Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Ov mövsümü
Ov mövsümü (ing. Open Season) — 2006 ABŞ animasiya komediya-macəra filmidir. Sony Pictures Animations tərəfindən hazırlanmışdır. == Səsləndirənlər == Martin Lorens - Boog Eşton Kutçer - Elliot Qari Sinise - Şou Debra Messing - Beyt Billi Konnolli - McSquizzy Con Favreau - Reilly Corciya Engel - Bobbi Ceyn Krakovski - Gizel Qordon Tootoroz - Qordi Patrik Varburton - İan Kodi Kameron - Mr. Veyni Deni Mann - Serj Maddi Teylor - Deni Nika Futterman - Rozi Mişel Murdokka - Mariya Ferqal Reyli - O'Tool == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/openseason/ — Ov mövsümünün rəsmi saytı Ov mövsümü — Internet Movie Database saytında.
Yağışlar mövsümü
Yağışlar mövsümü — İlin bir movsümü olaraq, atmosfer yağıntılarının böyük miqdarda düşdüyü dönəmdir. Əsasən tropik qurşaqlarda müşahidə edilir. Xüsusi ilə mussonun mövcud olduğu ərazilərdə savannalarda müşashidə etmək olar. Yağışlar mövsümü ekvatordan tropiklərə doğru yağıntılar mövümü arasındakı vaxt və yağıntının miqdarında fərqlər müşahidə edilir. Ekvatora yaxın ərazilərdə ildə iki dəfə yağışlar mövsümü müşahidə edilir. Tropiklərin ucqarlarında isə ildə bir yağış mövsümü olur.
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. == Məzmun == Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. == Heyət == === Rollarda === === İstehsalçı heyət === Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. == Seriya siyahısı == == İstehsal == Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Mövsüm Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı. == Həyatı == Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. == Döyüşlərdə iştirakı == Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir == Ailəsi == Ailəlidir , üç övladı var.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. == Həyatı == 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu – Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm İbrahimov
Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi. == Həyatı == Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.
Mövsüm Şıxıyev
1966 Neftyanik mövsümü
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi. == Çempionat == Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı. 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi. Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi.
Amerikalılar (II mövsüm)
Amerikalılar teleserialının II mövsümü 26 fevral 2014-cü ildə yayıma başlamış və 21 may 2014-cü ildə yayım tamamlanmışdı. Mövsüm 13 seriyadan ibarətdir.
Amerikalılar (I mövsüm)
Amerikalılar teleserialının I mövsümü 30 yanvar 2013-cü ildə yayıma başlamış və 1 may 2013-cü ildə yayım tamamlanmışdı. Mövsüm 13 seriyadan ibarət olub, hər seriya təxminən 45 dəqiqə çəkmişdi. Serial çərşənbə günləri saat 10-da FX kanalında yayımlanmışdı. Co Uayzberq tərəfindən yaradılan serial DreamWorks Television tərəfindən istehsal edilmişdi. Hadisələr 1980-ci illərin əvvəlində Soyuq Müharibə dövründə Vaşinqtonda yaşayan KQB agentləri olan Elizabet və Flip Cenninqs və onların qonşusu FTB agenti Stan Biman haqqındadır. == Rollarda == === Əsas rollarda === === Köməkçi rollarda === == İstehsal == === Konsepsiya === Amerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb. Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb. Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir. "Amerikalılar evliliyin tam özəyində durur.
Fleş (II mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır. Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
Fleş (I mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir. Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır. Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir.
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Qalmaqal (III mövsüm)
Qalmaqal teleserialının üçüncümövsümünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir. Mövsüm on səkkiz seriyadan ibarətdir. Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar. Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir. Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir. Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir. Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir. 9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır. == Məzmunu == Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası İlay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır. Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Qalmaqal (II mövsüm)
Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir. İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır. 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir. == Məzmunu == "Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır.
Qalmaqal (IV mövsüm)
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir. Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir. Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır. Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər.
