Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hacıağa Nemətov
Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı. == Bioqrafiyası == Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. === Erkən illəri === Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir. === Təhsili === 1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur.
Niyətşah Nemətov
Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü == Həyatı == 1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir. 1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur. 1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə vəfat etmişdir. == İstinadlar == == Ədəbiyyat == Tahir Həsənli. Yerfililər.
Azərpaşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). == Həyatı == Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
İlham Nemətov
İlham Tuyçiyeviç Nemətov ( özb. Ilhom Tuychievich Nematov ; 1 may 1952, Nəməngan, Özbəkistan SSR) - Özbək diplomatı. Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1973-cü ildə Fərqanə Politexnik İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 1992 -ci ildə Moskvada Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından məzun olmuşdur. 1973-1974 -cü illərdə Özbəkistan Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1975-1989 -cu illərdə Namanqan vilayətinin tikinti təşkilatlarında, partiya və ictimai orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1989-1992 - Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi olmuşdur. 1992-1993-cü illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri, 1993-1995-ci illərdə Özbəkistanın Almaniyadakı səfirliyinin birinci katibi olmuşdur. 1995-1996-cı illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müavini vəzifəsini icra etmişdir.
Süleyman Nemətov
Süleyman Əsgər oğlu Neymətov (1972, Nehrəm, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2022-ci ildən), polis general-mayoru (2023). == Həyatı == Süleyman Əsgər oğlu Neymətov 1972-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektoru olmuşdur. 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə isə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 30 iyun 2002-ci ildə "İgidliyə görə", 1 iyul 2020-ci ildə isə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Azər Paşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). == Həyatı == Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
Səmədov
Səmədov — Azərbaycanda daha çox işlədilən soyad. Abutalıb Səmədov — Azərbaycan Naminə Alyans Partiyasının sədri. Aleksandr Səmədov — əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu. Baba Səmədov — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. Cavid Səmədov — opera müğənnisi-bariton. Əli Səmədov — Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor. Əliqulu Səmədov — azərbaycanlı aktyor və rejissor. Əlixan Səmədov — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018). Fəxrəddin Səmədov — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi, general-mayor.
Hüseyn Nəcəfov
Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950). == Həyatı == Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir. 1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur. 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.
Hüseyn Səmədov
Həmidağa Səmədov
Kamran Səmədov
Mais Səmədov
Maqsud Nəcəfov
Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998–2019), riyaziyyat üzrə elmlər doktoru, professor. Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş, həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. == Həyatı == Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir. 22 aprel 2021-ci ildə vəfat etmişdir. === Ailəsi === Ailəli idi. 3 övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
Mayis Səmədov
Mikayıl Nəzərov
Mikayıl Əziz oğlu Nəzərov (yanvar 1933, Bakı – 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi. == Həyatı == M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur. Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mükafatları == Mikayıl Nəzərov Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu Ordenləri ilə təltif edilmişdir.
Möhsün Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982-ci illərdə isə katibi olmuşdur. == Həyatı == Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Məhəmməd Səmədov
Məhərrəm Səmədov
Naib Namətov
Nazim Nəzərov
Nazim Nəzərov — Azərbaycanın Cənub, Şərq rayonlarında "Toksoplazmoz və listerioz xəstəliklərinin epidemioloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışan alim. == Həyatı == 1991-ci ildə, elmi tədqiqat ərəfəsində elmi rəhbəri, mərhum görkəmli tədqiqatçı alim, tibb elmləri doktoru, professor Firudin Abuşovun təşəbbüsü ilə İran İslam Respublikasında olmuş, Tehranın Paster İnstitutunda dünya şöhrətli alimlər Baltazar və Bəhmənyarın davamçısı olan Osmar Mehtinin başçılıq etdiyi institutda 30 dəqiqəlik məruzə ilə çıxış etmişdir. Paster İnstitutu ilə yanaşı Nazim Nəzərov Moskva, Odessa, Vladimir, Omsk, Daşkənd və s. Şəhərlərinin Elmi Tədqiqat İnstitutları ilə də sıx əlaqə quraraq tədqiqat işləri üçün lazım olan avadanlıq və reaktivləri bu institutlardan əldə etmişdir. Tədqiqat işinə maraq artığından Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Ümumdünya SəhiyyəTəşkilatının Rikketsiozlar üzrə ekspert komissiyasının sədri S. V. Taraseviç, Odessa ET Virusların epidemiologiyası institutunun labaratoriya müdiri t.e.d., professor M. M. Malikova, Azərbaycanın əməkdar elm xadimi akademik Musa Musayev, akademik N. N. Əliyev və digər görkəmli elm xadimləri N. T. Nəzərovun elmi tədqiqatlarını çox yüksək qiymətləndirmişlər. Onuda qeyd edək ki, N. T. Nəzərov indiyə qədər tibbi mövzuda yazdığı 5(beş) kitabın,10 elmi əsərin müəllifidir. Tədqiqatçı alim kimi işlətdiyi müddət ərzində həm mərkəzi xəstəxana, həm də Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. 1982,1983,1986-cı ildərdə Yardımlı RMX-sı tərəfindən tərifnamələrlə,22.06.1983-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərifnamə ilə,1987-ci ildə Azərbaycan Respublikası Qırmızı Xaç Aypara Cəmiyyətinin, keçmiş SSRİ Qırmızı Xaç Aypara Cəmiyyətinin təşəkkürnamələrinə layiq bilinmişdir. 1987-ci ildə "Səhiyyə Əlaçısı"döş nişanı ilə təltif edilmiş.2003-cü ildə "Vektor"Beynəlxalq Elm Mərkəzi tərəfindən"XXI əsr Azərbaycanın tanınmış həkimləri "Ensiklopedik kitabına düşmüş və "Azərbaycanın tanınmış həkimi" Beynəlxalq diplomuna layiq görülmüş,2006-cı ildə "XXİ əsr Azərbaycan ziyalısı" kimi tanınmış.2007-ci ildə "Türk Dünyası Uluslararası Beynəlxalq Elmlər Akademiyasının "Fəxri professoru seçilmiş və "Türk Dünyasına xidmət"Beynəlxalq mükafata və diploma layiq görülüb. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının "I dərəcəli Hippokrat ordeni" ilə təltif edilmişdir.
