Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Null (kompüter)
Null — qiyməti olmayan simvolun kodu. NULL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NULL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NULL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NULL, həm də ona göndərilən istənilən informasiyanı "tullayan" qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki "görünə" bilsə də, NUL, alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün "zibil qabıdır". == Boş dövrə == Boş dövrə (null cycle) — proqramın açılması (yerinə yetirilməsi) üçün gərəkli olan ən qısa zaman aralığı; yəni proqramın yeni verilənlər və ya göstərişlər (komandalar) yığınını emal etmədən "dövr keçməsi" üçün gərəkli olan zaman. == Boş-modem == Boş-modem və ya sıfır-modem (null modem) — iki yanaşı duran kompüteri birləşdirmək üçün istifadə olunan xüsusi kabel; modemdən istifadə etmədən iki kompüter arasında faylların ötürülməsi məqsədilə tətbiq olunur. == Boş göstərici == Boş göstərici (null pointer) — proqramlaşdırmada: sıfıra istinad. Göstəricinin belə qiyməti, məsələn, funksiyanın işinin uğursuz nəticəsini bildirə bilər. Bu qiymət çox zaman göstəriciyə başlanğıc, yaxud susqunluq qiyməti kimi mənimsədilir.
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. == Tələblər == Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Nullity
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus – 26 iyun 1274, Kazımiyyə[d]) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır.Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. == Həyatı == Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır.
Nulubulaq (Meşkinşəhr)
Nulubulaq (fars. نولي بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (37 ailə).
Rhodanthe nullarborensis
Rhodanthe nullarborensis (lat. Rhodanthe nullarborensis) — mürəkkəbçiçəklilər fəsiləsinin rhodanthe cinsinə aid bitki növü.
Viktoriya Nuland
Viktoriya Nuland (ing. Victoria Nuland; d. 1961, Konnektikut) — ABŞ siyasətçisi, peşəkar diplomat, ABŞ Dövlət Katibinin köməkçisi. == Şəxsi həyatı == Atası Yel Universitetinin tibb və bioetika professoru Şervin Nulanddır. Nuland milliyətcə yəhudidir. O, Braun Universitetini bakalavr pilləsini bitirib. Rus, fransız və bir qədər çin dilini bilir. Robert Kaqanla ailə həyatı qurub, iki övladı var.
Nullifikasiya
Nullifikasiya (lat. nullificatio — məhv olunması) — bir sənədin və ya əskinasların hüquqi qüvvəsindən, faktiki əhəmiyyətindən və qanuniliyindən məhrum edilməsidir. == Əskinasların ləğvi == Əskinasların ləğvi, yəni onların faktiki əhəmiyyətinin ləğvi yüksək inflyasiya səviyyəsinə görə, ən kiçik nominallı əskinaslar öz aktuallığını itirdikdə həyata keçirilə bilər. Belə vəziyyətdə əskinaslar əvvəlcədən müəyyən edilmiş tarixdən etibarən öz qüvvəsini itirir və bu tarixdən əvvəl və bu tarixdən sonra müəyyən edilmiş müddət ərzində etibarlı əskinaslara dəyişdirilə bilər. Məsələn, Belarusda 2015-ci il iyulun 1-dən 50 rubl nominalında əskinasların buraxılmasını dayandırdılar. 2015-ci il sentyabrın 1-dən onlar artıq ödəniş vasitəsi kimi qəbul edilməyib. Və 2016-cı il iyunun 1-dən onlar mübadilə üçün qəbul olunmur və öz qüvvəsini tamamilə itirir. Nullifikasiya redenominasiya zamanı da həyata keçirilə bilər ki, bu da inflyasiyanın yüksək templəri və bütün əskinasların etibarlılığını itirməsi və yeniləri ilə əvəz edilməsi qərarı ilə də baş verə bilər. Belə bir vəziyyətdə, bir qayda olaraq, daha kiçik nominallı, 10 köhnəyə 1 yeni və ya 10-a bölünən digər nisbətdə əskinaslarla əvəz olunur. Analoji vəziyyət Almaniyada 1924-cü ildə baş vermişdi, bir yeni marka 1 trilyon köhnə ilə dəyişdirildikdə.
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Dul
Dul — Ərinin ölümündən sonra ərə getməmiş qadın və ya arvadının ölümündən sonra evlənməmiş kişi.
NUO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nudl
Nudl (ing. Noodle, əriştə) — xəyali yapon musiqiçi, müğənni, virtual qrup Gorillaz-ın üzvü. O, qrup üçün gitara və klaviaturalar, həmçinin bəzi arxa vokallar təqdim edir. Gorillaz-ın bütün digər qrup üzvləri kimi o, da 1998-ci ildə Deymon və Ceymi Hyulett tərəfindən yaradılmışdır. Nudl Haruka Kuroda, Miho Hatori və Haruka Abe tərəfindən səsləndirilib.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. == Coğrafiya == 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. == Tarixi == Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. == Əhali == 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız == Tarixi == Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qul
Qul (ing. Ghoul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar. == Görünüşü == Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir. Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Ağ Nil
Ağ Nil (ərəb. النيل الأبيض‎, translit. ən-Nil ul-əbyəz) — Nil çayının Sudanda Bəhr ül-cəbəl və Bəhr ül-qəzal çaylarının birləşdiyi yerdən Mavi Nilin mənsəbinədək olan hissəsinin adı. Uzunluğu 957 kilometrdir. == Etimologiya == Ağ Nilin sağ qolu olan Subatın daşqın vaxtı Ağ Nilə gətirdiyi maddələr suya ağımtıl rəng verdiyindən çay belə adlanır. == İqtisadiyyat == Balıq tutulur. Gəmişiyə yararlıdır. Suvarmada istifadə edilir.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Con Bul
Con Bul (d. 1562, Somerset, Britaniya İmperiyası - ö. 15.3.1628, Antverpen, İspaniya) — ingilis bəstəkar, musiqiçi, orqan düzəldən.
Convolvulus nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Corc Bul
Corc Bul (2 noyabr 1815[…] – 8 dekabr 1864[…], Ballintempl[d], Munster[d]) — ingilis riyaziyyatçısı, riyazi məntiqin yaradıcılarından biridir. == Həyatı == Corc Bul 1815-ci il, noyabr ayının 2-də İngiltərənin Linkolnşir şəhərinin Linkoln qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Həmin dövrdə qədim dilləri (latın və yunan) öyrənməyə xüsusi maraq var idi. Sözsüz ki, Bulun təhsil aldığı əsasən imkansız ailələrin oxuduğu məktəbdə bu dillər tədris olunmurdu. Lakin Bul sərbəst şəkildə bu dilləri öyrənirdi. Bundan əlavə, riyaziyyat və məntiqlə maraqlanan məhdud təhsilə malik atası Corca bu fənlərin ilkin mərhələsini tədris edirdi. Bul artıq 16 yaşında valideynlərinə kömək etmək üçün özəl bir ibtidai məktəbdə müəllim assistenti kimi fəaliyyətə başladı. O, 4 il iki məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur. Bul gələcək həyatı haqqında düşünürdü, özü üçün bir yol seçməyə çalışırdı. O, ilkin biliklərinin normal səviyyədə olduğunu anlasa da peşə baxımından qənaətbəxş hesab etmirdi.
E-pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Elektron pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Nübl
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Jül
Jül (fr. Jules) — ad.
Abdulla Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.