Supergörl (I mövsüm)
DC Comics personajı olan Supergörl/Kara Zor-El-in macəralarına əsaslanan ABŞ superqəhrəman teleserialı olan "Supergörl"ün birinci mövsümünün istehsalı 2015-ci ilin mayında sifariş edilmiş, həmin ilin noyabrında çəkilişlərin Los-Ancelesdə baş tutacağı, Melissa Benoystun isə əsas rolu canlandıracağı bəlli edilmişdir. Benoyst ilə yanaşı aktyor heyətinə Mehkad Bruks, Kayler Li, Ceremi Cordan, Devid Hervud və Kalista Flokhart daxil olmuşdur. Serialın premyerasını 12.96 milyon nəfər izləmişdir ki, bu da NBC telekanalının "Kor zona" serialı ilı ilə yanaşı onu 2015–2016-cı il televiziya mövsümünün ən böyük baxışlı televiziya premyerasına çevirmişdir. Serialın premyerası 26 oktyabr 2015-ci ildə CBS telekanalında baş tutmuş və 18 aprel 2016-cı ilə kimi birinci mövsümə daxil olan 20 seriya yayımlanmışdır. Birinci mövsüm ümumilikdə müsbət rəylər almışdır. 12 may 2016-cı ildə serialın ikinci mövsümünün çəkiləcəyi və The CW telekanalında yayımlanacağı elan edilmişdir. == Rollarda == === Qonaq ulduzlar === "The Talk" verilişinin aparıcıları Sara Gilbert, Culi Çen, Şeron Osborn, Aişa Tayler və Şeril Andervud kameo rolunda özlərini canlandırmışlar. == Seriyalar == == İstehsalı == === İnkişaf === 2014-cü ilin sentyabrından etibarən "Warner Bros. Television" Kara Zor-El / Supergörl haqqında teleserial istehsalına başlayır. Layihənin icraçı prodüserləri kimi Qreq Berlanti ("Ox" və "Fleş" teleseriallarının yaradıcısı və prodüseri), həm də ssenari yazılmasında iştirak etmiş Ali Adler və "Berlanti Productions"dan Sara Şexter çıxış etmişlər.
Mövsüm Hüseynov (əsgər)
== Siyahı ==
Qalmaqal (I mövsüm)
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir. == Məzmunu == "Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur. == Aktyorlar və personajlar == == Seriyalar == == Qəbulu == Serialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır. Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil." Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.
Qalmaqal (V mövsüm)
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir. Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. == Məzmunu == "Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur. == Aktyorlar və personajlar == == Seriyalar == == İstehsal == === İnkişaf === ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (7 avqust 1951, Naxçıvan) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü == Həyatı və təhsili == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”.
Mövsümlər
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Ağasəf Mövsümov
Mövsümov Ağasəf Ağakərim oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mövsümov Ağasəf Ağakərim oğlu Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, "Azərneft" İB-də turbin qazıması idarəsinin texniki şöbəsində texnik kimi əmək fəaliyyətinə başlayaraq, texniki şöbənin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1952–1954 və 1956–1960-cı illərdə "Neft Daşları"nda sahə və texniki şöbənin rəisi, böyük mühəndis, qazıma kontorunun direktor müavini işləmişdir. 1959-cu ildə "Böyük meyilli maili quyuların qazılması zamanı seksiyalı turboburun tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1960–1973-cü illərdə AzETNÇİ-da "Kəşfiyyat quyularının qazılması" şöbəsinin və "Dərin quyuların qazılması problemləri" laboratoriyasının rəhbəri işləmişdir. 1965-ci ildə "Quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin hidrodinamiki tədqiqatları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1973–2001-ci illərdə Dəniz neft-qaz sənayesi DLİ-da qazıma məsələləri üzrə direktor müavini işləmişdir. == Elmi fəaliyyəti == Mövsumov A. A. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mayelərin özlü-plastik xassələri. Mövsümov A. A. 270-dən artıq elmi məqalənin müəllifidir.
