Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Model
Model (fr. modèle, lat. modulus — "ölçü, analoq, nümunə") – orijinalın hər hansı bir xüsusiyyətlərinin öyrənilməsini təmin edən obyekt-orjinalın əvəzcisidir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemlər və məntiqi quruluşlar model adlandırılırlar. Gerçək şəraitin və ya obyektin riyazi, yaxud qrafik təsviri; məsələn, kainatda maddələrin paylanmasının riyazi modeli, işgüzar əməliyyatların (ədədi) modeli elektron cədvəl, yaxud molekulun qrafik modeli. Modellər, ümumiyyətlə, dəyişdirilə və ya idarə oluna bilər, buna görə də onların yaradıcıları gerçək şəraitə necə təsir etməyi görməyə cəhd edə bilər. Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxlu sayda insanın həyatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış "Captain" zirehli gəmisi ilə bağlı hadisə çox ibrətamizdir. XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid başlanıldı.
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Tarix == BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. == Modelin fərziyyələri == Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır). Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. == Klassik Bertran modelində tarazlıq == MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti 1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2).
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Verilənlər modeli
Verilənlər modeli – verilənlər bazalarının idarəolunması sisteminin (DATABASE MANAGEMENT SYSTEM, DBMS) dəstəklədiyi, abstrak struktur əmələ gətirən bir-birilə qarşılıqlı əlaqədə olan obyekt tiplərinin, deyimləri və tamlığı təmin edən qaydaların sistemi. Konkret DBMS tərəfindən dəstəklənən verilənlər modelindən asılı olaraq, relyasiyalı DBMS, şəbəkə DBMS sistemi və s. olur. Məsələn, relyasiyalı modeldə aşağıdakı tip obyektlər olur: əlaqələr (cədvəllər), atributlar (sütunlar) və domenlər (atributların mümkün olan qiymətləri). Deyimlər relyasiya cəbri vasitəsilə təyin olunur; bunlar SELECT, PROJECT və JOIN deyimləridir, tamlığı təmin edən qaydalar isə (bir az sadələşdirilmiş şəkildə) belədir: ilkin açarın qiymətinin heç bir komponenti boş ola bilməz; ilkin açarın bütün qiymətləri unikal olmalıdır; xarici açarın boş olmayan istənilən qiyməti ilkin açarın mövcud olan hər hansı qiymətinə uyğun olmalıdır. Ümumi halda, DBMS yalnız bir verilənlər modelini dəstəkləyir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vestminster modeli
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır. İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir. Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İƏT Modeli
İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır. İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. · Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.
Ştakelberq modeli
Ştakelberq modeli — informasiya asimmetriyasının mövcudluğunda oliqopolist bazarın oyun nəzəri modeli. Adını ilk dəfə 1934-cü ildə nəşr olunan Marktform und Gleichgewicht (Bazar strukturu və tarazlığı) əsərində təsvir edən alman iqtisadçısı Henrix fon Ştakelberqin şərəfinə almışdır. Bu modeldə firmaların davranışı tam mükəmməl informasiyaya malik dinamik oyunla təsvir olunur ki, bu da onu Kurno modelindən fərqləndirir, burada firmaların davranışı mükəmməl informasiyaya malik statik oyundan istifadə etməklə modellənir. Oyunun əsas xüsusiyyəti ilk növbədə malların buraxılış həcmini təyin edən aparıcı firmanın olmasıdır, qalan firmalar isə hesablamalarında onu rəhbər tuturlar. Stackelberg duopoliyası oyunçuların iyerarxiyasını qəbul edir. I oyunçu qərarını ilk elan edir, ondan sonra II oyunçu strategiya seçir. Birinci oyunçu lider, ikinci oyunçu isə