Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, d.1 sentyabr, 1972. Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə” , “Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və. s. diplom və fəxri fərmanlarla təltif olunub. == Həyatı == 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949–cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995–ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir.
Bala Kəngərli
Bala Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Bala Kəngərli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Böyük Kəngərli
Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Böyük Kəngərli oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Böyükdüz (Kəngərli)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. == Həyatı == === Erkən illəri === Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi == Həyatı == Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.Buradan tapılmış zəngin boyalı keramika nümunələri, silindrik möhürlər (e.ə.
Kəngərli
Kəngərlilər — Azərbaycanlı sülalə. Bu sülalədən olan tanınmış insanlar Ehsan xan Kəngərli — Çar-Rus ordusunda general-mayor Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Heydərqulu xan Kəngərli — Naxçıvan xanı Bəhruz Kəngərli — Azərbaycan rəssamı, boyakar və qrafik.Digər şəxslər Aqil Kəngərli — Azərbaycan şairi. Aşıq Əbülfəz Şahtaxtılı — Aşıq.Yaşayış məntəqələri Kəngərli rayonu — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidində rayon. Kəngərli maili düzənliyi Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Ağdam) — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Lahrud) — İranın Ərdəbil ostanının Meşginşəhr şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Qızıltəpə, Mardin) — Mardin ilinin Qızıltəpə ilçəsinə bağlı kənd.Oxşar Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qızıl Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kəngərli (Ağdam)
Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər. 1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi.
Kəngərli (Meşkinşəhr)
Kəngərli (fars. كنگرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 580 nəfər yaşayır (146 ailə).
Kəngərli (Salmas)
Kəngərli (fars. كنگرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,247 nəfər yaşayır (298 ailə).
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Kəngərli FK
"Kəngərli" — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Kəngərli eli
Kəngərli eli — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir. Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu. == Elin oymaqları == Kəngərli eli bir çox qollara bölünmüşdü.
Kəngərli rayonu
Kəngərli rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri: Keçəltəpə(2744 m ), Qaraquş (2600 m ), Anabadgədik dağı (2081 m ), Qabıllı (1125 m ), Xok (1063 m ), Tənənəm dağı (1007 m ), Tazıuçan dağı (935 m ), Binədüz dağı (885 m ) Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır.Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. == Toponimi == Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balqaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur.
Kəngərli süvariləri
Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. == Tarixi == Bəylər ordu birliyini idarə etmək üçün epaulet, naib və vəkillərdən istifadə edirdilər. 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsində müasir Türkiyə ərazisində yerləşən Oltu qalasının alınmasında iştirak etmişdilər. 1830-cu illərdə 350 süvaridən ibarət birlik döyüşə hazır vəziyyətdə saxlanılırdı və ordunun saxlanması üçün ləğv edilmiş Naxçıvan xanlığı ərazisindən 8400 rubl yığılırdı. 1837-ci ildə Ehsan xanın qardaşı Fərəculla bəyin başçılıq etdiyi yüzlərlə kəngərli süvarisi dünyanın sonunun gəlməsi ilə bağlı söhbətlər aparan Molla Məmməd Sadığı həbs etdi. 5 oktyabr 1837-ci ildə, Qafqaza səyahət zamanı Rusiya imperatoru Nikolay Kəngərli süvarilərini seyr etdi və onları "müqayisəolunmaz" adlandırdı. Azərbaycanlı tarixçi Fərhad Nağdəliyev hesab edir ki, Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir. 1850-ci ildə əvvəllər hərbi idarəyə tabe olan Kəngərli süvari dəstəsi mülki rəhbərliyə verildi və Naxçıvan qəzasında polis, sərhəd və gömrük-karantin keşikçisi vəzifələrini icra etməyə başladı. Krım müharibəsi zamanı kəngərli süvariləri Qafqaz cəbhəsində fəaliyyət göstərirdilər.
