Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minəxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova (10 avqust 1932, Bakı) — azərbaycanlı alim, kimya elmləri doktoru. Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955–1958-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. 1958–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974–1995-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə "Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1996-cı ildə isə "Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə. Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.
Səkinəxanım məscidi
Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi. Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir. Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib. Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır.
Zinaxanım Salamzadə
Salamzadə Zinaxanım Qafur qızı — Azərbaycanlı memar, tikinti sahəsində ilk fəxri Azərbaycan SSR Əməkdar İnşaatçısı adını alan azərbaycanlı qadın. Zinaxanım Salamzadə 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Atası Qafur kişi neft mədənində işləyirdi. Anası isə evdar qadın idi. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq böyük uğurlara imza atıb. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək əmək yolu keçib. Əvvəlcə BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilib və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis, böyük mühəndis, 1963-1972-ci illərdə Bakı Şəhər Tikinti Trestində mühəndis, böyük mühəndis və istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 1972-ci ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçilib. Bu vəzifədə 16 ildən çox — 1988-ci ilə kmi işləyib.