Cəfər Mövsümov
Cəfər Mövsümov (1 yanvar 1927, Bakı – 22 may 2005, Bakı) — azərbaycanlı hüquqşünas; hüquq elmləri doktoru, professor. C. H. Mövsümov Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi olub. == Həyatı == Cəfər Hacı Həsən oğlu Mövsümov yanvarın 1-də 1927-ci ildə Bakı şəhərində neftçi ailəsində doğulmuşdur. Beş yaşı olarkən atası vəfat etmiş, on nəfər bacı-qardaşı ilə birlikdə C. Mövsümov anası Şirinbacı xanım Mövsümovanın himayəsində tərbiyə almışdır. Ailənin üzləşdiyi maddi çətinliklərə görə 12 yaşında işləmək məcburiyyətində qalmışdır. O, gündüzlər ayaqqabı təmiri emalatxanasında, karamel fabrikində, yay tətili dövründə isə Bilgəhdəki zəfəran plantasiyalarında çalışmış, axşamlar məktəbdə təhsil almışdır. 22 may 2005-ci ildə Bakıda vəfat etmişdir. == Təhsili == Cəfər Mövsümov 1944-cü ildə orta məktəbi qurtararaq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş, universitetdə əla qiymətlərlə oxuduğuna görə təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə M. İ. Kalinin adına Hüquq İnstitutuna göndərilmişdir. 1948-ci ildə Leninqradda təhsilini bitirərək, Bakıya qayıdır, Universitetdə müəllimlik fəaliyyətinə başlayır.
Fərid Mövsümov
Fərid Mövsümov (tam adı: Fərid Zakir oğlu Mövsümov; 19 sentyabr 1987; Göyçay, Azərbaycan — 30 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Mövsümov 1987-ci il sentyabr 19-da Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nəriman Mövsümov
Nəriman Mövsümov (Mövsümov Nəriman Tofiq oğlu) — Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri 1 №-li Tibb kollecinin direktoru, tibb üzrə elmlər doktoru, professor. == Həyatı == Nəriman Mövsümov 1957-ci il avqust ayının 22-də Azərbaycan SSR-nin Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. 1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A.Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982-1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası“ mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. O, Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub. O, 1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. Gənc və perspektivli alim 2004-cü ildə “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib. N.Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal “Anatomiya atlası” kitabının müəllifi və həmmüəlliflərindəndir. Onun rəhbərliyi altında 3 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və təsdiqini alıb. N.Mövsümov 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir.
Rasim Mövsümov
Rasim Mövsümov (Mövsümzadə) (Bakı) — tanınmış idman yazarı, "Ballon d'Or", "The Best FIFA Football Awards" və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü == Həyatı == Rasim Mövsümov Bakıda anadan olub. Məktəb illərində müxtəlif riyaziyyat olimpiadalarının qalibi və mükafatçısı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. İlk yazısı bədən tərbiyəsi kollektivləri arasında SSRİ kuboku-1991-in (“Milyonların kuboku”) finalında Bərdə “Pambıqçı”sının rəqibi Belarusun “Metallurq” (Molodeçno) komandasına həsr olunub və 1991-ci il sentyabrın 14-də Azərbaycanın “İdman”/“Спорт” qəzetində nəşr edilib. O vaxtdan yazıları Azərbaycan, Türkiyə ("Futbol Extra Dergisi", "Trabzonspor Dergisi", "Futbol Plus Dergisi"), Almaniya ("Kicker"), Fransa ("France Football"), İngiltərə ("World Soccer", Matchday magazine AFC Bournemouth), Belçika, Danimarka, Rusiya, Ukrayna, Polşa ("Przegląd Sportowy" 06.09.2004), Moldova ("Спорт Curier" 02.12.2009) və s. ölkələrdə çap olunur. 1996-ci ildən Azərbaycan milli futbol komandasının, həmçinin Azərbaycan klublarının avrokuboklardakı (Neftçi - Widzew 1997, Neftçi - Crvena Zvezda 1999, Bakı - Žilina 2005, MKT-Araz - Tiraspol 2006, Bakı - Sioni 2006, MKT-Araz - Groclin Dyskobolia 2007, Bakı - Dacia 2007, Olimpik - Vojvodina 2008, Xəzər Lənkəran - Olimpia Bălţi 2010 və s.) oyunlarına buraxılan proqramların müəllifidir. 2006-2015-ci illərdə AFFA-da çalışıb. == Avropa mətbuatındakı fəaliyyəti == “Kicker”in 2017-ci ilin sentyabrında UEFA Çempionlar Liqası üçün xüsusi buraxılışında (Kicker Sonderheft Champions League 2017/18) yarışın debütantı “Qarabağ” haqqında yazısı “Vətənsiz qəhrəmanlar” ("Helden ohne Heimat") adlanır. Yazıda “Qarabağ”ın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1993-cü ildə erməni ordusu tərəfindən işğal olunan Ağdamı təmsil etdiyi, 2001-ci ildə yeni sponsora qovuşmasından sonra maliyyə vəziyyətinin yaxşılaşdığı, ardıcıl 3 mövsüm UEFA Avropa Liqasında oynadığı və sovet dövrünü də saymaqla, ümumilikdə 7 dəfə, o cümlədən son 4 ildə Azərbaycan çempionu olduğu vurğulanır.
