Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərhəmət
Mərhəmət — lüğətlərdə “bir kəsin və ya bir başqa canlının qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər, yazığı gəlmə” olaraq müəyyənləşdirilir. Neo-spiritualist terminologiyada da istifadə olunan terminlərdən biridir.
Mərhəmət Həmzəyev
Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997, Keçili, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. 2003-cü ildən 9-cu sinfə qədər Şahbuz rayon Keçili kənd tam orta məktəbində, 9-cu sinifdən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. == Hərbi xidməti == Mərhəmət Həmzəyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edirdi. Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edən leytenant Həmzəyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində fəal iştirak edib. Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Mərhəmət Kvantı
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi.Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Mərhəmət Əhmədov
Mərhəmət Adil oğlu Əhmədov (14 may 1991, Oğuzkənd, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Əhmədov 14 may 1991-ci ildə Şərur rayonun Oğuzkənddə anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Mərhəmət Əhmədov 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mərhəmət Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltının Tuğ kəndinin azad olunmasında cəsarətlə döyüşüb. 25 oktyabr tarixində Şuşa istiqamətindəki döyüşlərdə şəhid olub. Şərur Şəhidlər Xiyabanı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehmet
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
II Mehmet
II Mehmed və ya Fateh Sultan Mehmed (osm. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. == Həyatı == === Şahzadəliyi və ilk səltənəti === 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
Mehmet Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist,prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub.Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir.İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmet Görməz
Mehmet Görməz (1 yanvar 1959, Nizip[d], Qaziantep ili) — Türkiyənin din və diyanət başqanı. == Həyatı == 1959-cu ildə Qazıəntəpdə dünyaya göz açıb. İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Litseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib. Təhsilini davam etdirməklə yanaşı, ilk əvvəl Kırıkkala bölgəsində Quran kursunda dərs demiş, daha sonralar Ankaranın müxtəlif qəsəbələrində imam və vaiz vəzifəsində işləmişdir. 1987-ci ildə bakalavr pilləsini başa vuran Görməz, Ankara Universitetinin İlahiyyat fakültəsinin Hədis bölməsində doktorluq dissertasiyasını yazmağa başlayır. 1988-ci ildə bir müddət Qahirə Universitetində araşdırma və tədqiqatlarını davam etdirir. 1990-cı ildə "Musa Carullah Bigiyev, həyatı, fikirləri və əsərləri" adlı dissertasiya işini başa vurur və doktoranturaya daxil olur. 1994-cü ildə "Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi" adlı dissertasiyası ilə doktor pilləsini də başa vurur. Bununla yanaşı, yazdığı dissertasiya 1995-ci ildə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Birincilik mükafatı ilə təltif olunur.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Mehmet Harmancı
Mehmet Harmancı (d. 28 dekabr 1977, Lefkoşa, Kipr Türk Federal Dövləti) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyunn 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Mehmet Kaplan
Mehmet Qaplan (türk. Mehmet Kaplan; 18 iyul 1971, Qaziantep) — Türkəsilli İsveçli siyasətçi. İsveç Parlamentinin millət vəkili. Yaşıllar Partiyasının Məclis qrup sədri və idarə heyətinin üzvü. == Həyatı == Bir yaşında olarkən ailəsi İsveç Krallığına köçüb. 1992-ci ildə Krallığın Texnologiya İnstitutunun şəhər planlama və ətraf üzrə ixtisasından təhsil alıb. 1995-ci ildə Stokholm Unveristetinin siyasi elmlər və psixologiya üzrə təhsil alıb. Türk, isveç və ingilis dillərini bilir. === Ailəsi === Evlidir. İki övladı var.
Mehmet Karaca
Mehmet Karaca — əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru. Türkiyənin tanınmış rok ifaçısı Cem Karacanın atasıdır. Həyat yoldaşı erməni əsilli Toto Karacadır (İrma Feleqyan). 1934-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. 1964-cü ilədək fəaliyyət göstərib. Beynində baş verən problemlərə görə sənətdən aralanıb.
Mehmet Müəzzinoğlu
Mehmet Müəzzinoğlu (9 yanvar 1955) — Türkiyənin səhiyyə naziri (2013–2016). == Həyatı == Mehmet Müəzzinoğlu 1955-ci ildə Yunanıstanın Komotini (Gümülcinə) şəhərində anadan olub. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən məzun olan Müəzzinoğlu son seçkidə İstanbuldan millət vəkili seçilib.
