Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Qənimət (teleserial)
Qənimət 24 iyun 2022-ci ildə Hubbard və Alan Yanq tərəfindən yaradılmış Amerika komediya televiziya serialıdır. Serialda baş rollarda Maya Rudolf, Mikela Rodriqez, Ron Funkes və Nat Fakson yer alır. == Aktyorlar və Personajlar == Əsas Molli Novak rolunda — Maya Rudolf Sofia Salinas rolunda — Mikela Rodriqez Nikolas rolunda — Kim Buster Hovard rolunda — Ron Funkes Artur rolunda — Nat FaksonQonaq David kanq Heyli rolunda — Dilan Gelula Kasinda rolunda — Kaitlin Relli Paul rolunda — Brendan Sanel Martin rolunda — Georgi Viner Renee rolunda — Kim VitleyDigər Novak rolunda — Skot Con Ronda rolunda — Migen Fay Ainsley rolunda — Stefan Stil Pyer rolunda — Oliver Martinez == Haqqında == 2021-ci ilin martında elan olundu ki, Alma TV+, Matt Hubbard və Alan Yanq tərəfindən yaradılmış Maya Rudolfun baş rolda oynayacağı adı açıqlanmayan komediya serialını sifariş edib. Mikela Rodriqez və Kim Busterdə serialın baş rolunda oynayacaqdı. Oliver Martinez noyabr ayında təkrarlanan rol üçün seçildi. Nat Fakson və Ron Funkes seriala ilk baxışdan sonra əsas aktyor heyətinin bir hissəsi kimi ortaya çıxacaqdılar. Baxış toplayıcı veb saytı Rotten Tomato, 42 tənqidçi rəyinə əsasən, 6,9/10 orta reytinqlə 81% bəyənmə reytinqi bildirdi.
Həlimə Abdullayeva
Abdullayeva Həlimə Yusif qızı (1928, Sərdarabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1950-ci ildə Şəmkir rayonunda üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Həlimə Sultan
Həlimə Validə Sultan (1576, Abxaziya – 1623, Konstantinopol) — I Mustafanın anası. Bəzi qaynaqlarda adı bilinmədiyi üçün Füldânə Sultan olaraq qeyd edilir. Validə sultanlıq dövrü az olmuş, oğlunun ikinci dəfə taxtdan endirilib sürgün edilməsi səbəbi ilə kədərdən vəfat etmişdir. == Həyatı == III Mehmedin hasəki qadınlarından biridir. Oğlu əqli cəhətdən zəif olduğu üçün sarayda önəmli rol oynamışdır. I. Mustafa taxta keçəndə nənəsi Safiyə Sultan hələ də sağ idi. Safiyə Sultan həm əri III. Murad, həm də oğlu III. Mehmed zamanında sarayda çox təsirli olmuş bir Validə Sultan idi. İki nəvəsinin də səltənətini gördü. Osmanlı adətlərinə görə padşahın nənəsi yox, anası Validə Sultan olaraq dövlətin ən qüdrətli qadını olmalı idi. Ancaq Safiyə Sultanın əri və oğlu dönəmində iqtidardakı gücü nəvələrinin dönəmində gəlinlərinin gücünə kölgə salırdı.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, əl-Cübeyl) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir. Elmi məqalələrin sayı - 224 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14 Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nailiyyətləri == İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir. Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) - maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938-1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948-1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası - Rüstəm Qulu oğlu Rüstəmzadə (1906-1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941-1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. Anası - Gülxar Əliyeva-Rüstəmzadə (1908-16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır.
Kelimutu
Kelimutu — İndoneziyada dağ. Geoloji olaraq yatmış vulkan. İndoneziya`nın Mərkəzi Flores Adasındakı Moni qəsəbəsinə 50`km yaxınlıqda olan bu zirvənin hündürlüyü 1639 metrdir. Kelimutu vulkanının ətrafında üç vulkanik göl vardır.Vulkanik aktivliklərdən sonra rəngləri dəyişən bu göllər krater xassəli göllərdir. Hansı rəngdə və nə vaxt dəyişəcəyini təxmin etmək mümkün olmayan bu göllər uzun illərdir turistlərin axınına səbəb olmuşdur. == Geologiyası == Vulkanda müxtəlif rəngli üç heyrətamiz zirvə krater gölləri var. Tiwu Ata Bupu (Qocalar Gölü) adətən mavi rəngdədir və üç gölün ən qərbindədir. Digər iki göl, Tiwu Ko'o Fai Nuwa Muri (Gənclər və Qızlar Gölü) və Tiwu Ata Polo (Sehrli və ya Sehrli Göl) ortaq bir krater divarı ilə ayrılır və adətən yaşıl və ya qırmızıdır. Gölün rəngləri dövri olaraq dəyişir. İki şərq gölündə baş verən aktiv yüksəlmənin ehtimal olunan səbəbi sualtı fumarollardır.
