Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maltoza
Maltoza (səməni şəkəri) -‒ 4-О-α-D-qlükopiranozil-D-qlükoza, molekulu iki α-qlükoza qalığından ibarət olan təbii disaxariddir, arpa, çovdar və digər taxıllı bitkilərin, həmçinin pomidorun tərkibində vardır. Β-D-glucopyranosyl fosfat ve D-glycose'dan maltozun biyosentezi, yalnız bazı bakteriyalar növlərində məlumdur. Heyvan və bitki orqanizmlərində maltoza nişastanın və qlikogenin fermentativ parçalanması ilə alınır. Maltoza insan orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Maltoza heyvan və insanların həzm şirələrində, kif göbələklərdə və mayada olan α -qlükozidaza fermentinin təsiri nəticəsində iki α-qlükoza qalığına bölünür. İnsanın bağırsaq mukozasında bu fermentin genetik cəhətdən olmaması nəticəsində maltozaya qarşı anadangəlmə dözümsüzlük olan ağır xəstəliyə gətirib çıxarır. == Kimyəvi adı == α-Maltoza — (2R,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol β-Maltoza — (2S,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol == Fiziki xassələri == Maıtoza suda asanlıqla həll olur, şirin dada malikdir. Maltozanın molekul kütləsi 342.32-dir. Maltozanın (susuz) ərimə temperaturu – 1020C-dir (susuz). Kimyəvi xassələri == İzomaltoza == Maltoza bərpaolunmuş şəkərdir, çünki əvəzedilməmiş yarı asetal hidroksil qrupuna malikdir.
Laktoza
Laktoza — disaxaridlər qrupundan olan karbohidrat. Qalaktoza və qlükoza alt bölmələrindən ibarət şəkərdir və molekulyar formuludur. Laktoza südün təxminən 2–8%-ni təşkil edir. Adı süd üçün latın sözü olan lak (gen. lactis), üstəgəl şəkərləri adlandırmaq üçün istifadə olunan şəkilçisindən gəlir. Mürəkkəb ağ, suda həll olunan, hiqroskopik olmayan, yüngül şirin dadı olan bərk maddədir. Qida sənayesində istifadə olunur. == Quruluş və reaksiyalar == Laktoza qalaktoza və qlükozanın kondensasiyası nəticəsində yaranan disaxariddir, β-1 → 4 qlikozid bağı əmələ gətirir. Onun sistematik adı β-D-qalaktopiranosil- (1 → 4) -D-qlükozadır. Qlükoza ya α-piranoza, ya da β-piranoza şəklində ola bilər, qalaktoza isə yalnız β-piranoza şəklində ola bilər: buna görə də, α-laktoza və β-laktoza yalnız qlükopiranoza halqasının anomerik formasına aiddir.
Malopa
Bəzi əlamətlərinə görə malopa əməköməciyə oxşayır.Buna görə bitki yunancadan tərcümədə Malope-"əməköməciyə oxşar" kimi tərcümə olunur.Bitkinin 3 məlum növündən dekorativ gülçülükdə ancaq M.trifida geniş istifadə edilir.Üçhissəli malopa (M.trifida Cav.) yabanı halda Şimali Afrikada vı İspaniyada bitir.Gülxətmi ilə oxşarlığına görə malopanı yay əməköməcisi adlandırırlar.Onun çiçəkləri çəhrayı ya da qırmızı rəngdə olur.Əsasən əməköməcinin iki bağ forması Qrandiflora və Qrandiflora preksos becərilir: Qrandiflora formasının hündürlüyü 1 m-dir.Çiçəkləri iri,al-qırmızı ya da çəhrayı rəngdədir.Qrandiflora preksos-formasının hündürlüyü isə 60 sm-dir.Gülləri əvvəlki növə nisbətən xırdadır,rəngi eynilə al-qırmızı və ya çəhrayıdır.Malopanın toxumlarını torpağa əkməklə çoxaldırlar,sıra ya da qrupla əkmək olar.Bitkilər arasındakı məsafə 25-30 sm olmalıdır.Malopadan dəstələrin düzəldilməsində istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Maltada təhsil
== Ali təhsil == Kiçik ölkə olduğu üçün Maltada cəmi bir universitet - Malta Universiteti vardır. Malta Universiteti Mzida şəhərində yerləşir. 1592-ci ildə yaradılıb, çox sayda şöbələri və filiallları vardır. 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar. == Ölkədə xarici universitetlər == Xarici ölkə universitetləri Maltada sərbəst şəkildə filiallarını aça və qeydiyyatdan keçirə bilərlər. Bu filiallarda təhsil ödənişli olur.
