda da adam istəyir, girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur. C.Məmmədquluzadə.
Yorğun olduğumdan yatdıq gecəni; Səhər açılınca oyatdı məni. S.Vurğun.
Səməd əmisinin ardınca, yorğun addımlarla yemək otağına keçib stolun yanında oturdu. İ.Hüseynov.

□ Yorğun düşmək – yorulmaq.
[Xədicə] axırda yorğun və halsızca düşüb qaldı. S.Hüseyn.
Yorğun düşmüş qızlar yerlərinə girən kimi gözlərini yumdular. M.Hüseyn.

// məc. Keçirdiyi həyəcan və iztirablardan üzülmüş, üzgün düşmüş, yorulmuş.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YORĞUN YORĞUN (yorulmuş halda) İşdən sonra yorğun bir halda evə qayıtdıqda ev kişilər üçün gərək bir dincəlmək məkanı ola (Çəmənzəminli); HEYSİZ [Göyərçin:]
  • YORĞUN üzgün
YORĞANÜZÜLÜK
YORĞUN-ARĞIN
OBASTAN VİKİ
Yorğun (mahnı)
Yorğun - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Yorğun arzular (mahnı)
Yorğun arzular — azərbaycanlı müğənni Aygün Kazımova mahnısıdır. Mahnının sözləri Kübra Kərimliyə, musiqisi Emin Kərimiyə aiddir. 2007-ci ildə Aygün Kazımova Tofiq Bəhramov adına Respublika Stadionunda "Öpsən" adlı solo konsertində mahnını ifa etmişdir.
Xroniki yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. == Xəstəliyin klinikası == Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Yorğunluq sindromu

Digər lüğətlərdə

взбодри́ть дру́жка дру́жку моде́мный разгора́живание укола́чивать хадж шелуха́ щети́нки балли́ста имянарече́ние интерфе́йс пе́ня перерисо́вка подсмея́ться Ингирь шелужина clammy fretful gillion tallboy toughy underexpose вызубрить сентиментальный сякой