Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Hüseyn Kamil
Hüseyin Kamil (d. 21 noyabr 1853 - ö. 9 oktyabr 1917) — Misir sultanı. == Həyatı == === İlk illəri === 21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini saray mənsubları üçün Menyel sarayında açılan məktəbdə alan Hüseyn Kamil 1867-ci ildə atasıyla birlikdə İstanbula gedərək Sultan Əbdüləzizi ziyarət etdi. Ardından Parisə getdi və 1869-cu ildə Süveyş kanalının açılış mərasiminə qədər orada qaldı. Kanalın açılışı münasibətilə Qahirəyə döndükdən qısa müddət sonra Florensiyaya İtaliya kralı II Viktor Emanuelin nəznində diplomatik elçi olaraq göndərildi. Vəzifəsini tamamlamasının ardından 1870-ci ildə Qahirəyə döndü və müxtəlif nazirlikliklərin tərkibində fəaliyyət göstərdi. Bu illərdə Qahirə-Hulvan dəmiryolu xəttinin çəkilməsinə nail oldu.
Kabil aeroportu
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kabil muzeyi
Kabil muzeyi və ya Əfqan Milli Muzeyi — Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 9 km cənub-qərbdə yer alan milli arxeologiya muzeyi. İki mərtəbəli bir bina. == Tarixi == Muzey, Əfqan əmiri Emanullah Xanın hakimiyyəti dövründə 1922-ci ildə qurulub. Ölkənin digər şəhərlərindən müxtəlif kolleksiyalar bu binaya gətirilibdir. Dəyişik min illərə aid 100.000-dən çox əsərin sərgilənməsi sayəsində Orta Asiyanın ən əhəmiyyətli muzeylərindən biri hesab olunur. 1973-cü ildə Danimarkalı memarlar tərəfindən muzey üçün yeni bir bina inşa etmə planlaşdırılsa da siyasi problemlər üzündən bina tikilmədi. 1979-cu ildə Sovet işğalı və sonra da davam edən müharibə Kabilin böyük hissəsini xarabaya çevirdi, muzeyə ağır ziyan verdi. Əfqan döyüşçüləri şəhərin idarəsini ələ keçirmək üçün döyüşərkən, döyüşçülər milli muzeyə basqın edib ən qiymətli əsərləri oğurladılar. 1994-cü ildə bina bombalandı və bu bombalama nəticəsində ən üst qatına və damına böyük ziyan dəydi. 2001-ci ildə fanatik Talibançılar sənət əsərlərini bütpərəstlik olduğunu hesab edərək dağıtdılar.
Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل‎, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir. == Mənbələrdə Kabil vilayəti == === Təsviri === Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır: === Əhalisi və dili === Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır: == Əhalisinin etnik tərkibi == Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir. == Rayonları == Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar : İstalif Fərze Kələkan Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər. Güldərə Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-daricə danışan qızılbaşlar), 40%-i puştunlar.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Kamil Mənsimov
Mənsimov Bayraməli oğlu Kamil (10 dekabr 1950, Puşkin rayonu) — riyaziyyat elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Mənsimov Kamil Bayraməli oğlu 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan MEA Kibernetika institutunda baş laborant kimi işə başlamışdır. 1974-cü ildə həmin institunun qiyabi aspiranturasına daxil olmuş və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 26 iyun 1985-ci il tarixi qərarı ilə (protokol№870) "böyuk elmi işçi" elmi adı verilmişdir. 1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələlərində işləmişdir. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin "Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə" kafedrasının dosenti vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 26 aprel 1994-cü il tarixli qərarı ilə "dosent" elmi adı verilmişdir. Dosent attestatı DR № 0458. 1994-cü ildə 01.01.09-riyazi kibernetika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1995-ci ildən 1998-ci ilə qədər yuxarıda adı çəkilən kafedranın professoru vəzifəsində işləmişdir.
Kamil Nurəhmədov
Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === 2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur. Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir.2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır. === Кубок === Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır. == Avropa Liqası == Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Kamil oyunun ilk 46 dəqiqəsini meydanda keçirmişdir.
Kamil Nəcəfzadə
Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986), "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir. Kinorejossor Şamil Nəcəfzadənin atasıdır. Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilmiş və 6 yanvar 2009-cu ildə AzTV-də efirə getmişdir. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxmışdır.
