online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

QUL₂

is. Tənha yerlərdə və qaranlıqda vahiməyə düşən adamın gözünə canlı kimi görünən qorxunc xəyal; qulyabanı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUL I 1. QUL (köhn.) Cariyələr, qulamlar, qullar və qara kənizlər belə bir gəncin qorxmaz bir adam olduğunu bildirdi (M

Omonimlər

  • QUL QUL I is. tar. Müharibədə əsir tutulub satılan adam. Təbiətin ana qəlbi qul doğmamış insanı! (S.Vurğun)

Antonimlər (əks mənalı sözlər)

  • QUL QUL – AĞA İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq (C.Məmmədquluzadə); Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar

Etimologiya

  • QUL Qılmaq feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (qul­beçə deyirik). Əsl Azərbaycan sözüdür, fars dilinə Xətainin dövründə
QUL₁
QUL-QARAVAŞ
OBASTAN VİKİ
12 illik qul (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Qul
Qul (ing. Ghoul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar. == Görünüşü == Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir. Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Hümmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. == Satışları == 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.
Qul Nəsimi
Qul Nəsimi (XVI əsr – XVII əsr) — XVII əsrdə Osmanlı İmperiyasında yaşamış Ələvi-Bektaşi şairi. Yaxşı təhsil aldığı bilinən şairin Vəhdətül-vücud anlayışı var. Şair haqqında məlumat azdır. O, heca və əruz janrlarından istifadə edərək Şah İsmayıl, Pir Sultan Abdal və İmadəddin Nəsiminin üslubuna yaxın əsərlər yaratmışdır. Bəzən adına görə İmadəddin Nəsimi ilə qarışdırılır.
Alpər Qul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Birinci Qul müharibəsi
Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir. == Arxaplan == İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.
Qul Əli (Göyçə)
Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qıpçaq türk tayfasından olan qul etnoniminin Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur. == Əhalisi == Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir . Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır . 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, İstanbul) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Bilgə Qul Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu...
Qul dul qadını (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu...
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilənlərin siyahısı
== 2014 ==
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli medalı
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" III dərəcəli medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir. Maddə 2. Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. === Təsviri === 'Maddə 1.
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 2-ci dərəcəli medalı
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" III dərəcəli medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir. Maddə 2. Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. === Təsviri === 'Maddə 1.
Adi qulaqlı bayquş
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Afərin Qulamzadə
Vurğun Quliyev
Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Karyerası == Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub. Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb. 1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir. Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir. 1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub. "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib. == Ölümü == Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür.
Əli Quliyev (birinci katib)
Quliyev Əli Şəfi oğlu (2 avqust 1918, Maştağa, Bakı qəzası – 16 dekabr 1971) – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951–1954). == Həyatı == Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir.
Nihad Qulamzadə
Qulamhüseyn Səidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Qulaqsız dovşan
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Qulca
Qulca (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа), yaxud Külcə və ya İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
Vilayət Quliyev (hərbçi)