Məhəmməd Kəngərli
Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaşından etibarən Müsavat partiyasının Gənc Azər təşkilatının üzvü olub. 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Daha sonra II Dünya Müharibəsində almanlar tərəfindən əsir götürülən o Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edib. == Həyatı və fəaliyyəti == Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada anadan olub. 1928-ci ildə 14 yaşında ikən Müsavat partiyasının Gənc Azər təşkilatına üzv olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirmişdir. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz“ ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar inşaatçısı” fəxri adına layiq görülmüş, memar, pedaqoq. == Həyatı və yaradıcılığı == Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Qarabağlar (Kəngərli)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qulu Kəngərli
Qulu Kəngərli (d. 5 yanvar 1957, Dərələyəz mahalı, Sallı) — Azərbaycan jurnalisti. == Həyatı == Qulu Kəngərli 1957-ci il yanvar ayının 5-də Dərələyəzin Sallı kəndində anadan olmuşdur. 1979-83-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək diliinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra “Şəhidlər”,”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qara yanvar şəhidləri” kitabı çap edilib və böyük populyarlıq qazanıb. Bundan sonra “Erməni lobbisi:Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə “Sürgün” sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17 km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3 km. şərqdə, Qarabağ düzündə yerləşir. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə alınsa ki, Şirvanlı və Qaraqaşlı (bu kəndi Qaraağaclı da adlandırırlar) kəndləri də əvvəllər (1963-cü ilə qədərki dövrdə) Kəngərli adlanıb, onda demək olar ki, Ağdam rayonunda beş Kəngərli kəndi var.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Təzəkənd (Kəngərli)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Mədəniyyəti == Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. == Əhalisi == Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) == Şəxsiyyətlər == Səfərəli Babayev == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
3 saylı Babək-Kəngərli seçki dairəsi
Abbasqulu xan Kəngərli
Abbasqulu xan Kəngərli (Naxçıvan – 1810, Naxçıvan) — Naxçıvan xanı. == Həyatı == 1780-ci illərin əvvəllərində İbrahimxəlil xan Cavanşir yardımı ilə Murtuzaqulu xanın dördüncü oğlu Abbasqulu xan Naxçıvanın hakimi oldu. 1783-cü ildə İsfahan hakimi Əlimurad xan Zənd Naxçıvana soxulur. Naxçıvan hakimi Abbasqulu xan Kəngərli Qarabağa pənah gətirir. İbrahimxəlil xan Abbasqulu xana Qarabağdan asılı olmaq şərtiylə yardım edəcəyinə söz verdi. Bəzi qaynaqlara görə, Abbasqulu xan 1783-cü ildə Əlimərdan xan Zəndin çağırışı ilə Urmiya hakimi Imamqulu xanın üstünə hücum etmişdi. Əlimərdan xanın sərkərdəsi Əmiraslan xan Araşlı-Avşar Urmiyaya yürüş edəndə birləşmiş qoşuna Abbasqulu xan da qatılmışdı. Tarixçi yazır: "Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadıq xan Şəqaqi, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib Imamqulu xanın qoşununa hücum etdilər".. Abbasqulu xanın əmisioğlu Cəfərqulu xan 1783-cü ildə onu devirib Naxçıvanda hakim oldu.
Abbasqulu xan Kəngərli (kitab)
Abbasqulu xan Kəngərli — Ənvər Çingizoğlunun bu kitabı Naxçıvan xanlığının hakimiyyətinə iddiaçısı haqqındadır. Kitabda Abbasqulu xan Kəngərlinin yaşam salnaməsi əks olunub. Onun tarix səhnəsinə çıxmasının tarixi zəmini və əsas məqamları kitabda izlənmiş, şəxsiyyəti barədə ətraflı məlumat verilmişdir. Naxçıvan xanlığı uğrunda göstərdiyi çaba-çalışmalar təfərrüatı ilə təsvir edilmişdir.
Adil bəy Kəngərlinski
Adil bəy Kəngərlinski — müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri, Lənkəran qəzasının rəisi. == Haqqında == Azərbaycan Cümhuriyyəti DİN-in Lənkəran Qəzasında Səlahiyyətli müvəkkili Bəhram xan Naxçıvanskinin 21 aprel 1920-ci il tarixli 70 nömrəli əmri ilə onun böyük köməkçisi Adil bəy Kəngərlinski müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri vəzifəsinə irəli çəkilmiş Rüstəm bəy Kərimbəyovun yerinə Lənkəran qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu.
Aybəniz Əliyeva (Kəngərli)
Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli — Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru, Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Aybəniz Əliyeva-Kəngərli 1946-ci il iyun ayının 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktorudur. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Beynəlxalq Elmi Araşdırılmalar Jurnalının redaksiya heyətinin üzvüdür. Rus dilini bilir." Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində işləmişdir. === Ailəsi === Ailəlidir, 2 qız övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-2002-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində çalışıb. 1992-ci ildə “Azərbaycan nağıllarında qadın obrazı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1996-2014-cü illərdə“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası” nın üzvü olub.
Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
Bala Kəngərli (Kürdəmir)
Bala Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Bala Kəngərli oyk., mür. Tərtər r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır; Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Keçmiş adı Çılpaq Kəngərli (Çılpaq adlanan yerdə salındığı üçün) olmuşdur. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 274 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bala Kəngərli (Tərtər)
Bala Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bala Kəngərli Tərtər rayonu-nun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kicik olduğuna görə belə adlandırılmışdır. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kicik hissəsi" deməkdir. == Əhalisi == Əhalisinin sayı 600 nəfərdir.
Böyük Kəngərli bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəhruz Kəngərli (Şərur)
Bəhruz Kəngərli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Bəhruz Kəngərli kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir.
Bəhruz Kəngərli muzeyi
Bəhruz Kəngərli muzeyi — Azərbaycan rəssamı, boyakar və qrafik Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzey. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində, Atatürk və İstiqlal küçələrinin kəsişməsində yerləşir. == Tarixi == Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2002-ci il 18 iyun tarixində bu muzeyin açılışında iştirak etmiş və nitq söyləmişdir. 2013-cü il iyunun 24-də Bəhruz Kəngərli muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. == Binası == Binası tarixi-memarlıq abidəsidir. 1897-ci ildə Naxçıvan qızlar məktəbi üçün tikilmişdir. Ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Hər iki mərtəbədəki otaqlara giriş dəhlizlərdəndir.
Bəhruz Kəngərlinin rəsm əsərləri
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Ehsan Xan Kəngərli
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Gülməmməd bəy Kəngərli
Gülməmməd bəy Kəngərli (?-?)—tərcüməçi, şair. == Yaradıcılığı == Gülməmməd bəy Kəngərli Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edib qəzetdə "Mərdi müttəqi" adı ilə dərc etdirmişdi. Meylə nəyi qafiyə etməkdənsə real həyatdan yazmaq lazımdır. G. Kəngərli məktubunun sonunda göstərirdi: "Təcrübə üçün məruf Nekrasov mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunursa, mabədini dəxi göndərəcəyəm". "Kəşkül" qəzetində əsərin ardı yoxdur. G. Kəngərlinin tərcüməsinin ardının nə üçün dərc olunmaması haqqında indiyədək bir sıra tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər.
Gülşən Əliyeva-Kəngərli
Gülşən Əliyeva-Kəngərli (16 may 1970, Naxçıvan) — filologiya elmləri doktoru, professor, füzulişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə Prorektoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Gülşən Teymur qızı Əliyeva — Kəngərli 1970-ci ildə Naxçıvanda anadan olub. 1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 2000-ci ildə "Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri" mövzusunda namizədlik, 2009-cu ildə "Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri" adlı doktorluq dissertasiyası müdafiə edib. == Əmək fəaliyyəti == 1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyində, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində elmi işçi vəzifəsində işləyib. G. Əliyeva 2005–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müdiri, 2012-ci ildən "Tərbiyə işləri üzrə" prorektor, 2015-ci ildən "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektor vəzifəsində çalışır. Bu müddət ərzində o müxtəlif dövlətlərlə: Türkiyə, İran, Rusiya, Polşa, Orta Asiya türk dövlətləri ilə mədəni əlaqələrin qurulması, saziş və müqavilələr bağlanılması sahəsində əhəmiyyətli işlər görüb, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək məqsədilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.
Hacı xan Kəngərli
Hacı xan Kəngərli — Naxçıvan xanı. == Haqqında == Heydərqulu xan Kəngərlinin ölümündən (1763–64) sonra taxta çıxmışdır. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığı zəifləmişdir. Azərbaycan hökmdarı Kərim xan Zənddən (1760–1779) asılılığı qəbul etmişdir. Kərim xan onu Şiraza dəvət edib kiçik günah üstündə əsir almış, yerinə Heydərqulu xanın oğlu Rəhim xan Kəngərliyə keçmişdir. == Ədəbiyyat == Naxçıvan xanlığı məqaləsinin ədəbiyyatına == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 174.