Mehmet Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Mehmet Saray
Mehmet Saray (d. 1942, Afyon) — Türk Tarix Qurumunun üzvü, Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvü, 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri, 2007-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetində Müasir dövr Tarix Araşdırmaları Mərkəzinin sədri, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1942-ci ildə Türkiyənin Afyon bölgəsinin Dinar qəzasında anadan olub. 1988-ci ildə professor adını alıb. Türk Tarix Qurumunun üzvüdür. 1995-ci ildən Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvüdür. 1992-1996-cı illərdə Türkiyə Cümhuriyyəti XİN-də türk dövlətləri ilə əlaqədar baş məsləhətçi vəzifəsini icra etmişdir. Bu vəzifədə olduğu müddətdə Türk Cümhuriyyətləri elm adamları ilə birlikdə təşkil edilən “Ortaq Türk Tarixi”, “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Lüğəti” və “Ortaq Türk Əlifbası” layihələrinin rəhbəri olub. 1990-2000-ci illərdə Hərb Akademiyalarında, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri edib.
Mərhəmət kvantı (film, 2008)
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mehmet Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] == Erkən həyat və təhsil == Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Mehmet Özbay
Mehmet Özbay (1924, Adıyaman – 29 avqust 2001) — Türkiyə siyasətçisi idi. İstanbul Universiteti Tibb fakultəsi məzunudur. Hökumət həkimi, şəxsi həkim, Qurucu Məclis Adıyaman İli Təmsilciliyi (6 yanvar 1961 – 15 oktyabr 1961), TBMM Adıyaman 12-ci çağırış deputatı kimi çalışmışdır. Evli və iki uşaq atası idi.
VI Mehmet
VI Mehmed Vəhidəddin (osm. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
Mehmet Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Mehmet Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. == Erkən illəri == Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir.10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Mehmet Şimşək
Mehmet Şimşək (həmçinin Mehmet Şimşək; türk. Mehmet Şimşek; 1 yanvar 1967, Arıca[d], Batman vilayəti, Türkiyə) — Türkiyə siyasətçisi və iqtisadçısı. O, 3 iyun 2023-cü ildən Türkiyə Xəzinə və Maliyyə naziri vəzifəsində çalışır. Şimşək 24 noyabr 2015-ci il tarixindən 9 iyul 2018-ci ildə bu vəzifə ləğv edilənə qədər Türkiyə Baş nazirinin müavini olmuşdur. O, daha əvvəl 2009–2015-ci illərdə baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun hökumətlərində maliyyə naziri vəzifəsində çalışmışdır. Şimşək Ədalət və İnkişaf Partiyasının üzvü olaraq 2007-ci ildə keçirilən ümumi seçkidə Qaziantepdən, 2011-ci ildə isə Batmandan millət vəkili seçilmişdir. == Həyatı == Mehmet Şimşək 1 yanvar 1967-ci ildə Türkiyənin Batman vilayətinin Gərcüş rayonunun Arıca kəndində anadan olmuşdur. Kürd əsillidir. Şimşək səkkiz uşaqlı ailənin ən kiçiyi idi. Anası o, dörd yaşında olarkən vəfat etmişdir.
Mehmet Usta
Mehmet Usta (20 fevral 1973, Düzcə) - türk teatr, kino və serial aktyorudur == Həyatı == Əslən Trabzonlu olan Usta yeni doğulanda ailəsi İstanbula köçüb, atası və əmiləri orada uzun müddət əvvəl biznes qurublar. Doğulduğu yer İstanbul olmasa da, bir yaşına İstanbulda qədəm qoyub və burada böyüyüb. İbtidai məktəbi Aksaray Mahmudiye İbtidai məktəbində, orta məktəbi və liseyi isə İstanbul Davutpaşa Liseyində oxuyub . Universitet təhsilini Marmara Universitetinin Fən və Ədəbiyyat Fakültəsində tamamlayan və universitet təhsilindən sonra magistratura təhsilini tamamlamağa qərar verən Mehmet Usta, magistr təhsilini Marmara Universiteti Sosial Elmlər İnstitutu, Sosiologiya və Antropologiya bölməsində İncəsənət Sosiologiyası sahəsində tamamladı. “Ənənəvi türk teatrı müasirlik və modernləşmə yolunda” tezisi ilə. Universitet illərinə qədər Uzaq Şərq Müdafiə Sənəti ilə maraqlanırdı. Ədəbiyyat, fəlsəfə, tarix və teologiya həmişə onun maraq dairəsi olaraq qalmış və təbii ki, əvəzedilməz teatr əsərlərini də daxil etmişdir. O, həmçinin bir çox film və seriallarda rol alıb. O, FOX kanalında yayımlanan " Kukla " serialındakı "Şoker" , "Çörək gəmisi" serialındakı "Ölü" obrazı ilə tanınıb. O , TRT 1 -də yayımlanan " Leyla və Məcnun " serialında "Kamil" obrazını canlandırıb .
