Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərəngiz Tağızadə
Zərəngiz Əliqulu qızı Tağızadə (16 mart 1927, Bakı – 14 oktyabr 2005) — Azərbaycanın Əməkdar həkimi, tibb elmləri doktoru, professor. Zərəngiz Tağızadə 1927-ci ilin mart ayının 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1933-cü ildə Bakı şəhərinə yüksək təlimi ilə seçilən 156 saylı orta məktəbə daxil olaraq 1943-cü ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Qəlbində həkim olmaq istəyi Zərəngiz xanımı tibb instituna gətirmiş və qəbul imtahanlarını müvəfəqiyyətlə verərək N. Nərimanov adına Azərbayjan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Çalışqanlığı və ciddiliyi ilə digər tələbələrdən seçilən Zərəngiz xanım təhsil aldığı illəridə böyük uğurlar qazanmışdır. Bütün imtahanlardan yanlız əla qiymətlər alan Zərəngiz xanım dövrünün ən yüksək təqaüdü olan və çox az miqdar tələbəyə nəsib olan Stalin təqaüdünə layiq görülmüşdür. Ciddi olmaqla yanaşı təşkilatçılıq qabiliyyətini nəzərə alaraq fakültə Komsomol Komitəsinin katibi seçilmişlər. Hələ tələbə ikən elmi işlərə böyük maraq göstərən və tələbə elmi cəmiyyətinin fəal üzvü olan Zərəngiz xanım professor M. Mirqasımovun rəhbərliyi altında "Serroz iltihabın" araşdırmasına dair eksperimentlər aparmış və almış olduğu nəticələr haqqında elmi konfranslarda maraqlı məruzələr etmişdir. 1948-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra onu Tibb İnstitutunda professor Emin Əfəndiyevin rəhbərlik etdiyi "Daxili Xəstəliklərin Propedevtikası" kafedrasında ordinatoraya qəbul etmişlər. 1952–55-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində işləmiş, 1955-ci ildə isə elmi işlərini davam etdirmək məqsədilə aspiranturaya daxil olmuş və görkəmli kardioloq, akademik Cahangir Abdullayevin rəhbərliyi altında elmi tədqiqat işlərinə başlamışdır. 4 il müddətində gərgin əməyi öz bəhrəsini vermişdir.
Zərəngiz Dəmirçi Qayalı
Zərəngiz Dəmirçi Qayalı (tam adı: Zərəngiz Dəmirçi qızı Mansurova; d.20 yanvar 1962; Qazax, Daş Salahlı) — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairə. Zərəngiz Mansurova 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kədində anadan olub. 1979-cu ildə Daş Salahlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar (AYB) və Jurnalistlər Birliklərinin (AJB), Jurnalist Qadınlar Assosiasiyasının üzvü, Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar surasının sədr müavini olan Zərəngiz xanım “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” “Kəsərli qələm” və digər media mükafatları laureatıdır. Yaradıcılığına görə AYB-nin Yeni Yazarlar və Sənətçilər Qurumunun “İlin qadın şairi”, “Qayalı” kitabı “Qarabağ mövzusunda ilin qadın yazarının kitabı” nominasiyasının qalibi, Beynəlxalq “Nizami Gəncəvi”, S.Vurğunun ev-muzeyinin “Səməd Vurğun”, AYB-nin R.Rza Fondunun Beynəlxalq “Rəsul Rza” və digər mükafatlarına, Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin dəstəyi ilə 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Nurəddin İsmayıllı ilə ailəli olan Zərəngiz Qayalının Aynur, Ülkər, Abutel, İbrahim adlı övladları, Banu adlı nəvəsi vardır. İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziya verilişlərində əsərləri səsləndirilmiş Zərəngiz xanımın 2010-cu ildə “M.Şəhriyar” Ədəbi Birliyinin dəvəti ilə Təbriz, Məşhəd, Qəzvin, Rəşt, Miyanə və digər 30 şəhərində olmuş müəllifin “Haqqı sevdim” (2001), “Vəfam mənim” (2006)”, “Güllələnmişlər” (2006), “Qayalı” (2008), “Əziz rəhbər” (2013), “Oğul” (2016) adlı şeir və poemalardan ibarət kitabları dərc olunub.
