1. Orqanizmin doğub-törəmə prosesilə bilavasitə və ya bilvasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücudların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi cinsi. Qadın cinsi.
// Müəyyən cinsə mənsubiyyət; qadın, ya kişi, erkək, ya kişi.
2. Nəslən keçən müəyyən əlamət və xüsusiyyətlərə malik ev heyvanları və ya başqa heyvanlar qrupu. Qarabağ cinsindən olan at. İt cinsi. Seleksiya nəticəsində yeni qoyun cinsləri almaq.
// Sif. mənasında. Yaxşı cinsdən olan, əsilli. – Cins madyan balanı döşündə saxlar. ( Ata. sözü ).
3. Soy, nəsil, mənşə, əsil-nəsəb.
□ Bəşər cinsi – insan, adam.
4. Növ, çeşid.