Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəndistan
Dehistan (fars. دهستان‎) — İranda inzibati ərazi vahidi. Bəxşlərin tərkibinə daxildir və bir neçə kənddən ibarət olur. İranın azərbaycandilli əhalisi arasında kəndistan da adlandırılır.
Bərdistan
Bərdistan— İranın Buşehr ostanının Dəyyer şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,198 nəfər və 1,135 ailədən ibarət idi.
Hindistan
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Kürdistan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, ; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Ərdistan
Ərdistan — İranın İsfahan ostanının şəhərlərindən və Ərdistan şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,698 nəfər və ya 4,077 ailədən ibarət idi.
Fayzabad (Hindistan)
Feyzabad(hind. फ़ैज़ाबाद, urdu فیض آباد, ing. Faizabad) — Hindistanın Uttar Pradeş ştatında şəhər. Eyni adlı dairənin mərkəzi. Fayzabad (hind dilində:फ़ैज़ाबाद, urdu dilində:فیض آباد, ingilis dilində:Faizabad) — Hindistanın Uttar-Pradeş ştatının şimal-şərqində şəhər. Eyni adlı dairənin inzibati mərkəzi. == Coğrafiya və iqlimi == Fayzabad şəhəri Laknaudan 128 km şərqdə, Allahabaddan 165 km şimalda, Varanasidən 200 km şimal-qərbdə, Qxaqxra şayının sahilində yerləşir. Dəniz səviyyəsindən 96 metr yüksəklikdə yerləşir.. Ən isti ayları - aprel ayından iyun ayınadək olan dövrdür (orta aylıq və maksimum temperatur 36 °C -dən 42 °C - yədəkdir. Ən soyuq ayları dekabr və yanvar aylarıdır (orta və minimum temperatur 6 °C -dən 7 °C - yədəkdir.
Feyzabad (Hindistan)

Heydərabad (Hindistan)
Heydərabad — Hindistanda şəhər.
Hindistan Parlamenti
Hindistan Parlamenti (Hindcə: भारत की संसद) 1919-cu ildə yaradılmışdır. Hindistanın rəsmi qanunverici orqanıdır. İki palatalı quruluşa malikdir. İki alt qrupa ayrılır: Rajya Sabha (Əyalətlər Şurası) və Lok Sabha (Xalq Məclisi). 790 üzvü vardır. Üzvləri 5 ildən bir seçkilər yolu ilə seçilirlər. Hindistan Parlamenti ölkədəki bütün siyasi orqanlar üzərində qanunverici səlahiyyətə malikdir. Beləliklə, ölkədə fövqəladə səlahiyyətlərə malik olan qüvvədir.
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Hindistan Respublikası
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hindistan antilopları
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Hindistan antilopu
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Hindistan ardıcı
Hindistan ardıcı (lat. Juniperus indica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır. == Mövsümi bayramlar == Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər.
Hindistan bayrağı
Hindistan bayrağı — Hindistanın Dövlət bayrağı. 22 iyul 1947-ci ildə qəbul olunmuşdur. Narıncı rəng cəsarəti və fədakarlığı, ağ rəng sülh və dürüstlüyü, yaşıl rəng qəhrəmanlıq və sədaqəti təmsil edir. Bayrağın ortasındakı dairəvi simvol isə Buddizm inancındakı Çakra'dır.
Hindistan bəbiri
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Hindistan camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Hindistan coğrafiyası
== Sahəsi və sərhədləri == Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Hindistan dəlibəngi
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Hindistan erməniləri
Hindistan erməniləri - Hindistanda yaşayan etnik ermənilərə verilən ümumi ad. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır.
Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsa da, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Hindistan fiziki
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hindistan gerbi
Hindistanın rəsmi gerbidir. Gerbdə məşhur olan Hind şirləri təsvir edilmişdir. Rəsmi olaraq 26 yanvar 1950-ci ildə qəbul edilmişdir. == Tarixi və təsviri == Sarnathdakı Aşoka sütununa yapışdırılan (taçlandırılan) "aslanlar paytaxtı (Aşokanın şir kapitalı"nın bir təsviridir. Eramızdan əvvəl III əsrin ortalarında İmperator Aşoka, Budda Qautamanın ilk öncə dharma öyrətdiyi və böyük bir Buddist sanghasının qurulduğu yeri qeyd etmək üçün, kapitallı bir sütun qurdurdu. Bir-birinə yaxın duran dörd şir, kənarlığı olan bir abakusa quraşdırılmışdır. Buddizmə rəğbət bəsləyən Cəvahirləl Nehrunun təkidi ilə, bu özəl heykəlin təsviri 26 yanvar 1950-ci ildə (Hindistanda respublikanın qurulduğu gün) Hindistanın dövlət gerbi elan edildi. Gerbdə dəyirmi abakus üzərində dörd Hindistan şiri təsvir edilmişdir. Dördüncü aslan arxada yerləşir və buna görə də görünüşdən gizlənir. Emblem "cəsarətli, bədəni güclü, məsləhətlərdə ehtiyatlı və müxalifləri qorxudan" bir milləti simvollaşdırır.