MƏHARƏT

[ ər. ] is. Bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər.
…Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayitaaladan qismət deyilmiş. C.Məmmədquluzadə.
Hanı, göstər də bir cəsarətini; Görəlim barı son məharətini. H.Cavid.

□ Məharət( ini) göstərmək – qabiliyyətini, bacarığını, hünərini göstərmək.
Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı… Çəmənzəminli.
Yaz gəlib səpin başlananda Əli əsil ustalığını, məharətini göstərdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏHARƏT məharət bax hünər
  • MƏHARƏT cəldlik — diribaşlıq — zirəklik — çeviklik
  • MƏHARƏT bacarıq — qabiliyyət — hünər
MƏHAL
MƏHARƏTLİ
OBASTAN VİKİ
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Digər lüğətlərdə

деко́рт десятикла́ссница му́фточка облеся́ться прожи́тие тара́н эллинофи́льствовать протесту́юще разнемога́ться таким мане́ром benzene boundary line charactonym meter officially screw-wheel Tana tenuous tracing unbettered walkaway запонка мученичество наводняться тюлень