Seyidağa Mövsümlü
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. == Həyatı == Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Mövsümov
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. == Həyatı == Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Səyyad Mövsümov
Səyyad Mübariz oğlu Mövsümov (5 noyabr 2000, Babazanlı, Salyan rayonu – 28 sentyabr 2020, Talış-Suqovuşan istiqaməti) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səyyad Mövsümov 2000-ci il noyabrın 5-də Salyan rayonun Babazanlı qəsəbəsindən anadan olmuşdur . Uşaq yaşlarından etibarən hərbi sahəyə marağı birinci Qarabağ müharibəsi veteranı Mübariz Mövsümovdan keçmişdir. Sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murov zirvəsindəki döyüşlərdə düşmənin snayper gülləsi ilə vəfat etmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində pulemyotçu kimi xidmət edən Səyyad Mövsumpv Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman həlak olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Səyyad Mövsümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. == Təltifləri == “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Zeynalabdin Mövsümov
Zeynalabdin Mövsümov (azərb. Mövsümov Zeynalabdin Rəsul oğlu‎) — Azərbaycan Milli Elmlər Akdemiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mineral gübrələr və mikroelemetlər laboratoriyasının rəhbəri, kənd təsərrüfatı elmlər doktoru, professor, İkinci dünya müharibəsinin veteranı. Zeynalabdin Mövsümovun azərbaycan, rus və ingilis dillərində dövrü mətbuatda, eləcə də ayrı-ayrı külliyatlarda, monoqrafiyalarda və aqrokimya sahəsində yazılmış məlumat kitabları və populyar səpgidə yazdığı kitabça və məqalələri mövcuddur. == Həyatı == Mövsümov Zeynalabdin Rəsul oğlu 1925-ci ilin 21 dekabr tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1931-1938-ci illərdə Dırnıs kənd natamam orta məktəbində təhsil alıb. 1938-1941-ci illərdə Ordubad Pedaqoji texnimunda təhsil almışdır. Əmək fəaliyyətinə 1941-ci ildə başlayaraq, 1942-ci ilə qədər NMR Culfa rayonu rabitə şöbəsində böyük teleqrafçı kimi çalışmışdır. Üçüncü Reyxin 1941-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına qarşı müharibə başlamasından sonra cəbhə bölgəsinə yollanmış və burada müxtəlif diviziya və taborların tərkibində döyüşmüşdür. 1942-ci ilin 18 avqust tarixində Sovet ordusunun sıralarında 416-cı milli atıcı diviziyanın və 1198-ci xüsusi taborun tərkibində aparılan döyüşlərdə fəallığı ilə seçilən Zeynalabdin Mövsümov müharibə dönəmində və sonrasında müxtəlif orden və mükafatlarla təltif edilmişdir. 1942-ci ilin 22 noyabr tarixində döyüşdə yaralandıqdan sonra Maxaçqala şəhərində yerləşən hərbi hospitalda müalicə olunmuşdur.
Şahmar Mövsümov
Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri. == Həyatı == Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır. 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib. 2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub. 2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.