Təxminən 1450-ci ildə alman ixtiraçısı İohann Qutenberq çap dəzgahını icad etdi. O, Qərb mədəniyyətində baş və kiçik hərflərdən istifadənin əsasını qoydu.
Ancaq Qutenberqin istifadə etdiyi şrift olduqca mürəkkəb, sətirlərdə hərflərin qalınlığı müxtəlif idi (şaquli hərflər qalın, üfüqi hərflər isə nazik). O, qaz lələyi ilə yazını xatırladan hərflər yaratmışdı. Zahirən bu yazı çox qəşəng olsa da, oxunması olduqca çətin idi. İtaliyalılar bu şrifti nifrətlə qotik adlandırırdılar. Biz də indiyədək onu bu adla tanıyırıq.
Venesiyada işləyən italyan çapçı Aldo Manuzio olduqca nazik, zərif və azca maili olan yeni srift işləyib hazırladı. Bu şriftdən ilk dəfə 1501-ci ildə Qədim Roma şairi Vergilinin əsərlərinin nəşri zamanı istifadə olundu. Bu şrift kursiv, yəni iti yazmaq, adlanmağa başlandı. İndi ondan mətndə adi, maili olmayan şriftdən seçilsin deyə vacib sözləri xüsusi qeyd etmək üçün istifadə edirlər.
Kursivlə ayırmaq – sözlərə xüsusi məna vermək deməkdir. (Ayzek Azimov. Sözlərin tarixi)