Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəndov
Gəndov (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Mindoro
Mindoro (taqal Mindoro (isp. Mina de Oro — qızıl şaxta) — Filippin arxipelaqına daxildir. Sahəsi 10 571,8 km². Luzon adasının şimalında yerləşir. Adadan Verde boğazı ilə ayrılır. Luzon adaları qrupuna daxildir. Dağlıq reylefə malikdir. İki massivə bölünür:Birinci şimal-qərbdə, ən hündür nöqtəsi Alkon dağıdır (2585), ikinci mərkəzdə, ən hündür nöqtəsi Bako dağıdır (2488 m). Suxurları qranit, diorit və bərk qaya suxurları. Şimal-şərqində Nauhan gölü yerləşir.
Mindel buzlaşması, Mindel
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
İndol
İndol (benzopirol, 2,3-benzpirol) - heterotsiklik qatılaşdırılmış aromatik birləşmədir, kələmi xatırladan qoxusu olan rəngsiz kristallar. İndol nüvəsi bir çox biokimyəvi təbii birləşmələrə daxildir. Sərbəst halda, kömür qatranında və bəzi efir yağlarında, məsələn, jasmin yağında olur. indolun quruluşu 1869-cu ildə Bayer tərəfindən təklif edilmişdir. İndolun tədqiqi bitki boyası olan indiqonun tədqiqi ilə başladı. İzatini indiqodan oksidləşmə yolu ilə, sonra isə indoksilə almaq olar. 1866-cı ildə Adolf fon Bayer sink tozu ilə indoksili indola qədər azaldır. Bəzi indol törəmələri XIX əsrin sonlarına qədər boyalar kimi çox geniş istifadə edilmişdir. 1930-cu illərdə indol nüvəsinin bir çox mühüm alkaloidlərin molekullarına, triptofan amin turşusuna, auksinlərə və digər biokimyəvi əhəmiyyətli maddələrə daxil olduğu məlum olduqda, indola maraq yenidən artdı. Lakin bu gün də intensiv şəkildə öyrənilməkdə davam edir İndol öz adını "İndiqo" sözündən almışdır.
Elçin Eminov
Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı. 6 qat Avropa çempionu, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. == Karyerası == Elçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. == İstinadlar == == Xarici keçidlər == "Elçin Eminov: Uşu üzrə dünya çempionatda hədəfim medal qazanmaqdır".
Fərhad Eminov
Gəndov (Lerik)
Gəndov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. (Əslində talış sözü olub, "Qendov"--"təlx su" deməkdir.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kənddə 2.296 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Gəndov bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hümbət Eminov
Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən). == Həyatı və elmi fəaliyyəti == Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur. 1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur. 1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
Lindon Conson
Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965-1969) və 37-ci vitse-prezidenti (1961-1963). == Həyatı == Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939-1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949-1961-ci illərdə Texas ştatından senator, 1953-1960-cı illərdə Senatda demokratların lideri olmuşdur. == Prezidentliyi == 1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur. Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrıseçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur. Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı. O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu.
Mindel buzlaşması
Mindoro boğazı
Mindoro boğazı - Mindoro adası ilə Busuanqa adasını ayıran, Cənubi Çin dənizi ilə Sulu dənizini birləşdirən boğaz. İki ada arasında Filippindəki ən böyük mərcan rifi sistemi olan Apo rifi yerləşir. Rif boğazı Apo Şərq aşırımı və Apo Qərb aşırımını ayırır. Mindoro boğazı Hind okeanı və Sakit okean arasında keçən gəmilər üçün alternativ marşrutun bir hissəsidir. Müasir batimetrik zondlamalar göstərdi ki, Mindoro boğazının və Sibuti keçidinin mərkəzləri son buz dövründə mövcud olacaq qədər dərin olduqlarını göstərdi. Bu da H.Otley Beyerin Filippinlərin ilk sakinlərinin torpaq körpülər vasitəsilə bura gəlmələri haqındakı məşhur nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Təsdiqlənsəydi, ölkənin ən qədim sakinlərinin adalara çatmaq üçün açıq dənizi keçmək məqsədiylə qayıqlara ehtiyacı olacaqdı.
Mindək (Uçalı)
Mindək (başq. Миндәк dinlə, rus. Миндяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 27 km.
Mintos FK
«Mintos» — Rostov vilayəti Novoçerkassk şəhərində fəaliyyət göstərən futbol klubu. 2009-cu ilə qədər həvəskarlar və regional layihələrdə iştirak edirdi. 2009-cu ildə HFL «Cənub» zonasında birinci yeri tutaraq yuxarı pilləyə qalxmışdır. 2010-cu ildə Futbol üzrə İkinci divizyonun «Cənub» zonası qəbul edilmişdir. Mintos FK peşəkar klub olaraq ilk oyununu 2008-ci ildə Rostov vilayət liqasında keçirmişdir. Klub bir oyunu məğlub olmadan Liqanın finalına yüksəlmişdir. Son nəticə olaraq birinci yeri tutan klubdan yalnız bir xal geri qalaraq ikinci yeri tutur. Mintos 2009-cu ildə HFL «Cənub» zonasında iştirak etmişdir. Futbol üzrə Rusiya Kubokunun bir necə mərhələsini keçərək 1/32 finala qədər irəliləyə bilmişdir. Bu mərhələdı Belqorodu təmsil edən SalyutFK məğlub olmuşdur.
Mirhəmzə Eminov
Mirhəmzə Mirhəsən oğlu Eminov (18 iyun 1932, Yuxarı Yaycı, Naxçıvan MSSR – 12 dekabr 1980, Yuxarı Yaycı, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1968), Sosialist Əməyi Qəhrəmanı (1973). Mirhəmzə Eminov 18 iyun 1932-ci ildə Noraşen rayonu (indiki Şərur rayonu) Yuxarı Yaycı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1958-ci ildə S.Vurğun adına kolxozda başlamış, bu kolxozda kolxozçu, inşaat briqadiri (1959–1960), aqronom (1960–1961) və 1961-ci ildən briqadir işləmişdir. 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1976-cı ildən AKP MK üzvü, SSR Ali Sovetinin (7-ci və 8-ci çağırış) deputatı olmuşdur. 1972-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 dekabr 1973-cü il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı, o cümlədən Lenin ordeni və "Qırmızı əmək bayrağı" ordeniləri ilə təltif olunmuşdur. 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. Mirhəmzə Eminov 12 dekabr 1980-ci ildə İliç rayonunda vəfat etmişdir.
Mitkov adası
Mitkov adası (ing. Mitkof Island) — Aleksandr arxipelaqına daxil olan, Alyaska ştatı ərazisində yerləşir. Adadan şərqdə Kupreyanov adası yerləşir. Adada Pitersberq (3 min. nəfər) qəsəbəsi vardır. Qəsəbə XIX əsrdə norveçli köçkünlər tərəfindən salınmışdır. Ada Prokofiya Mitkovun şərəfinə adlandırılmışdır.
Moldov dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Mordov dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Mingöl (Urmiya)
Mingöl (fars. مينگل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (55 ailə).