Mia Malkova
Mia Malkova (1 iyul 1992, Palm-Sprinqs, Kaliforniya) — Amerikalı pornoaktrisa və Twitch ulduzu. Mia Malkova 1 iyun 1992-ci ildə Kaliforniyada anadan olub. Pornofilm sektoruna girmədən əvvəl restoranda bir müddət ofisiant işləyib. Amma burada sadəcə 200 dollar qazandığına görə dostu Nataşa Malkovanın təklifini qəbul edərək pornofilm sektoruna keçib. Ailəsi əvvəlllər bu qərarına narazı olsalar da, daha sonra onun karyerasına dəstək oldular. Mia Malkova pornoqrafiya film sektoruna yeniyetmə filmlərində rol alan Nataşa Malkovanın vasitəsi ilə daxil oldu. Nataşa Malkova onun məktəb dostu idi. İlk dəfə JesseLoadsMonsterFacials.com adlı sayt üçün çəkilən oral səhnədə rol alan Malkova ilk əsas müqaviləsini Elegant Angel firması ilə imzaladı. Bu müqavilədən əvvəl isə Mofos üçün bir neçə erotika filmində (seks olmayan) rol aldı. Malkovanın ilk çəkilişlərindəki B/B/G və G/G/B səhnələrindəki uğuru onun sektor daxilində tez yüksəlməsinə imkan yaratdı.
İrina Malkova
İrina Malkova — rus qadın voleybolçu. 2013-cü ildən Dinamo Kazan blokçusudur. Blokları zamanı 294 sm yüksəkliyə qədər tullana bilir. Perspektivi az olmayan 25 yaşlı voleybolçu Rusiya milli komandasına bir dəfə belə dəvət almamışdır.
Maltada din
Maltada din — Maltada İslam ilk dəfə 870-ci ildə müsəlmanlar Siciliyanı Bizans imperiyasından aldıqdan sonra yarandı. 1091-ci ildə Normallar adanı ələ keçirəndə Malta xristian hökmranlığını qaytardı və İslam 13-cü əsrə qədər azad qaldı, lakin 13-cü əsrdən sonra qadağan edildi. Bu gün Maltadakı müsəlmanlar təxminən 6000 əhalisi olan azlıq təşkil edir. Adada Sultan Əbdüləziz tərəfindən 1873-cü ildə tikilmiş müsəlman qəbiristanlığı, 1978-ci ildə açılmış məscid və müsəlman ibtidai məktəbi var. Maltada hakim din katolik kilsəsidir. Malta Konstitusiyası katolikliyi dövlət dini kimi tanıyır. Maltanın himayədarları Paul, Müqəddəs Publius və Müqəddəs Aqatadır.
Maltada islam
Maltada islam — Malta əsasən xristian ölkəsidir və 2021-ci il siyahıyaalınmasına əsasən İslam dini əhalinin təxminən 3,9%-ni əhatə edir. == Tarixi == Ərəblər 870-ci ildə Siciliyanı fəth etdikdən sonra İslam Maltaya yayıldı. Malta tarixində İslam dövrü nisbətən az öyrənilmişdir. 1091-ci ildə adanın Normanlar tərəfindən tutulmasından sonra Malta xristianlığa qayıtdı. Müsəlmanlara 13-cü əsrə qədər dinlərinə etiqad etməyə icazə verildi. Bəzi hesablamalara görə, ümumi əhalinin 95–98%-nin mənsub olduğu Roma Katolik Kilsəsi ilə müqayisədə Maltada müsəlman icması nisbətən kiçikdir. Ölkədə 3.000-ə yaxın müsəlmanın olduğu təxmin edilir ki, onlardan 2.250-si əcnəbi, 600-ü sonradan vətəndaşlıq alan, 150-si isə yerli Malta sakinləridir. Onlar əsasən müsəlman kişilərlə evlənərək İslamı qəbul etmiş qadınlardır. Ölkədə bir məscid və bir müsəlman ibtidai məktəbi var. Məscid 1978-ci ildə İslamı bütün dünyaya yaymaq üçün Liviya hökumət təşkilatı olan Dünya İslam İcması tərəfindən açılmışdır.
