Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minoqakimilər
İlanbalığıkimilər (lat. Petromyzontiformes) — heyvanlar aləminin xordalılar tipinin hiperoartiyalar sinfinə aid heyvan dəstəsi.
Xəzər minoqası
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
Yoşinobu Minova
Yoşinobu Minova (d. 2 iyun 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Zingiber mioga
Yapon zəncəfili (lat. Zingiber mioga) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. Amomum mioga Thunb. Zingiber echuanense Y.K.Yang Zingiber mijooka Siebold Zingiber mioga var.
Amomum mioga
Yapon zəncəfili (lat. Zingiber mioga) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amomum mioga Thunb. === Heterotipik sinonimləri === Zingiber echuanense Y.K.Yang Zingiber mijooka Siebold Zingiber mioga var.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Minhva
Minhva ( Hanqıl: 민화 ) daha çox səyahət edən və ya naməlum sənətçilər tərəfindən rəsmi təlimi olmadan meydana gələn Koreya xalq sənətinə aiddir. Minhva Yanagi Muneyoshi tərəfindən yaradılmışdır. Minhva-nın hərfi mənasında "xalqın boyası" və ya "məşhur rəsm" deməkdir. Bu rəsm növü keçmişdən miras qalan üslublara, kanonlara və janrlara sadiq qalaraq adsız sənətkarların rəsmləri idi. Minhva həmçinin özündə sehirli aspektlər də cəmləşdirirdi. Minhvaların faydalı kəramətlərə sahib olduqlarına həmçinin sahiblərini və ailələrini pis qüvvələrdən qoruduqlarına inanılırdı. Durnalar, qayalar, su, buludlar, günəş, ay, şam ağacları, tısbağalar, böcəklər və çiçəklər kimi populyar mövzuları özündə birləşdirirdi. Minhva sənəti inkişaf edərək on yeddinci əsrdə bugünkü halına keçid etdi. Minhva sənətçiləri bir yerdən başqa yerə gəzən adi insanlardır ki, ümumiyyətlə yerli xalq üçün rəsm çəkəcəkləri festivallara qatılaraq öz işlərini yerinə yetirirdilər. Həyatlarının önəmli mərhələləri minhva rəsmlərinin boyanması ilə əhatə edilmişdir.
Minorka
Minorka (Katalan dili və İspanca : Menorca; Latınca: Balearis Minor, "kiçik ada") — İspanyaya aid Aralıq dənizindəki Balear Adalarının bir hissəsidir. 94.885 əhalisi var.Dənizdən ən yüksək nöqtəsi Monte Toro 358 m/1174 ft yüksəklikdədir. Əhali əsasən İspanca ve Katalan dilinin bir dialekti olan Menorquí ləhçəsində danışır.
Minqora
Minqora — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər.Pakistanlı Feminist və qadın hüquqları qoruyucusu Məlalə Yusəfzay burada anadan olub,Əhalinin əsasını puştunlar təşkil edir.Pakistanın ən böyük 26-cı şəhəridir. Bir çox Buddist qalıqları və oymalar Cambil çayı vadisində olan Minqora yaxınlığında aşkar edilmişdir. Panrda eramızın I əsrinə aid bir stupa və monastır qazılmışdır. Loe Banr, Butkara II və Matalai'de, İtalyan arxeoloqlar e.ə.1520 ilə e.ə.170 arasında olan 475 Aryan qəbirini və iki at skeletini qazdılar. Əliqramada Svat çayının qarşı tərəfində, Səidi Şərif hava limanının yaxınlığında, Gandhara məzar mədəniyyətinə aid bir yer İtalyan arxeoloqları tərəfindən tapılıb və eramızdan əvvəl 1000-ci ilə aiddir. 2007-ci ildə Taliban üsyanının yüksəlişi zamanı Minqora, əsasən Minqoradakı ənənəvi mədəniyyətə təsir edən Taliban tərəfindən işğal edildi. Bir il sonra yaraqlı lider Fəzlullah, daha sonra Məhəmmədi, Mingoradan təxminən beş kilometr uzaqlıqda yerləşən Mamdheri kəndində pirat FM kanalını qurdu. Sonradan Fazlullah, Siqar vadisində, Minqoranın hamısını əhatə edən Pakistan Təhriki Təlibanın lideri oldu. Yerli müğənnilər və rəqqasələr, Taliban tərəfindən vəhşicəsinə vurularaq öldürüldü və bədənləri Minqora'nın əsas yol dairəsinə atıldı. 2009-cu ildə Rah-i-Raast əməliyyatı Minqoranı yenidən Pakistanın nəzarətinə verdi.
Misoqi
Misoqi (禊) – şintoizmdə bədəni yumaqla həyata keçirilən paklanma ayini. "Misoqi" sözü "bədənə su tökmək" mənasına gələn "misosoqi" sözündən yaranmışdır. Şintoizmdə paklanma və təmizlənməyə böyük əhəmiyyət verildiyi üçün istənilən tədbirin əvvəlində bədəni təmizləmək mütləqdir. 712-ci ildə yazılmış "Kociki" salnaməsinə görə misoqi ayininin mənşəyi İzanaqi ilə bağlıdır. Mifologiyaya görə həyat yoldaşı İzanaminin ölümündən sonra İzanaqi onu axtarmaq üçün Yomotsukuniyə enmişdir. Burada ölüm və çürümə kimi natəmizliklərlə əhatə olunmuşdur. Mağara vasitəsilə bu dünyaya qayıtdıqdan sonra o, Kyuşunun şimalında yerləşən Taçibanaya səyahət edərək çaya girmiş və bütün natəmizliklərini yumuşdur. Bu yuyunma ayini zamanı üç şinto ilahı doğulmuşdur: Susanoo, Ameterasu və Tsukuyomi. Misoqinin bir çox forması mövcuddur. Ən geniş yayılmış forması məbəddə dua etməmişdən qabaq əlləri və ağzı yaxalamaqdır.
Minija
Minija qərbi Litvada çaydır və Nemunas çayının sağ qoludur. Uzunluğu 202 km-dir (126 mil).O, kiçik Didovas gölündən, hidroqrafik cəhətdən isə Telşiaidən 14 km cənubda yerləşən Sydeklis gölündən başlayır.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var. Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; ) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur. Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Minqu
Minqu (民具) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad. "Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır. Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır. Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı. XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır. Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur. 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir. 1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur. Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.
Tinqa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Esula minima
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Euphorbia minima
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Iguana minima
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Manora qalası
Manora qalası — Debal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədilə tikilən qala. == Haqqında == Kəraçi limanının mühafizəsi məqsədilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir. Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədilə tikilib. Bu liman vasitəsilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədilə istifadə edilib.
Manora yarımadası
Manora və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir. == Tarixi == Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir.
Zingiber mioga var. variegatum
Yapon zəncəfili (lat. Zingiber mioga) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amomum mioga Thunb. === Heterotipik sinonimləri === Zingiber echuanense Y.K.Yang Zingiber mijooka Siebold Zingiber mioga var.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Meioperis minima
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Mikania minima
Mikania minima (lat. Mikania minima) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mikola Bajan
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983, Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı . Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur. 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır. "On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir. Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir. 1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur. 23 noyabr 1983-cü ildə vəfat etmişdir.
MaNga
MaNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib. Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.