Nazim Səmədov
Nazim Adil oğlu Səmədov (2 avqust 1977, Bakı) — Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri, Mədəniyyət və turizm nazirinin müavini (2011–2018). == Həyatı == Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə doktoranturaya qəbul edilmiş və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1999–2001-ci və 2004-cü illərdə Fransız Elmləri Beynəlxalq İnstitutunda, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunda və France İnternationale Radiosunda təcrübə keçmişdir. 2000–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2006–2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olmuşdur. Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Monteneqro və Koreya Respublikası arasında hökumətlərarası komissiyalarının üzvüdür.
Nicat Səmədov
Niyazi Səmədov
Niyazi Həmid oğlu Səmədov (31 dekabr 1916, Nuxa – 23 may 1989, Bakı) — entomoloq, biologiya elmləri doktoru (1964), professor (1971), AMEA-nın müxbir üzvü (1980), Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972), SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979). == Həyatı == Niyazi Səmədov 31 dekabr 1916-cı ildə Şəki şəhərində anadan olub. 1932-ci ildə Şəki Kənd Təsərrüfatı Texnikumunun İpəkçilik bölməsini, 1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik fakültəsini bitirib. == Hərbi xidmətdə == Niyazi Səmədov 1941–1946-cı illərdə keçmiş Sovet ordusu sıralarında xidmət edib və 1946-cı ildə zabit rütbəsində ordu sıralarından tərxis olunub. == Əmək fəaliyyəti == Niyazi Səmədov 1933–1935-ci illərdə Qəbələ və Ağdaş barama–toxumu müəssisələrində ipəkçi-texnoloq vəzifəsində işləyib. 1947-ci ildə Azərbaycan EA-nın Zoologiya İnstitutuna gəlib. O, əvvəlcə kiçik elmi işçi, 1954-cü ildə isə baş elmi işçi vəzifəsinə seçilib. 1955-1961-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 1961-ci ildən ömrünün sonunadək Entomolo­giya laborato­ri­yasının müdiri vəzifəsində çalışıb. == İctimai fəaliyyəti == Professor Niyazi Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü seçilib. O, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı Dağ Komitəsinin sədr müavini olub.
Nəcəf Nəcəfov
Nəcəfov Nəcəf Adil oğlu (24 iyun 1955, Bakı – 17 dekabr 1999, Bakı) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri. == Həyatı == Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib. 1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986–1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N. Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib.
Nəcəfqulu Nəcəfov
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu (1881, Naxçıvan – 29 noyabr 1937, Bakı) — maliyyəçi, diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, RSFSR-in Ankarada mətbuat bürosunun tərcüməçi-müxbiri. 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunması zamanı Naxçıvan yerlilər cəmiyyətinə sədrlik etmişdir. == Həyatı == Nəcəfovların adı çəkiləndə öncə xatırlanan görkəmli Mollanəsrəddinçi və şair Nəcəfqulunun əmisi oğlu Əliqulu Nəcəfov-Qəmküsar yada düşür. Onun tədqiqatçılarının yazdıqlarından məlum olur ki, Nəcəfovlar Naxçıvan Culfasına Ərdəbildən köçüb gəliblər. Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu az bir zamanda Culfanın məşhur tacirlərindən biri olur. Ələkbər Nəcəfovun həyat yoldaşı Bilqeyis xanım naxçıvanlı Şeyxovların qızı idi. Şair Əliqulu Qəmküsar və ictimai xadim Rzaqulu Nəcəfov haqqında xeyli məlumatlar olsa da, onların əmisi, yəni Nəcəfqulunun atası Məmmədhüseynin fəaliyyəti barədə geniş məlumat yosdur. Təkcə onun "Fani" təxəllüsü ilə farsca bir sıra qəzəl, qəsidə yazmağı haqqında məlumat vardır. Araşdırmalar zamanı məlum oldu ki, Məmmədhüseyn tacirliklə yanaşı, həm də maarifçi adam olmuşdur. Nəcəfovların yaxın ailəvi dostları Məhəmməd Tağı Səfərov-Sidqi, Mirzə Məhəmməd Zamanbəyov və qohumları Nəsrulla və Fərəculla Şeyxov qardaşları idi.
Oqtay Səmədov
Oqtay Səmədov (pedaqoq) — Azərbaycan alimi. Oqtay Səmədov (fizik) — Azərbaycan alimi.
Pərviz Səmədov
Pərviz Səmədov (5 may 1970, Kirovabad – 15 may 1992, Abdalgülablı[d], Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977–1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. == Döyüşlərdə iştirakı == Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi.
Murad Nefesov
Müqəddəs Neymətov
Məşədixanım Nemətova
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. === Elmi fəaliyyəti === Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Naib Nametov