Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirələm Mirələmov
Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub. Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.
Hüseynbala Mirələmov
Hüseynbala Fazil oğlu Mirələmov (25 iyun 1945, Nuravud, Lerik rayonu) — azərbaycanlı siyasətçi, yazıçı, professor. == Həyatı == Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur.
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır. Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi.
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
Biqələm
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. == Həyatı == 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. == Yaradıcılığı == Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. == Şəxsi keyfiyyətləri == Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. == Elmi əsərlərdə ``Biqələm`` == Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Mirzələr
Mirzələr — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirzələr kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Mehdiqulu xana məxsus xəlfəli tayfasının mirzələr adlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Mirzənin nəslindən olanlar, mirzəgillər" mənasındadır. Kəndin yaxınlığında axan çay da Mirzələr çayı adlanır. Kənd Qarabağ silsiləsində yerləşir.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.
Mirsəlim Əsədov
Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor. MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin "Fiziki-kimya" kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır. 1982-ci ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01 — Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1990-cı ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.
Mirəli Alosmanov
Mirəli Alosmanov (Alosmanov Mirəli Seyfəddin oğlu; 4 may 1939, Ağsu – 3 noyabr 2022, Padarqışlaq, Ağsu rayonu) — Texnika elmləri doktoru. Professor Mirəli Alosmanov 1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında"Zaqafqaziya təbii-mineral birləşmələr sənayesinin əsasında fosforlu gübrə texnologiyası və prosesin fiziki-kimyəvi əlaqəsi"mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. Neft, kimya və üzvi sintez istehsalı proseslərindən alınmış, buxarlandırılmamış aşağıqatılıqlı sulfat turşusu əsasında monokalsifosfatın alınması Zaqafqaziya təbii birləşmələri və müxtəlif sənaye tullantılarını tətbiq etməklə fosforlu gübrələrin istehsalı texnologiyasının fiziki-kimyəvi əsaslarının öyrənilməsi Faydalı qazıntıların əlavəsi ilə metallurgiya sənayesi tullantılarının əsasında gübrə və meliorantın alınması və istehsalata tətbiqinin öyrənilməsi Neft quyularının qazılmasından alınan və üzvi kompleks tullantıların modifikasiyaedici birləşmələrlə zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi və istehsalata tətbiqinin öyrənilməsi Təbii-mineral, müxtəlif sənaye və məişət tullantıları əsasında üzvi-mineral kompleks gübrə, meliorant və bitkimühafizəedici birləşmələrin alınma texnologiyasının işlənməsi və proseslərin fiziki-kimyəvi əsaslarının qanunauyğunluqlarının öyrənilməsi. 2005-ci ildə Böyük Britaniyanın Cambridge Universitetində 100-dən çox alimdən biri kimi tanınıb.
Mirəli Axundov
Axundov Mirəli Abdulla oğlu — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi. Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir. "İnsan genetikasına səyahət" Bakı 1975 Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Mirəli Hüseynov
Mirəli Mirqasımov
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı – 9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu. Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Mirəli Mirəliyev
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Mirəli Seyidov
Mirəli Mirələkbər oğlu Seyidov (5 may 1918, İrəvan – 26 aprel 1992, Bakı) — Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycan SSR Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü. Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S. Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938–1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941–1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir.
Mirəli türbəsi
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur. İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir." Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir. Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır: Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur.
Mirəli Əzimov
Mirəli Ağa türbəsi
Mirəli Ağa türbəsi və ya Miryaqub Ağa türbəsi — Göyçə mahalının Çəmbərək (31.12.1937-ci ildən Krasnoselo) rayonunun Ağbulaq (19.04.1991-ci ildən Axperek) kəndinin şərq tərəfində qəbiristanlıqda yerləşən türbədır. Bütün Göyçə, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə bölgələrində məşhur olan türbənin önündə hər gün qurbanlar kəsilər, nəzir paylanardı. 1988-ci il hadisələrində (Ermənistan-Azərbaycan münaqişəsi) bu ziyarətgah ermənilər tərəfindən dağıtdılmışdır.
Pirələr-i Şahqasım (Kəleybər)
Pirələr-i Şahqasım (fars. پيره لرشاه قاسم‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (49 ailə).
Mirkelam
Fergan Mirkelam (20 may 1966, İstanbul) — türk müğənni, mahnı müəllifi, bəstəkar.
Qışlaq-i Miraaləm (Biləsuvar)
Qışlaq-i Miraaləm (fars. قشلاق ميراعلم‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…], Modena, Emiliya-Romanya) — İtaliya opera müğənnisi. Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Mirədeh (Soyuqbulaq)
Mirədeh (fars. ميره ده‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (36 ailə).
Ağamalı Kərbəlayi Mirəli oğlu
Mirəli Məmməd oğlu Əzimov
Mikele Alboreto
Mikele Alboreto (23 dekabr 1956, Milan – 25 aprel 2001 Brandenburq, Almaniya) — italyan yarış pilotu. 1985-ci il Formula-1 mövsümünü çempion Alen Prostun ardından ikinci olaraq bitirmişdir. 1997-ci ildə isə "La-Manş 24 saat yarışları"nın çempionu olmuşdur. 1981-1994-cü illər arasında Formula-1-də, 1981-1983 və 1996-2000-ci illərdə isə "La-Manş 24 saat yarışları"nda iştirak edən Alboreto, 25 aprel 2001-ci ildə Almaniyada sınaq sürüşündə qəzaya düşərək dünyasını dəyişmişdir. Alboreto, Formula-1-ə qatılmadan öncə 2 dəfə İtaliya Formula-3-də, 1 dəfə isə Avropa Formula-2, Avropa Formula-3 və İngiltərə Formula-3-də yarışmışdır. 1979-ci ildə İtaliya Formula-3 ikincisi, 1980-ci ildə isə Avropa Formula-3 çempionu, İtaliya Formula-3 üçüncüsü olmuşdur. Formula-1 karyerasına 1981-ci il mövsümündə “Tirrell” komandası ilə başlayan Alboreto, həmin mövsümdə 11 yarışda iştirak etmişdir. İştirak etdiyi yarışların yalnız beşində finiş xəttinə çata bilən italyan pilot mövsümü xalsız başa vurmuşdur. 1982-ci il mövsümündə 16 yarışın hamısında iştirak etmiş və bunların 12-sində finiş xəttini keçə bilmişdir. “Caesars Palace Qran- prisi"ndə karyerasının ilk yarış birinciliyini əldə etmiş, “San Marino Qran-prisi"ndə isə 3-cü olub podiuma çıxmışdır.
San-Mikele
San-Mikele ( it. San Michele ) - Venesiyadakı (İtaliya) arxangel Mixail adası. Uzun müddət, adadakı qalada monastır, sonra isə türmə yerləşirdi. Lakin, I Napoleonun əmri ilə ada, 1807-ci ildə venesiyalılar üçün müstəsna dəfn yerinə çevrildi. Qəbirstanlığın üç hissəsi var: katoliklər, pravoslavlar və protestantlar üçün hissələr. Adanın əsas görməli yeri, 1469-cu ildə Mauro Koduççinin layihəsinə əsasən tikilmiş San-Mikele in İzola kilsəsidir. Kilsə Venesiyada intibah memarlığının ilk nümunələrindəndir.