Şəhrəngiz
Şəhrəngiz və ya Şəhraşub – qədim və orta əsrlər Şərq poeziyasında, o cümlədən Azərbaycan ədəbiyyatında şəhәr hәyatının, mәişәtinin, müxtəlif sənət adamlarının tәsviri vә tәrәnnümü ilә bağlı şeir. Azərbaycan poeziyasında Məhsəti Gəncəvi şəhrəngiz poetik janrının gözəl nümunələrini yaratmışdır. Bu janrda əsasən sadə zəhmət adamları, müxtəlif peşə sahibləri vəsf edilir. Füzulinin «şəhraşub» və «şəhrəngiz» adlanmalı bir silsilə şeiri vardır. «Şəhraşub» musiqidə də olub, «Şur» muğamında ayrıca bir guşə imiş və çalına-çalına orta əsrlərdən günümüzə qədər gəlib çatmışdır. Orta əsrlərin dərinlərində şairlər ayrı-ayrı şəhərləri və şəhər sənətkarlarını söz meydanına çəkən silsilələr yaradaraq adına da şəhraşub demişlər. Əvvəllər bu şeirlər daha çox satirik, ifşaçı biçimdə yazılırmış ki, hər birinin doğulması şəhəri də vəlvələyə salırmış, ədəbiyyatda da hay-küy doğururmuş. Şəhraşub yazdığına görə müxtəlif cəzalara məruz qalanlar, hətta dili kəsilənlər barədə tarixin şahidliyi var. Sam Mirzə «Töhfe-yi Sami»sində Hərfi İsfahani deyilən şairin Gilan əhlinin həcvinə şəhraşub yazdığını, buna görə də müttəhim bilindiyini, dili kəsildiyini yazır. Türkdilli ədəbiyyatda bu şeir şəklinə həvəslə müraciət edilmiş və onun bir sıra maraqlı örnəkləri yaradılmışdır.
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Sərəngi
Sərəngi (hind. सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş—2 oktavaya qədərdir.
Firəngiz Babayeva
Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar yaratmışdır. 1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində aşağdakı rolları ifa edib: Sənubər ("Xoşbəxtlər"S. Rəhman) Aygül ("Kimin sualı var?", N. Həsənzadə) Kiçik gəlin("Gəlinlərin üsyanı", Ş. Başbeyev) Nigar ("Solğun çiçəklər", C. Cabbarlı) Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev) Bəyaz saçlı qız("Qətl günü", Y. Səmədoğlu) 1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində aşağdakı rolları ifa edib: Telli-("Məlikməmmədin nağılı", M. Məmmədov) Ana-("Anlaşılmazlıq", A. Kamyu) Çiçək-("Subaylarınızdan görəsiz", S. Ələsgərov) İrma-("Varlı evində", G. Xuqayev) Asya-("Arşın mal alan", Ü. Hacıbəyov) Zeynəb-("Ölülər", C. Məmmədquluzadə) Nərgiz-("Dünya ay Dünya", Ş. Qəribli) Münəvvər-("Mənim ağ göyərçinim", T. Vəliyeva)və s.
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr hoteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Firəngiz Qurbanova
Firəngiz Ağadadaş qızı Qurbanova (12 mart 1943, Bakı) — Kino rəssamı, Animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, "Birlik" animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024-cü ildən) == Həyatı == 12 mart 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə ad. Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışmış, "Birlik" studiyasına rəhbərlik etmişdir. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamı, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülmüşdür. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb Aktyor Ağadadaş Qurbanovun qızıdır.
Firəngiz Rəhimbəyli
Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa. == Həyatı == Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s.
Firəngiz Rəhimbəyova
Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa. == Həyatı == Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s.
Firəngiz Şərifova
Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969). == Həyatı == Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.