izləyici adlanır. Oyundakı Ştakelberq tarazlığı ( x ∗ , y ∗ ) {\displaystyle (x^{*},y^{*})} strategiyaları toplusudur, burada y ∗ = R ( x ∗ ) {\displaystyle y^{*}=R(x^{*})} ən yaxşı cavabdır II oyunçunun problemin həlli kimi tapılan x ∗ {\displaystyle x^{*}} strategiyasına H ( x ∗ , y ∗ ) = max x H ( x , R ( x ) ) {\displaystyle H(x^{*},y^{*})=\max \limits _{x}H(x,R(x))} . Sənaye homojen məhsul istehsal edir: müxtəlif firmaların məhsullarındakı fərqlər əhəmiyyətsizdir, bu o deməkdir ki, alıcı hansı firmadan alacağını seçərkən yalnız qiymətə diqqət yetirir. Firmalar istehsal olunan məhsulların miqdarını təyin edir, onun qiyməti isə tələbata əsasən müəyyən edilir.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq Test Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Dyupont modeli
Dyupont modeli (Dyupont tənliyi, Dyupont düsturu; ing. DuPont equation, DuPont Model, DuPont analysis) — istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları ilə ifadə olunan kapitalın gəlirliliyi; gəlirlilik dəyişikliyinin hansı amillərə görə baş verdiyini müəyyən edən dəyişdirilmiş amil təhlili. Adı 1920-ci illərdə bu düsturdan istifadə etməyə başlayan Dyupontdan gəlir. == Düsturu == Amerikalı professor Stiven Rossun tərifinə görə, DuPont tənliyi istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları vasitəsilə ifadə olunan kapitalın gəlirliliyinin göstəricisidir. Ağac strukturu şəklində amil modelinin əsasını kapitalın gəlirliliyi göstəricisi (ROE), atributları isə müəssisənin istehsal və maliyyə fəaliyyətini xarakterizə edən amillərdir. Sadə dillə desək, kapitalın gəlirliliyinə hansı amillərin daha çox və ya daha az dərəcədə təsir etdiyini öyrənmək üçün ROE-yə təsir edən amillər bölünür.
Kolb modeli
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Geosentrik model
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Makroiqtisadi model
Makroiqtisadi model (ing. Macroeconomic model) — ölkənin və ya bölgənin iqtisadiyyatındakı problemlərin işini təsvir etmək üçün hazırlanmış analitik bir vasitədir. Bu modellər ümumiyyətlə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi, ümumi qazanc, istehsal mənbələrindən istifadə səviyyəsi və qiymət səviyyəsi kimi cəmlənmiş miqdarların müqayisəli statikasını və dinamikasını öyrənmək üçün hazırlanmışdır. Makroiqtisadi modellər məntiqi, riyazi və / və ya hesablama ola bilər; müxtəlif növ makroiqtisadi modellər fərqli məqsədlərə xidmət edir və fərqli üstünlük və mənfi cəhətlərə malikdir. Makroiqtisadi modellər əsas nəzəri prinsipləri aydınlaşdırmaq və göstərmək üçün istifadə edilə bilər; bunlar müxtəlif makroiqtisadi nəzəriyyələri yoxlamaq, müqayisə etmək və miqdarını təyin etmək üçün istifadə edilə bilər; ssenarilər yaratmaq üçün istifadə edilə bilər (ümumiyyətlə pul, maliyyə və ya digər makroiqtisadi siyasətlərdəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün); və bunlardan iqtisadi proqnozlar vermək üçün istifadə edilə bilər. Beləliklə, makroiqtisadi modellər tədris və tədqiqat üçün akademik dairələrdə geniş istifadə olunur və beynəlxalq təşkilatlar, milli hökumətlər və daha böyük şirkətlər, iqtisadi məsləhətçilər və düşüncə mərkəzləri tərəfindən də geniş istifadə olunur. == Növləri == === Sadə nəzəri modellər === Az sayda tənlik və ya diaqram daxil olan makroiqtisadiyyatın sadə dərslik təsvirlərinə tez-tez "modellər" deyilir. Buna misal olaraq IS-LM modeli və Keynsçilik makroiqtisadiyyatın Mandell-Fleminq modeli, eləcə də neoklassik böyümə nəzəriyyəsinin Ramsey — Kass — Kumpas modeli daxildir. Bu modellərin bir neçə ortaq cəhəti var. Bunlar çoxsaylı dəyişənləri əhatə edən çoxsaylı tənliklərə əsaslanır və bunlar tez-tez sadə diaqramlardan istifadə etməklə izah edilə bilər.
Rola (model)
Rola (ローラ, Rora) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri, 30 mart 1990, Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actress aktrisası və müğənnisi. Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır. Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır. 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir. Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.
Standart Model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Valter Model
Otto Moris Valter Model (alm. Otto Moritz Walter Model‎; 24 yanvar 1891[…] – 21 aprel 1945[…], Ratingen, Prussiya[d]) — alman hərb xadimi, general-feldmarşal.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anatomik model
Anatomik model — tibbi və bioloji təhsil üçün istifadə edilən insan və ya heyvan anatomiyasının üçölçülü (3D) təsviri. == Modelin xüsusiyyətləri == Model anatomiyanı qismən parçalanmış göstərə bilər və ya tələbəyə modelləşdirilmiş bədən hissələrini çıxarıb yoxlamağa imkan verən çıxarıla bilən hissələrə malik ola bilər. Bəzi modellərdə uniseks modelin istənilən cinsdən olan şəxsi təmsil etməsinə imkan verən dəyişdirilə bilən cinsi əlavələr və digər dəyişdirilə bilən hissələr ola bilər. == Anatomiyanın 3D kompüter modelləri == Anatomiyanın 3D kompüter modelləri indi alternativ olaraq mövcud olsa da, fiziki anatomik modellər hələ də anatomiyaya dair fikir təmin etməkdə üstünlüklərə malikdir. == Həmçinin bax == Anatomiya Müqayisəli anatomiya == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Anatomik model ilə əlaqəli mediafayllar var.
İqtisadi model
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
Faydalı model
Faydalı model — cihazla bağlı ixtiraya bənzər qeyri-maddi əqli hüquqların obyekti (texniki həll). Faydalı modellər üçün patent qabiliyyəti üçün daha az sərt şərtlər, daha qısa müddətlər və ərizəyə baxılması üçün sadələşdirilmiş prosedurlar müəyyən edilir. Bu üstünlüklərin qiyməti qısaldılmış patent müddətidir - 10 il (2014-cü ildən — uzadılma imkanı olmadan). == Avropada == Faydalı modellər Roma-Alman hüquq ailəsinin ştatlarının böyük əksəriyyətində və bəzi kontinental hüquq ştatlarında qorunur (ABŞ və Böyük Britaniyada faydalı modellər üçün heç bir mühafizə yoxdur). Rusiyada olduğu kimi, faydalı modellərə daha az sərt tələblər qoyulur, adətən qeyri-aşkarlıq (ixtiraçılıq mərhələsi, ixtiraçılıq mərhələsi) tələb olunmur. Macarıstan, Almaniya və İspaniyada faydalı modellərə mütləq dünya yeniliyi deyil, nisbi yenilik şərti tətbiq edilir (yəni yeniliyə müəllif hüququndan azadolma nəzərdə tutulur). Nadir hallarda, cihaza əlavə olaraq, bir metod faydalı model kimi qoruna bilər (Ukrayna, Avstriya, Estoniya, Fransa, İrlandiya, Portuqaliya). Faydalı model patentinin ümumi qəbul edilmiş qüvvədə olma müddəti 10 ildir.
MOBESE
MOBESE (Mobil Elektron Sistemlər İnteqrasiyası), Türkiyənin 81 vilayətində yaradılmış sistem ilə cinayət və cinayətkarlıqla mübarizə aparan təhlükəsizlik qüvvələrinin əlini gücləndirmək məqsədi ilə yaradılmış kameralı təhlükəsizlik sistemləridir. 2007-ci ildən bəri quraşdırılmış sistemlərin xərcləri Daxili İşlər Nazirliyinin büdcəsi və xüsusi vilayət idarələri tərəfindən qarşılanır. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 148 milyon 193 min TL xərclənmişdir. Tabeliyində olan təşkilatlar; Komanda İdarəetmə Mərkəzi Avtomobil Müşahidə Sistemi Səyyar Avtomobil Sorğu Sistemi Nəzarəti Təkmilləşdirmə və İdarəetmə Sistemi Zona Müşahidə Sistemi Nömrə Müəyyənləşdirmə Sistemi Mərkəzi Mobil Əməliyyatların İdarəedilməsi Polis Şöbələrinin Kompüter Şəbəkəsi. == İstanbul == 2012-ci ilin aprel ayına kimi sayı 4220 olan kameralar, daha 480 ədəd artırılaraq 4700-ə çatdırılacaqdır. Bundan əlavə, 25 məntəqəyə quraşdırılacaq nömrə müəyyənləşdirmə sistemi qısa bir müddət ərzində hərəkətdə olan nəqliyyat vasitələrinin oğurluq olub-olmadığı barədə məlumat verəcəkdir. Kamera sayının 10.000-ə çatdırılması hədəflənir. 1.206 məntəqə (4.212 kamera), 40 yerdə 160 HD kamera. === Vertolyotdan görüntü ötürmə sistemi === Helikopterlərdə yerləşdirilmiş kameralardan əldə olunan görüntülər MOBESE mərkəzində quraşdırılmış simsiz sistem və polis helikopterində quraşdırılmış qəbuledici vasitəsi ilə MOBESE mərkəzinə ötürülür. Bu layihə 40 km radiusda olan ərazidən vizual təsvirləri mərkəzə ötürür.
Modena
Modena (Modena ləhcəsi:Mòdna) — Şimali İtaliyada Emilia-Romagna bölgəsində öz adını daşıyan Modena vilayəti mərkəzi olan bir kommunadır. 1545-ci ildə Po çayı düzənliyi ortasında qurulmuş olan, sənət ustalarının şəhəri Modena, möhtəşəm kafedralı ilə tanınmışdır.
Modern
Modern (fr. moderne — müasir) — XIX əsrin sonu - XX əsrin əvvəllərində (Birinci Dünya Müharibəsi başlamazdan əvvəl) ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət. Modernitənin fərqli xüsusiyyətləri daha təbii, "təbii" xəttlər, yeni texnologiyalara (məsələn, memarlıqda) maraq və düzəlişin tətbiqi sənətinin bərqərar olması üçün düz xətt və açılardan imtina edir. Müasir yaradılmış əsərlərin bədii və faydacı funksiyalarını birləşdirməyə, gözəllik sahəsində insan fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışdı. Müxtəlif ölkələrdə üslubda müxtəlif adları mövcuddur: Fransada — «ar-nuvo» (fr. art nouveau, hər. «yeni sənət») və ya «fin de siècle» (fr. «əsrin sonu»); İngiltərədə — «müasir üslub» (ing. modern style); Almaniyada — «yuqendştil» (alm. Jugendstil‎ — «gənc üslub» — 1896-cı ildə təsis edilmiş Jugend jurnalın adı altında ); Avstriyada, Çexoslovakiyada və Polşada — «setsession» (alm.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Monpele
Monpelye (fr. Montpellier) — Fransa Respublikasının cənubunda yerləşən ən böyük şəhərlərdən biridir. Ölkənin 8-ci böyük şəhəri olan Monpelye şəhəri, Langedok-Rusillyon regionunun və Ero departamentinin inzibati mərkəzidir. Monpelye şəhəri Lez çayının vadisində, Aralıq dənizi sahilindən 10 km məsafədə yerləşir.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.