Kamil Nəsibov
Nəsibov Kamil Balədə oğlu (8 oktyabr 1946, Bozlu, Laçın rayonu – 29 iyun 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur. == Ailəsi == Kamil Nəsibov ailəli idi, dörd övladı var. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Ağcabədi rayonunda dəfn edilmişdir. Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.
Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı – 13 noyabr 1903[…], Paris) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri. == Həyatı == Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur. Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris). İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir. Rəsm, akvarel, ofort və litoqrafiyaları da var. == Əsərləri == "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad == Qalereya == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh.
Kamil Qasımov
Kamil Nüsrət oğlu Qasımov (5 fevral 1995, Səfikürd, Goranboy rayonu – 10 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Qasımov 5 fevral 1995-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Kamil Qasımov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Kamil Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamil Qasımov 10 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamil Qubuşov
Kamil Mehdi oğlu Qubuşov (Kubışev) (25 dekabr 1915 – 30 oktyabr 1977) — Azərbaycan aktyoru, teatr və kino sənətçisi. == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: kəndli; filmi səsləndirən: Şabanzadə Bakıda küləklər əsir (film, 1974) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Dəli Kür (film, 1969) Doğma xalqıma (film, 1954) Hörmətli alim yoldaşlar (film, 1971) Xatirələr sahili (film, 1972) İnsan məskən salır (film, 1967) İyirmialtılar (film, 1966) Lətif (film, 1930) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Sən niyə susursan? (film, 1966) Şahzadə-qara qızıl (film, 1974) Yaşamaq gözəldir, qardaşım!
Kamil Qəhrəmanov
Kamil Rzayev
Kamil Fərhad oğlu Rzayev (d. 17 aprel 1957, Tərtər, Azərbaycan SSR, SSRİ – ö. 10 may 1992, Tərtər, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor. == Həyatı == 1957-ci il aprel ayının 17-də Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır. 1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.Kamil Rzayev 1992-ci il mart ayının 5-də doğma rayonu Tərtərə gələrək könüllü olaraq rayonun özünümüdafiə batalyonuna yazılmışdır.
Kamil Rüstəmbəyov
Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi. == Həyatı == 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Kamil Rəhimli
Kamil Vəli oğlu Rəhimli (19 aprel 1993, Yasamal rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Rəhimli 1993-cü il aprelin 19-da Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdu. Təhsilinə 175 saylı orta məktəbdə başlamış və sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etmişdir. Məktəb illərində hərbiyə maraq göstərən Rəhimli Kamil, məktəb illəri dövründə hərbi yarışlarda iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişdir. Gənc vaxtlarından idmana çox böyük maraq göstərirdi və bunun əyani sübutu olaraq, seçilmiş zabitlərdən olmuşdur. Heydər Əliyəv adına hərbi akademiyanı bitirdikdən sonra xidmətə Füzuli rayonun N saylı hərbi hissəsində başlamışdır.2016-cı ildə aprel döyüşlərində belə iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yasamal rayonunda II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927-ci il Şimali Osetiya Muxtar Respublikasının Orcenikidze şəhəri - 8 iyul 2016-cı il Bakı şəhəri) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941-1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V.V.kuybışev adına AETNEİ-də (indiki Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953-1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut - Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K.İ.Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kamil Salahov
Kamil Mətləb oğlu Salahov (30 iyul 1998; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Salahov 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra 2016-2017-ci illərdə hərbi xidmətdə olub. Daha sonra yenidən Orduya yazılmaqla çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamil Salahov Suqovuşan döyüslərində savaşıb. Kamil 28 sentyabr 2020-ci ildə düşmənin doqquz postunu yararaq yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub. Yevlaxda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kamil Sultanov
Kamil Sultanov — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (14.09.2012) == Həyatı == Kamil Sultanov 6 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Kitabxanaçılıq texnikumunu bitirmişdir. 1966-cı ildən Opera və Balet teatrında çalışır. 1966–1977-ci illərdə xor artisti vəzifəsində çalışmış, 1977-ci ildən rejissor assistenti vəzifəsində işləyir. Tamaşaları idarə edən rejissordur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissor assistentidir.
Kamil Səlimov
Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor. == Həyatı == Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir. Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb. O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.