Firəngiz Əhmədova
Firəngiz Yusif qızı Əhmədova (23 sentyabr 1928, Bakı – 16 dekabr 2011, Bakı) — Azərbaycanın görkəmli opera müğənnisi, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti (1967). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü == Həyatı == Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.
Firəngiz Əlizadə
Firəngiz Əliağa qızı Əlizadə (28 may 1947[…], Bakı) — Azərbaycanın bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Respublikasının Xalq artisti (2000), professor (1998), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır. == Həyatı == Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.
Mihrəngiz Qadınəfəndi
Mihrəngiz Qadınəfəndi (15 oktyabr 1869, Soçi – 12 dekabr 1938, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin üçüncü xanımı. Mihrəngiz xanım 15 oktyabr 1869-cu ildə Rusiyanın Soçi şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən ubix olub, əsl adı Fatmadır. Davam edən Rusiya-Osmanlı müharibəsi səbəbilə ailəsi İstanbula köçmüş, burada azyaşlı Fatma saraya təslim edilmişdir. Sarayda xüsusi təhsil və piano təlimi alan Fatmanın adı dəyişdirildi və Mihrəngiz qoyuldu. Çox keçmədən sarayda Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 4 aprel 1887-ci ildə onunla vəliəhd sarayında evləndi. 2 mart 1888-ci ildə yeganə övladı olan Şahzadə Ömər Hilmi Əfəndini dünyaya gətirdi. 1924-cü ildə digər ailə üzvləri ilə birlikdə ölkəni tərk etdi və oğluyla birlikdə İsgəndəriyyəyə getdi. Çox keçmədən 2 noyabr 1935 tarixində oğlu burada iflic oldu və vəfat etdi. Özü isə 12 dekabr 1938-ci ildə İsgəndəriyyədə vəfat etdi və cənazəsi burada dəfn olundu.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
Nurəngiz Hacıyeva
Nurəngiz Quliyeva
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
Pərəngin (Sultaniyə)
Pərəngin (fars. پرنگين‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (29 ailə).
Firəngiz İbrahimzadə
Firəngiz Teymurova
Firəngiz Teymurova (14 avqust 1999) — Uğur və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == O, Rusiyanın "Torpedo İjevsk" və Azərbaycanın "Uğur" klublarında çıxış edib. == Beynəlxalq karyera == O, UEFA Qadınlar arasında Avro 2022-nin seçmə mərhələsində Azərbaycan üçün böyüklər səviyyəsində çıxış edib.
Şücanizam Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Firəngiz (film, 1975)
== Məzmun == Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir. Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır. == Film haqqında == Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov Quruluşçu rejissor: Əbdül Mahmudov, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Əsəd Əsədov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov === Rollarda === Vəfa Fətullayeva — Firəngiz Rasim Balayev — Murad Şahmar Ələkbərov — Feyzi Bahadur Əliyev — Davud Sadıq Həsənzadə — Musa Muxtar Maniyev — Elxan Sədayə Mustafayeva — Məsmə Ötkəm İsgəndərov — Alxas Hökümə Qasımova — Musanın arvadı Məmməd Bürcəliyev — sürücü Gümrah Rəhimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Mirzə Süleyman Mərəndi
Mirzə Süleyman Mərəndi — Xəttat. Əl işlərinə Ordubad bölgəsinin Vənənd kənd Came məscidində rast gəlinir. Elə onun adı da hicri 1307 ildə (miladi 1890 il) məsciddə aparılmış təmir işləri zamanı özü tərəfindən rənglə gəc üzərində yazılmış kitabə vasitəsilə elm aləminə məlum olmuşdur. 19 yüzillikdə yaşamış Mirzə Süleyman həmin vaxt məsciddə aparılan rəngkarhq işlərini yerinə yetirmişdir.
Məhəmmədhəşim bəy Mərəndi
Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu Mərəndi (1795-?)—siyasi mühacir. Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Risiyaya mühacirət etmişdi. Qarabağ rəisi onu ailəsi ilə birlikdə Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar kəndində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi. Məhəmmədhəşim bəyin Qasım bəy, Əli bəy, Mehdi bəy, Abdulla bəy adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru. Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.