Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəqih
Fəqih (ərəb. فقيه — bilici) — İslam ilahiyyatçısı və hüquqşünası, fiqh üzrə mütəxəssis. “Fəqih” anlayışı VII əsrin ikinci yarısında inkişaf etmişdir. Bu, ilk növbədə, Quran və Sünnəyə əsaslanan İslam həyat tərzinin normalarını inkişaf etdirməyə çalışan Hicaz və İraqın teoloji və hüquq məktəblərinin fəaliyyəti ilə bağlıdır. İlk fəqihlər, əsasən, şəhər ticarəti və sənətkarlıq mühitinə mənsub olub, dolanışığını ilahiyyatla heç bir əlaqəsi olmayan mənbələrdən alırdılar. Onlar üçün bu, dini borcun yerinə yetirilməsinin yalnız bir hissəsi və təqvalı bir fəaliyyət idi. Tələb olunan bilik həcmi sürətlə artdıqca, fiqhlə peşəkar şəkildə məşğul olan insanların (müəllimlər, şəfaətçilər, sənədləri tərtib edənlər, katiblər və s.) sayı artır. Hakimlər ( qazilər) və məmurlar üçün də peşəkar fiqh biliyi zəruri idi. IX əsrdə fəqihlər artıq hökmdarların hesablaşmalı olduğu şəhər əhalisinin nüfuzlu təbəqəsini təmsil edirdilər. Müxtəlif dövlət vəzifələrinə namizədlər əsasən onların arasından təyin olunduğundan, onların İslam dövlətlərinin siyasi və ictimai həyatına böyük təsiri olmuşdur .
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Mədiya
Mədiya (ərəb. المدية‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Medeya ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 80 km cənub-qərbdə və Blida şəhərindən 40 km cənubda, dəniz səviyyəsindən 880 metr yüksəklikdə yerləşir. İllərə görə şəhər əhalisi: Ən yaxın hava limanı Blida şəhərində yerləşir.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: Qəzəl Qəsidə Beyt Mətlə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir. Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö.
Məhəbbətim mənim, kədərim mənim
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi Tağızadə, Ş. "Qəribə adam" Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.
Dizəc Məlik
Dizəc Məlik (fars. ج ملک‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, Üzümdil mahalı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,123 nəfər yaşayır (238 ailə).
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Leylətul-məbit
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Lionda təqib
Lionda təqib — b.e. 177-ci ildə, Mark Avrelinin hakimiyyəti dövründə, Romanın Qalliya vilayətinin Luqdun şəhərində (indiki Lion, Fransa) xristianlara qarşı əfsanəvi təqib. Bu təqiblə bağlı heç bir tarixi hesab yoxdur və ən erkən mənbə hadisədən 150 il sonra yazılmış Yevsevinin "Kilsə tarixi" əsərinin V kitabıdır. VI əsrdə yaşamış Turlu Qriqori bu təqibləri müəllifi olduğu "Əzabkeşlərin şöhrət kitabı" əsərində qismən əhatə etmişdir. Liondakı təqib haqqında ən mühüm məlumat mənbəyi Yevsevinin "Kilsə tarixi" əsərində uzun fraqmentlər şəklində verilmiş yunanca məktubdur. Yevsevi əzabkeşlik çəkmiş xristianlar haqqında demək olar ki, bütün məlumatları özündə saxlamış, mətndə yalnız ritorik və didaktik hissələr buraxmışdır. Yevseviyə görə, məktub imperator Mark Avrelinin hakimiyyəti dövründə xristianlara qarşı genişmiqyaslı təqiblərin baş verdiyinin sübutu idi. Burada "möminlik döyüşçüləri"nin haqq və öz ruhları uğrunda apardıqları mübarizədən bəhs edilirdi. Məktubda istismarlar ətraflı təsvir edilmişdir. Əzabkeşlərin adları sonda verilmişdir.
Mariy El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mariy dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Кama") və "Морко мланде" ("Мorka torpağı") qəzetləri çıxır.
Məbit gecəsi
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü. Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.. 1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır. O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb. Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır. Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur. 1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur. O, 1978-ci ildə 143 yaşında vəfat edib.
Məcid Behbudov
Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi. Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir. O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır.
Məcid Hüseynov
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Beqiç
Beqiç (v. 11 avqust 1378) — Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == İstinadlar == == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. "Мир истории. Русские земли в XIII–XV веках". М.: "Молодая гвардия", 1988.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Mecay
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y) — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi. "Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi. Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar. On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı. Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir. 1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Media
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Stellaria media var. media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Cəgir (Təbriz)
Cəgir — İranın Şərqi Azərbaycan ostanında kənd. Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəindən 25 km qərbdədir.
DMG Media
DMG Media – Böyük Britaniyada qəzet qrupu. Lord Rotermirin 1922-ci ildə yaratdığı "Deyli meyl ənd ceneral trast" nəşriyyat korporasiyasına daxildir. İdarəsi Londondadır. "Associated Newspapers Ltd" 3 qəzet nəşr edir (2004). Gündəlik "Deyli meyl" ("Daily Mail") qəzetinin əsası 1896-cı ildə qoyulmuşdur, tirajı 2,3 mln. nüsxədir. "Meyl on sandi" ("Mail on Sunday") bazar günü nəşri 1982 ildə yaradılmış, tirajı 2,2 mln. nüsxədir. "İvninq standard" ("Evening Standard") London axşam qəzeti 1827-ci ildən nəşr olunur, tirajı 440 min nüsxədir. Nəşrlərin üçü də Böyük Britaniyanın mərkəzi qəzetləri içərisində oxucu dairəsinin ("orta sinfin" konservativ, yaxud mərkəzçi düşüncəli hissəsi) stabilliyi ilə seçilir.
Drosera media
Drosera intermedia (lat. Drosera intermedia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Drosera americana Willd. Drosera foliosa Elliott Drosera intermedia var. americana (Willd.) DC. Drosera intermedia f. corymbosa (DC.) Fernald Drosera intermedia var. corymbosa DC. Drosera intermedia f. elatior Planch. Drosera intermedia var. elatior Planch.
Fumaria media
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
IBT Media
"IBT Media" — ABŞ qlobal rəqəmsal xəbərlər təşkilatı. aylıq 90 milyondan çox oxucu əldə edir. Digərləri arasında "International Business Times" və "Medical Daily" nəşrlərini dərc edir. "IBT Media"nın baş ofisi Nyu-Yorkda yerləşir. 2014-cü ilin məlumatına görə, şirkət təxminən 21 milyon dollar gəlir və təxminən 500 min dollar mənfəət əldə etmişdir. Şirkət 2006-cı ildə "IBT Media" olaraq qurmuşdur. Şirkətin xüsusi şaquli saytlar və həmçinin beynəlxalq nəşrlər vasitəsilə üzvi şəkildə qurduğu bir neçə brend mövcuddur. 2018-ci ilin yanvar ayında Manhetten dairə prokurorluğunun işçiləri şirkətin ofislərində reyd keçirərək on səkkiz kompüter serverini götürmüşdür. "Newsweek"in məlumatına görə, reyd şirkətin maliyyəsi ilə bağlı araşdırmanın bir hissəsi idi. 1 fevral 2018-ci ildə şirkətin sahiblərindən olan və sədri Etyen Uzak, eləcə də maliyyə direktoru vəzifəsini icra edən həyat yoldaşı Marion Kim istefa vermişdir.