Anna Malova
Anna Nikolaevna Malova — rusiyalı qadın voleybolçu. Libero mövqeyində oynayır. Rusiyanın perspektivli voleybolçularındandır. == Karyerası == Anna Malova peşəkar voleybol həyatına 2008-ci ildə doğulduğu Ulyanovsk şəhərinin komandası İskra Samarada başlamışdır. O, hələ 17 yaşında məşqçi Emil Şamiloviç Zamaletdinova tərəfindən kəşf edilmişdi. İki il bu klubda oynadıqdan sonra karyerasında ən çox formasını geyinəcəyi Ufimoçkaya transfer olundu. Son olaraq o, Dinamo Moskva komandası ilə anlaşmış və bu komanda ilə bir illlik müqavilə imzalamışdı. Anna Malovanın milli komanda karyerası da olduqca qarışıqdır. O, 2013-cü ildən milli komandaya çağrılmağa başlayır. Baş məşqçi əsasən meydançaya əsas heyətlə çıxmadıqda Annanın xidmətində maraqlı olur.
Maltaya sürgün olunanlar
Maltaya sürgün olunanlar — İstanbul işğal olunduqdan sonra 1919–1920-ci illər ərzində işğalçılar tərəfindən həbs olunaraq Maltaya sürgün edilmiş 145 Türk dövlət xadimi, əskər və ziyalılara verilmiş addır.
Maltada insan hüquqları
Maltada insan hüquqları — konstitusiya ilə müəyyən edilmiş insan hüquqlarını qoruyan qanunlar toplusu. Maltada müəyyən azadlıqlar və hüquqlar haqqında məlumatlılığı artırmaq üçün bir neçə təşkilat və QHT qurulmuşdur. == Tarix == 15 iyun 1802-ci ildə Malta şəhər və kəndlərinin yüz dörd nümayəndəsi monarxiya hakimiyyətini və əsas hüquqlar toplusunu təsdiq edən bir bəyannamə imzalayır: Azad insanların öz dinini seçmək hüququ var. Heç kəsin başqasının həyatı, əmlakı və ya azadlığı üzərində şəxsi səlahiyyəti yoxdur. Hakimiyyət yalnız qanundadır, məhdudiyyət və ya cəza yalnız qanuna uyğun olaraq həyata keçirilə bilər. Birinci Dünya müharibəsindən sonra Malta adaların əksəriyyətini əsas ərzaq təchizatı ilə təmin edə bilmir, bu da müharibədən sonra yaşayış xərclərini artırır. Malta Milli Assambleyasının doktoru Filippo Squeberras milləti qorumaq, sosial və siyasi dəyişiklikləri təşviq etmək üçün çalışmışdır. 1919-cu il iyunun 7-də Milli Məclisin iclasını çağırır. Milli Assambleya zamanı nümayişçilərin izdihamı indiki Britaniya komandanlığına qarşı qəzəblə iğtişaşlar törədir. Bu indi Sette Cunonun milli bayramı kimi qeyd olunan dörd Malta vətəndaşının ingilis əsgərlərinin əli ilə ölümünə səbəb olur.
Malta Respublikası
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Malta Universiteti
Malta Universiteti (malta L-Università ta' Malta, ing. University of Malta) — Maltanın Mzida şəhərində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən qocaman universitetlərindən biri. Universitetdə bakalavr, magiistr və elmlər doktoru elmi adını almaq olur (PhD). == Tarixi == Əsası 1592-ci ildə qoyulmuşdur. Universitetin çoxlu sayda şöbələri və filialları vardır. Universitetdə 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar.
Malta adası
Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км². == Adı == İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir. == Coğrafiya və iqlim == Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır.
