Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov ( Qazax rayonunda anadan olub) —Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nicad Bədəlov 1987-ci il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Abbasov
Nihad Mövlüd oğlu Abbasov (25 iyul 2000; İlisu, Qax, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Abdullayev
Nihad Adil oğlu Abdullayev (13 aprel 2002; Ağstafa rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Babayev
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. == Döyüş Yolu == Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Nihad Bəhram
Nihad Bəhram (d. 18 Noyabr 1946, Qars), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Nihad Qasımov
== Həyatı == 2 fevral 2003-cü ildə Şəki rayonu [1]Kiçik Dəhnə kəndində anadan olub. == Hərbi xidməti == 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımov 2021-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. [2]Ermənistan tərəfinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımovun nəşi doğulub boya-başa çatdığı Kiçik Dəhnə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin ruhuna hörmət olaraq [3]fəxri qarovul düzülüb və [4]yaylım atəşi açılıb. 19 yaşlı Nihat Qasımovun hərbi xidmətini başa vurmağına 17 gün qalmışdı.
Nihad Əhmədov
Nihad Fuad oğlu Əhmədov (7 sentyabr 2000, Alaşa, Astara rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000 - ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinifini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, "Həmlə" taborunda xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nihad Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərənin Talış kəndindən başlayaraq Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib. Zəngilanın, Kəlbəcərin və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir. İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əhmədov Nihad Fuad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Nihad Əliyev
Nihad Heydər oğlu Əliyev (22 noyabr 2000, Taxtakörpü qəsəbəsi, Ağcabədi rayonu – 29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihad Əliyev 22 noyabr 2000-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonunun Alxaslı kəndindəndir. 2007-ci ildə Alxaslı kənd orta məktəbinə getmiş, 2016-cı ildə bu məktəbin 9-cu sinfini bitirərək Zərdab rayon peşə məktəbinə daxil olub. == Hərbi xidməti == 3 iyun 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb və Gəncə şəhərində hərbi xidmət keçib. Üç ay sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə Göytəpə şəhərində davam etdirib.27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Nihad Erim
İsmayıl Nihad Erim (1912[…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb. == Həyatı və təhsili == Nihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub.
Nihad Quliyev
Nihad Quliyev (azərb. Nihad Araz oğlu Quliyev‎) peşəkar fitnes müəllimi. 2021-ci ildə Powerlifting üzrə Dünya çempionatında 308 kq (yeni Dünya rekordu) squat — 200 kq, bench press — 285 kq deadlift hərəkətlərini yerinə yetirərək, cemi 793 kg çəkinin öhdəsindən gələrək, Dünya çempionu olmuşdur. == Həyatı == 30 may 1998-ci ildə Bakıda anadan olub. 6 saylı Laçın Rayon Tam Orta Məktəbi bitirib. 2016–2020 — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası təhsil alıb. 2020–21-ci illərdə Hərbi Xidmətdə olub və İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə veteranıdır.
Nihad Rzayev
Nihad Tağızadə
Nihad Kənan oğlu Tağızadə (20 iyul 2004, Bakı) — Azərbaycanlı kikboksçu. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, gənclər arasında Avropa çempionu, WAKO versiyası üzrə yeniyetmələr arasında dünya kubokunun sahibi. == Həyatı == Nihad Tağızadə 20 iyul 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Karyerasına 11 yaşında başlamışdır.2019 -cu ildə Macarıstanın Gyor şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində Avropa ikincisi olmuşdur. 2019-cu ildə Rusiyanın Anapa şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində dünya kubokunun sahibi olmuşdur. 2021-ci ildə Montenegronhn Budva şəhərində WAKO versiyası üzrə gənclər arasında 51 kq çəki dərəcəsindë Avropa çempionu olmuşdur.2021-ci ildə Türkiyənin Antalya şəhərində kişilər arasında avropa çempionatında Avropa ikincisi olmuşdur.8 peşəkar döyüşdə 8 qələbəsi vardır. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, Boks üzrə 2 dəfə Azərbaycan üçüncüsü, 1 dəfə Azərbaycan ikincisi olmuşdur. Beynəlxalq yarışlarda 200-dən çox qələbəsi vardır.
Nihad Babayev (kapitan)
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. == Döyüş Yolu == Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub: "Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum". Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.
Əhməd Nihad Əfəndi
Əhməd Nihad Əfəndi (5 iyul 1883, Konstantinopol – 4 iyun 1954, Beyrut) — Osmanlı sülaləsinin üçüncü rəisi, Osmanlı ordusunun zabiti və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Əhməd Nihad Əfəndi 1883-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını bir daha geri dönməmək üzrə tərk etdi. Gələcəkdəki 7 il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. 1911-ci ildən sürgün olunduqları 1924-cü ilədək isə Beşiktaş rayonunun Sərəncəbəy səmtində öz ailəsi üçün inşa etdirdiyi villada yaşadı.
Əli Nihad Tərlan
Əli Nihad Tərlan (türk. Ali Nihad Tarlan 1898, Konstantinopol – 30 sentyabr 1978, İstanbul) — Türkiyə yazıçısı və şairi, alim və müləllimi. İstanbul Universitetinin professoru. Nihad Tərlan Türkiyədə fars və Pakistan poeziyasının türk dilinə tərcüməsi ilə də məşhurdur. Əli Nihad 1932-ci ildə Filologiya elmləri doktoru, 1933-cü ildə dosent, 1941-ci ildə professor elmi adlarını və dərəcələrin almışdır. Onun doktorluq elmi işinin mövzusu "İslam ədəbiyyatında Masnəvi "Leyla və Məcnun" (1921), Elmlər doktorluq dissertasiyasının mövzusu: "Şeyhi Divanının tədqiqi (1932) olmuşdur. == Həyatı == Əli Nihad Tərlan 1898 -ci ildə İstanbulun Avropa hissəsindəki Vezneciler bölgəsində Dağıstandan olan mühacir ailəsində anadan olmuşdur. Babası Əl-Hacı Əli Əfəndi (Pullu Hacı Əli Əfəndi və ya Ömer Kəşfî Əfəndi) zəngin Ləzgin-mühacir idi. 1927-ci ildə vəfat edən Tərlanın atası Mehmet Nazif bəy isə Ərzurum vilayətinə köçmüş şair idi. Zabit olan atasının vəzifələri səbəbiylə orta təhsilinə Monastırda başlamışdı.
Cihad
Cihаd, yәni Аllаh yоlundа sаvаşmaq - İslamda dinin vacib əməllərindən biridir. Bu sаvаşdа mәqsәd hаqq аyinlәrin kаfirlәrә qәbul еtdirilmәsi, İslаm hаkimiyyәtinin bәrpаsıdır. Qurаn bir çох аyәlәrdә cihаdı әn hәyаti bir prinsip kimi önә çәkir. Belə ki, Quranda cihаdın fitnә аrаdаn qаlхıb, İslаm hаkimiyyәti bәrpа оlаnаdәk dаvаm еtdirilmәsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)."Cihadı 5 qismə bölmək olar: Kаfirlәrә tövhidi qәbul еtdirmәk üçün ibtidаi cihаd (аllаhpәrәstliyin, әdаlәtli ictimаi quruluşun bәrqәrаrı, İslаmın bәrqәrаrı, mәzlumlаr vә mәhrumlаrın zülm-sitәmdәn qurtuluşu, fitnә-fәsаdın аrаdаn qаldırılmаsı, hаqpәrәstlik) Zamənə imamının icаzәsi ilә şәrtlәnmiş cihаd (şiə məzhəbində - zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsәlmаnlаrı öldürmәk vә yа qаrәt еtmәk mәqsәdi ilә hücum еdәn kаfirlәrlә sаvаş; оnlаrın mәqsәdi İslаmın kökünü kәsmәk оlur; Müsәlmаnlаrı öldürmәk, оnlаrın mаlını qаrәt еtmәk üçün hücum еdәn kаfirlәrlә cihаd; bu cihаddа kаfirlәrin İslаmı mәhv еtmәk mәqsәdi оlmur; Cаnın, mаlın vә nаmusun müdаfiәsi üçün sаvаş; bu sаvаşdа mәqsәd İslаm tоrpаqlаrını, müsәlmаnlаrın cаn vә mаlını düşmәndәn qоrumаqdır. Bu sаvаş yаlnız düşmәnin hücumundаn sоnrа bаş vеrir vә siz mаlınızı, cаnınızı, nаmusunuzu, şәrәfinizi qоrumаq üçün düşmәnlә sаvаşа qаlхmаlısınız.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev —Nicat RəhimovNicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor)Nicat KazımovNicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Nikah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Ninja
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. == Tarix == Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).