Abadi Mehmet Çələbi
Abadi Mehmet Çələbi (türk. Abadi Mehmet Çelebi; Amasya – 1554) — Osmanlı hüquqşünası. O, təhsilini İstanbulda başa vurmuş, Kamalpaşazadədən dərs almışdır. Mehmet Çələbi fətvada etimad səviyyəsinə yüksəlmişdir. Onun "Məcmua-i fətva" ("Fətvalar toplusu") adlı çap olunmamış bir əsəri var.
Abdulhaluk Mehmet Çay
Abdulhaluk Mehmet Çay (23 dekabr 1945, İskilip, Çorum ili) — Türkiyə alimi, akademik, tarixçi, dövlət və siyasət adamı. Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını 11 dəfə təşkil edibdir. Bu səbəbdən 2008-ci ildə ona Türkiyə Böyük Millət Məclisi tərəfindən "üstün xidmət" mükafatı təqdim edilib. == Həyatı == Abdulhaluk Mehmet Çay ilk və orta məktəbi İskilipdə, liseyi Amasyada tamamlamışdır. 1970-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir. Tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Abdulhaluk Mehmet Çay müxtəlif lisey, institut və universitetlərdə müəllim işləmiş, rəhbər vəzifələr tutmuşdur. == Siyasi fəaliyyəti == 1963-cü ildən bu yana, Milliyyətçi Hərəkat Partiyasının hər addımında fəal iştirak etmişdir. Partiyanın təməl ideologiyasının nəzəriyyəçilərindən biri olaraq qəbul edilir. 24 dekabr 1995-ci il parlament seçkilərində, MHP-dən Qaziantep millət vəkili namizədi oldu. Ancaq partiya növbəti mərhələyə keçə bilmədiyi üçün seçilə bilmədi.
Fateh II Mehmet
II Mehmed və ya Fateh Sultan Mehmed (osm. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. == Həyatı == === Şahzadəliyi və ilk səltənəti === 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Mirdamət Bağıyev
Mirdamət Səristan oğlu Bağıyev (15 noyabr 1986, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Mirdamət Bağıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində gedən şiddətli Aprel döyüşləri zamanı Ermənistan Ordusunun 7 ədəd tanhını, 1 ədəd Piyadanın Döyüş Maşınını (PDM), 1 ədəd Komandir maşının və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv eləmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən təltif edilmişdir. == Həyatı == Mirdamət Bağıyev 1986-cı il noyabrın 15-də Şamaxı rayonunun Poladlı kəndində anadan olmuşdur. === Təhsili === Mirdamət Bağıyev 1992-ci ildə M. Kərimov adına Poladlı hənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 2003-cü ildə oradan məzun olmuşdur. Daha sonra o, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məhtəbinə (AAHM) qəbul olmuşdur. Mirdamət Bağıyev 2007-ci ildə ali hərbi təhsilini "yerüstü artileriya" ixtisası üzrə başa vurmuşdur. Ardınca isə o, 2007-ci ildən 2009-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərhəzində (TTM) dinləyici olmuşdur. === Ailəsi === Mirdamət Bağıyev ailəlidir.
Mirdamət Seyidov
Mirdamət Seyidov — İkinci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş azərbaycanlı partizan. == Qəhrəmanlığı == İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır. Müharibənin ilk günlərindən cəbhəyə getmiş; amma almanlara əsir düşmüşdür. Dahau (alman. Dachau ) ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi. Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir.
Mirqamət Əliyev
Mirqamət Firdovsi oğlu Əliyev (d. 13 yanvar 1997, Ağcabədi rayon — ö. 8 oktyabr 2021) — Azərbaycanın vətənpərvər övladı. == Həyatı == Mirqamət Firdovsi oğlu Əliyev 13 yanvar 1997 ci ildə Ağcabədi rayon Alman qəsəbəsi adlanan yerdə məcburi köçkün ailəsində anadan olmuşdu. O Xocavənd kənd 1 nömrəli məktəbində təhsil almışdı. Onu tanıyan şəxslərin verdiyi məlumata görə yaşıdlarınnan fərqli olaraq daima hərbi xidmətə meyilli olmuşdur. Hərbi xidmətə meyilli olmasının səbəbi isə anasının Xocavənd rayonundan, atasının isə Ağdam rayonundan məcburi köçkün düşməsi idi. Mirqamət əslinin gəldiyi o torpaqlarda doğulub böyüməsədə hər daim o torpaqlar üçün yanıb tutuşan bir gənc idi. Hər daim fiziki sağlamlığına diqqət yetirər, yaşıdları bir biriləri ilə oyunlar oynayarkən Mirqamət Əliyev fərqli idman növləri ilə məşğul olur hər daim fizikini yüksək səviyyədə tutmağa çalışırdı. Çoxlarınnan fərqli olaraq uşaq yaşlarınnan işləməyə başlamış və ailəsi üçün çörək pulu qazanmışdı.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.