Malta arxipelaqı
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir. == Coğrafiyası == Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur. Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Malta bayrağı
Malta bayrağı — Maltanın Dövlət bayrağı == Malta bayrağı haqqında == Maltanın hazırkı bayrağı 1964-cü ildən bəri öz halını dəyişmədən saxlayıb. Lakin bu ildən əvvələdək Maltanın bayrağı bir çox dəyişikliklərə məruz qalıb. Buna səbəb isə Maltanın uzun illər İngiltərə Krallığının müstəmləkələrindən biri olması idi. Bu günkü bayrağın eninin və uzunluqlarının nisbəti 2:3-dür.
Malta boğazı
Malta boğazı - Malta adasını Siciliya adasından ayırır. Boğaz Malta ilə Avropa arasında əsas yolun üzərində yerləşir. Eni 95 km, dərinliyi mərkəzdə 100–150 m təşkil edir. Malta adasında əsas limanı Vallettadır. Siciliya adasında isə Cela və Sirakuza limanlarıdır. İkinci Dünya müharibəsi zamanı mühüm dəniz döyüşləri baş vermişdir. Bundan əvvəl isə Osmanlı İmperiyası ilə Malta donanması arasında döyüş baş vermişdir. Üstəlik boğaz Pun müharibələrinə də şahidlik etmişdir.
Malta coğrafiyası
Malta coğrafiyası- Malta ərazisi dağlıq relyefə malikdir.Ərazidə su çatışmazlığı mövcuddur.Buna baxmayaraq sahəsinin çox hissəsindən kənd təsərrüfatında istifadə olunur.Kənd təsərrüfatının ixtisaslaşması bilavasitə təbii şəraitdən asılıdır. == Əkinçilik == Aralıq dənizi tipli iqlim hakim olan sahələrdə zeytun,badam,sitrus bitkiləri,pambıq və s.istilik sevən bitkilər becərilir.Bundan başqa buğda,arpa,qarğıdalı,kartof,pomidor kimi bitkilər kəndli təsərrüfatlarında əsas istehlak xarakterli bitkilərdir.Gülçülük də inkişaf etmiş təsərrüfat sahəsidir. Maltanın kənd təsərrüfatı su mənbələrinin məhdudluğu və torpaqlarının daşlılığı üzündən çətinliklərlə qarşılaşır.İqlim burada quraqdır və suvarmaya böyük ehtiyac vardır. == Heyvandarlıq == Heyvandarlığı qoyunçuluq və qoşqu heyvanı kimi istifadə edilən qatır saxlamaqdan ibarətdir.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Malta dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Malta dövləti
Malta Dövləti (malta Stat ta’ Malta) — müasir Malta Respublikasının sələfi. 21 sentyabr 1964-cü ildən 13 dekabr 1974-cü ilədək mövcud olmuş dövlət. Dövlət rəsmən konsitutsiyalı monarxiya olmuşdur. == Tarix == Malta vəliəhd koloniyası İngiltərə Parlamentinin 1964-cü ildə qəbul etdiyi Malta Müstəqillik Qanununa əsasən müstəqil olur. Həmin ilin mayında referendumla təsdiqlənən Maltanın yeni Konstitusiyasına əsasən kraliça II Elizabet Maltanın Kraliçası elan olunur. Onun konstitusiyaya əsasən funksiyaları Malta general qubernatoruna verilir. Dövlətin mövcudluğu dövründə II Elizabet 1967-ci ilin noyabr ayında Maltaya bir dəfə gəlir. İngiltərə Parlamenti tərəfindən Malta Müstəqillik Qanununun qəbul edilməsindən və Malta Konstitusiyasının təsdiqlənməsindən sonra 1964-cü ilin mayında keçirilən referendumda seçicilərin 54.5% müstəqlliyə səs verir. 21 sentyabr 1964-cü ildə Malta dövləti reallığa çevrilir. Onun konstitusiyalı monarxiya rejimi Maltanın kraliçası II Elizabet olur.
Malta himni
L-Innu Malti — Maltanın milli himni. Bəstəkarı — Robert Samut, sözlərinin müəllifi — Dum karm Psaila.
Malta kərtənkələsi
Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır. Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur.