Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəcibüddin Səmərqəndi
Nəcibüddin Səmərqəndi — XIII əsrdə Səmərqənddə yaşayan fars həkimi Nəcib ad-Din Əbu Həmid Məhəmməd ibn Əli ibn Ömər Səmqəndəndə doğulmuşdur. 1222-ci ildə Monqol hücumu zamanı Əfqanıstanın Herat şəhərinə yerləşmişdir.Həyatının az olduğu məlum olsa da, o, məhsuldar tibbi yazıçı və tibbi fikirlərin şərhçisi idi. Onun ən məşhur kitabı "Səbəbləri və Əlamətləri" kitabı Terapötik və patologiya üçün əhatəli bir kitabıdır. Onun elmi əsərləri geniş oxunur və tez-tez onun haqqında yazılır. Əfqanıstanın Herat şəhərində vəfat edib və orda dəfn olunub.
Nəcməddin
Nəcməddin — kişi adı. Nəcməddin Sadıkov — Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Savalanov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Naxçıvani — XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. Nəcməddin Hacıyev — Professor, Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi alim Nəcməddin Ərbakan — Türkiyənin 33-cü baş naziri (1996-1997) Nəcməddin Əhmədov — ictimai-siyasi xadim. Nəcməddin Məsud Gilani — Səfəvilər dövlətinin vəkili. Nəcməddin Mürvətov — müəllim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcməddin Pamir Şeyx Nəcməddin Kübra — Kübravilik təriqəti şeyxi.
Nəsirəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə[d], Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Nəcməddin (Auırqazı)
Nəcməddin (başq. Нәжметдин, rus. Назмутдиново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Stepanovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 12 km, kənd sovetliyindən (Stepanovka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.
Nəcməddin (Avurğazı)

Nəcməddin Bədirov
Nəcməddin Hacıyev
Nəcməddin Hacıyev (Dilbazi) (17 noyabr 1926, Musaköy, Qazax qəzası – 24 sentyabr 1980) — professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası. SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Nəcməddin Hacıyev 1926-cı ildə Qazax rayonun Xanlıqlar kəndində dünyaya göz açmışdı. Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv olmuşdur. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.
Nəcməddin Hüseynov
Nəcməddin Musa oğlu Hüseynov (12 iyun 1955, Çaylı, Qazax rayonu) — rəssam, Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü, Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Rəssam Nəcməddin Musa oğlu Hüseynov 12 iyun 1955-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Çaylı səkkizillik məktəbin birinci sinfinə 1965-ci ildə daxil olub, 1973-cü ildə başa vurub. Doqquzuncu və onuncu sinifləri isə 1973–1975-ci illərdə Çaylı orta məktəbində davam etdirib. Tatarıstanda il yarım hərbi xidmətdə olub. 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Nəcməddin Hüseynov incəsənətin ən parlaq, parlaqlığı qədər də mürəkkəb olan rəssamlıq kimi qədim sənətin yaradıcılıq pillələrinə hələ orta məktəbin üçüncü sinifdə oxuyarkən qədəm qoymuşdur. Rəssam, daxili gözəlliyi ilə həyatın obyektiv cizgilərini üst-üstə qoyaraq, sehrli fırçasından axan əlvan boyalarla güclü əsərlər yaratmış, əsərlərdə öz sözünü və fikirlərini aydınca ifadə edə bilmişdir. O, bütün janrlarda yaratdığı dilsiz-ağızsız portretlərdə təsviri o qədər real və xətasız işləmişdir ki, əsərlərə tamaşa edərkən ondan soyuqqanlıqla və xəyallara dalmadan kənarlaşmaq mümkün deyildir.
Nəcməddin Mürvətov
Nəcməddin Mürvətov (azərb. Nəcməddin Taci oğlu Mürvətov‎; d. 5 dekabr 1953-cü il, Dəvəçi rayonu, Yuxarı Ələz kəndi) — şair, müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilini Siyəzən şəhər 1 saylı orta məktəbində səkkizillik, 1970-ci ildə isə C.Cabbarlı adına orta məktəbi bitirmişdir. Nəcməddin Mürvətov ADPU-nun (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Nəcməddin Mürvətov ali məktəbdə oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvi kimi ictimai vəzifələr daşımışdır. Nəcməddin Mürvətov universiteti riyaziyyat müəllimi ixtisası üzrə bitirdikdən sonra 1974-1977–ci illərdə Dəvəçi rayonun Böyük Həmyə səkkizillik məktəbində müəllim, 1977-1978-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. O, 1978-2008-ci illərdə Böyük Həmyə kənd orta məktəbinə direktor vəzifəsini icra etmişdir. 2008-ci ildən etibarən Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində direktor vəzifəsində çalışır.
Nəcməddin Naxçıvani
Nəcməddin Naxçıvani (Naxçıvan – 1253) — XIII əsrdə yaşamış Azərbaycan mütəfəkkiri. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani təhsilini Naxçıvan şəhərində alıb, elmin bir sıra sahələrini mükəmmməl öyrənib. Orta əsr mənbələrində Nəcməddin Naxçıvaninin həyatı və dünyagörüşünə dair son dərəcə qısa, lakin mühüm məlumat verilib, İbn əl-İbrinin "Dövlətlərin müxtəsər tarixi" ("Müxtəsər tarix əd-düvəl") kitabını bu baxımdan qiymətli mənbə hesab edilir. Nəsirəddin Tusinin şagirdlərindən olmuş Qriqori Əbül-Fərəc İbn əl-İbri Nəcməddin Naxçıvanini böyük fəzilət sahibi, dəqiq elmlərin dərin bilicisi olduğunu yazmışdır. İbn əl-İbri mütəfəkkirin öz vətənində fəlsəfə ilə məşğul olduğunu, ölkələri səyahətə çıxdığını, axırda Kiçik Asiyaya daxil olaraq, böyük mənsəblər tutduğunu göstərmişdir. Müəyyən səbəblər üzündən o, buradan Suriyaya getməli olmuşdur. Nəcməddin Naxçıvani Hələb şəhərində ömrünün son çağlarında guşənişin olmuş, evdən heç yerə çıxmır, dostları ona baş çəkirmiş. Filosofun 1253-cü ildən sonra vəfat etdiyini yazırlar. Məzarı Suriyanın Hələb şəhərindədir.
Nəcməddin Qotsinski
Nəcməddin Qotsinski (1859-65 illər arasında- 1925) — Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri. Dağıstan və Çeçenistanın 5-ci imamı. Avar dairəsinin Qotso aulunda İmam Şamilin naibi Donoqo Məhəmmədin ailəsində anadan olmuşdur. Ali dini təhsil almışdır. Dağıstanın ən iri torpaq sahiblərindən biri idi. Dini mövzulu şeirləri Dağıstan əhalisi arasında şöhrət qazanmış, Suriya və Türkiyədə də məşhurlaşmışdı. Şərqşünas akademik Kraçkovski Nəcməddin Qotsinskinin əsərlərini yüksək dəyərləndirmişdir. Qotsinski Avar dairəsinin Koysubul sahəsinin naib-rəisi olmuş, Dağıstan Xalq Məhkəməsinin üzvü seçilmişdir. 1903-cü ildə Türkiyəyə getmiş və bir müddət burada yaşayaraq dini təhsilini təkmilləşdirmişdir. Geri döndükdən sonra Dağıstanın Avar dairəsinin dini məktəblərində müəllimlik etmişdir.
Nəcməddin Qəzvini
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir. Nəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur. Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir. Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.
Nəcməddin Sadıkov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Nəcməddin Sadıqov

Nəcməddin Sadıxov

Nəcməddin Sadığov

Nəcməddin Sarkayev
Nəcməddin Savalanov
Nəcməddin Əhmədov
Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971). Nəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur. Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir. Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Nəcməddin Ərbakan
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili. 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi. Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı.
Nəcməddin Əyyubi
Necmeddin Eyyub (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) — "əl-Məlik əl-Əfdal Nəcməddin Əyyub ibn Şadi ibn Mərvan"; (d.? – ö. 9 avqust 1173). Əyyubi sülaləsinin əcdadı. Atası Şadi, Bağdad şəhərinin hakimi olan Bəhruzun yaxın dostu idi. Bəhruz nüfuzundan yararlanaraq kullanarak Nəcməddin Əyyubinin Tikritin komandanlığına keçməsinə köməklik etdi. Beləliklə Böyük Səlcuq sultanı Məhəmməd Təpər Şadini ailəsi ilə birlikdə Tikrit ətrafına yerləşdirdi. I İmadəddin Zənginin ordusu 1131-ci ildə Qaraca əl-Saki tərəfindan məğlup edildi və Zəngi, Tikritə sığındı. Səlahaddinin atası Nəcməddin Əyyubi ve əmisi Əsədüdüddin Şirkuh (fars.
Nəcməddin Pamir
Nəcməddin Pamir (26 dekabr 1953, Nikosiya, Nikosiya rayonu[d]) — türk neyrocərrah. O, Acıbadem Universitetinin təsisçi rektorudur. O, İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsini bitirib. 1981-ci ildə Hacettepe Universiteti Tibb Fakültəsinin Neyrocərrahiyyə bölməsində neyrocərrahiyyə üzrə ixtisaslaşıb. 1985-ci ildə Stokholmda Karolinska İnstitutunda və Sürix Universitetinin keyrocərrahiyyə kafedrasında müəllim vəzifəsində çalışmışdır. O, Pittsburq Universitetində, Virciniya Universitetində və Corc Vaşinqton Universitetində kəllə bazası cərrahiyyəsi üzrə klinik və cərrahi təhsili, daha sonra Stokholmda Gamma Knife təhsili almışdır. 1992-ci ildə Marmara Universitetinin nevroloji Elmlər İnstitutunu qurmuşdur.
Nəcməddin Çalışkan
Nəcməddin Çalışkan (1973, Malatya ili) — ilahiyatçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nəcməddin Çalışkan 1973-cü ildə Malatya ilinin Darende ilçəsində anadan olub. İmam Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti İlahiyat Bölməsindən məzun olub. Ankara Universitetində magistr və PhD dərəcələri alıb. Hatay Mustafa Kamal Universitetində yardımçı dosent və dosent elmi adları alıb. Kənd təsərrüfatı, sənaye, ixrac və satış sahələrində uzun illər çalışıb. Ticarət və Sənaye Palatası Məclisinin sədr müavini, Hatay Mustafa Kamal Universiteti İlahiyyat Bölməsinin Kafedra müdirinin müavini, Əsas İslam Elmləri Bölməsinin müdiri və müəllim vəzifələrində çalışıb. Hatay Jurnalistlər Cəmiyyətinin (HGC) Fəxri Şurasının üzvü olub. Kitabları çap edilib, Millî Gazetedə məqalələri dərc olunub.
Nəsirəddin Tusi (1984)
Film dahi Azərbaycan alimi Nəsirəddin Tusinin böyük elmi kəşflərindən və Marağa şəhərində rəsədxana yaratmasından bəhs edir. Ssenari müəllifi: İradə Vəkilova Rejissor: Tofiq Mütəllimov Operator: Ələkbər Muradov Səs operatoru: Şamil Kərimov Redaktor: Şaiq Qurbanov Elmi məsləhətçi: Fəraməz Maqsudov (akademik) Filmin direktoru: Məhyəddin Əsgərov Mətni oxuyan: Şahmar Ələkbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Lecbəddin
Lecbəddin — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Fərəc Əhməd Nəcməddin
Fərəc Əhməd Nəcməddin və ya Molla Krikar (kürd. مەلا کرێکار , Krêkar; ərəb. ملا كريكار‎, Mulla Krikar) — kürd islamçı, cihadçı, "Ənsarül-İslam" terror təşkilatının lideri. 1991-ci ildə ailəsi ilə birlikdə İraqdan qaçqın olaraq Norveçə köşmüşdür. Onun həyat yoldaşı və uşaqları Norveç vətəndaşlığını almışlar. İraq Kürdüstanının liderləri dəfələrlə Molla Krikarın ekstradisiyasını tələb etmişdir, lakin o, Norveçdə həbsxanada saxlanılır və internet vasitəsilə "Ənsarül-İslam"a rəhbərlik edir.