I Səlamət Gəray
I Səlamət Gəray (1558 – 1610) — 1608–1610-cu illər arasında Krım xanlığının hökmdarı idi. 1601-ci ildə Krım xanlığı daxilindəki daxili mübarizələrə görə Osmanlı imperiyasında qaçqın olaraq yaşamışdır. Daha sonra 1610-cu ildə Krımda öldü. Onun hakimiyyəti I Əhməd dövrünə təsadüf edir.
Xəlifət əl-xüləfa
Xəlifət əl-xüləfa -("xəlifələr xəlifəsi") Səfəvi-Ərdəbil təriqətinin geniş yayılmış nümayəndələr şəbəkəsinin başçısı idi (xüləfa - ərəbcə "xəlifə" sözünün cəm halıdır). Əslində o, Səfəvi təriqətinin bütün fəaliyyətini istiqamətləndirir və ona nəzarət edirdi. Öz nümayəndələrinin yaxşı təşkil edilmiş xidməti sayəsində Səfəvilər Azərbaycanı, indiki Ermənistan ərazisini, Kiçik Asiya və İranın şimal vilayətlərini əhatə edən geniş ərazilərə səpələnmiş qızılbaş tayfalarını öz tərəflərinə çəkib şiəlik bayrağı altına toplaya bildilər. Beləliklə, xəlifət əl-xüləfa idarəsi ŞeyxSəfiəddin tərəfindən əsası qoyulmuş "Səfəviyyə" təriqətinin teokratik təşkilatının qalığı idi. V.F.Minorskinin göstərdiyi kimi, hakimiyyətə gələn Səfəvilər ikili idarəçiliklə qarşılaşdılar, onlara başçılıq etdilər. Onlar "krallar kimi öz sələflərinin (əsasən, Ağqoyunluların) idarəetmə sistemini irsən qəbul etdilər. Onlar ilkin təriqətin ali başçıları kimi öz sufilərindən kor-koranə itaət tələb etdilər". Böhranlar dövründə onlar öz tərəfdarlarının "şahsevənlik" hisslərinə müraciət edirdilər, çox zaman tayfalararası didişmələri təriqət ardıcılları arasında hökm sürən, müridləri öz "mürşidi kamilinə" (yəni şaha) danışıqsız itaətə çağıran ən sərt intizam sayəsində yoluna qoyurdular. "Xəlifələrlə" yanaşı "ithaf olunanlar"ın "pirə" ("böyüklər, ağsaqqallar") adlanan daha bir kateqoriyası da var idi. V.F.Minorskinin fikrincə, "xüləfa" "xəlifət əl-xüləfanın" qısaldılmış formasıdır.
II Səlamət Gəray
II Səlamət Gəray (1691 – 1751, Bolqarıstan) — XXXVII Krım xanı.Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi. Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı. Xarici siyasətdə rus təsirini azaltmaq məqsədilə isveçlilərlə ittifaq qurmaq niyyəti olsa da, Rusiya ilə müharibəyə girişməkdən çəkinən Osmanlı sultanı bu ittifaqa qarşı çıxdı.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Keliman dağları
Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir. == Ümumi məlumat == Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc).
Kliment Timiryazev
Kliment Arkadyeviç Timiryazev (22 may (3 iyun) 1843, Sankt-Peterburq – 28 aprel 1920, Moskva) — Təbiətşünas-darvinist rus alim. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Kliment Voroşilov
Kliment Voroşilov (23 yanvar (4 fevral) 1881, Verxneye[d], Yekaterinoslav quberniyası[d] – 2 dekabr 1969[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Kəlimeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.