GÖZÜKÖLGƏLİ

sif.zərf Birinin yanında eybi, qüsuru, nöqsanı olan, dili qısa olan. Gözükölgəli adam.
[Leylək] …ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov.
Kəngərli verdiyi sözə əməl eləmədiyi üçün Mirzə Cəmilin yanında gözükölgəli idi. Ə.Vəliyev.
Kim bilir, bu şayiədən sonra bəlkə Səmədin üstünə ayaq alan, onu gözükölgəli eləməyə çalışan başqa adamlar da vardı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖZÜKÖLGƏLİ qorxaq — ağciyər
GÖZÜİTİLİK
GÖZÜKÖLGƏLİLİK

Digər lüğətlərdə