Vilayət Bərxuda oğlu Quliyev (Tinli) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2-ci Ordu Korpusunun komandiri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından biri. == Həyatı == Vilayət Quliyev Cəbrayıl rayonunun Tinli kəndində anadan olub. O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında yaxından iştirak edib. Onun rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib. Döyüşlərin gedişində ayağından qəlpə yarası almasına baxmayaraq, qısa müddət sonra döyüş meydanına geri qayıdıb və mübarizəsini davam etdirib. Daşaltı kəndinin, Şuşa şəhərinin azad edilməsində xüsusi rol oynayan zabitlərdən biridir. O, 2024-cü ilin oktyabrında 2-ci ordu korpusuna komandir təyin olunub. 2020-ci il dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.
Zəhra Quliyeva (musiqiçi)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.
Əli-Səttar Quliyev
Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru(2024) == Həyatı == Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub. Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb. Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb.
Hekayəti xırsi-quldurbasan
Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir. == Məzmunu == Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir.
Musa Quliyev (tarixçi)
Musa Quluzadə (tam adı: Musa Nizam oğlu Quliyev; 20 may 1939, Xıl, Masallı rayonu) — Azərbaycan tarixçisi, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyat == Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur. == Pedoqoji fəaliyyəti == Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir. === Kitab və məqalələri === Dinimiz dünən və bu gün, Bakı, 1996 (monoqrafiya) Müstəqil Azərbaycan Respublikasında din münasibətləri, Bakı, 1999 Azərbaycanda dövlət və din münasibətləri (1920-2000-ci illər), Bakı, 2002 Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991–ci illər), Bakı, 2006 Azərbaycanın dövlətçilik tarixi (dərslik), Bakı, 2016 150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir. === Esseləri === Xəzərim mənim Kor Xəlil Sərhədsiz quşlar Kölgədə bitən...
Qulaq
Qulaq ― eşitməni və məməlilərdə vestibulyar sistemdən istifadə edərək bədən tarazlığını təmin edən orqandır. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq təşkil olunub: Orta qulaq Daxili qulaq Xarici qulaq, Qulaq seyvanı və Qulaq kanalından Qulaq kanalının dərinliyində xarici qulaq ilə orta qulağı ayıran təbil pərdəsi yerləşir. Orta qulaq təbil pərdəsində yerləşən, hava ilə dolu boşluqdur. Hava, burnun arxasından Yevstax borusu adlı kanal ilə orta qulağa daşınır. Yevstax borusunun funksiyası, orta qulaq boşluğundakı havanın təzyiqi ilə atmosfer təzyiqini eyniləşdirməkdir. Səs dalğalarının qulaq pərdəsində yaratdığı titrəyiş, orta qulaq boşluğundakı sümükcüklər ilə (çəkic, zindan, üzəngi) daxili qulağa verilir və səsi beyinə ötürən siniri oyadır. Qulaqda küy qulaq burun boğaz sahəsində xəstələri çox narahat edən və müalicəsi çətin olan patalogiyalardan biridir. Tinnitus - qulaq küyü ya da uğultu olaraq ifadə edilən bu vəziyyət xəstələrin realda olmayan səsləri bir və ya hər iki qulağında və ya kəllə boşluğunda eşitməsini ifadə etməsidir. Bəzən bu səslər xəstələri o qədər narahat edir ki, xəstələrin günlük yaşantısını və psixoloji vəziyyətlərini poza bilir.
İbrahim Quliyev
İbrahim Quliyev (dövlət xadimi) — Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İbrahim Quliyev (musiqiçi) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. İbrahim Quliyev (geoloq) — akademik.
Arif Quliyev (dəqiqləşdirmə)
Fransa kəsilmiş qulaqlı dövşanı
Fransa kəsilmiş qulaqlı dövşanı (ing. French Lop) – ev dovşanı növü. Fransada XIX əsrdə İngiltərə kəsilmiş qulaqlı dövşanı və Flandriya nəhəngi cinslərinin selektiv yetişdirilməsi nəticəsində yaranmışdır. Fransa kəsilmiş qulaqlı dövşanı İngiltərə kəsilmiş qulaqlı dövşanına bənzəsə də, daha böyük bədən quruluşuna malikdir və qulaqları daha qısadır. Bu cins, ABŞ Dovşan Yetiştiriciləri Assosiasiyası (ARBA) və Britaniya Dovşan Şurası (BRC) tərəfindən tanınır. == Taksanomiya == Bu cins "Oryctolagus" cinsinə aiddir ki, bu cinsdə ümumilikdə 305 ev dovşanı növü daxildir. Bütün ev dovşanları vəhşi Avropa dovşanı ilə ortaq bir mənşəyə sahibdirlər. "Oryctolagus" sözü yunan dilində "torpağa qazılmış" və "çuval" mənalarını verən "oryktos" və "lagos" sözlərindən yaranıb. == Tarixi == Fransa kəsilmiş qulaqlı dövşanı ilk dəfə 1850-ci illərdə Fransada ətlik dovşan kimi yetişdirilməyə başlanmışdır. Yeni yaradılan bu cins yaxın ölkələrdə də populyarlaşmış və 1933-cü ildə Niderlanddan 10 nümunə Birləşmiş Krallığa sərgi məqsədilə ixrac edilmişdir.
Musiqili qulaq sindromu
Musiqili qulaq sindromu — adətən insanların ətrafda musiqi səsi, melodiyalar və ya digər səslər eşitməsi ilə xarakterizə olunan vəziyyət. Bu, əslində mövcud olmayan səsləri eşitmək deməkdir və halüsinasiyaların bir növü sayılır. == Səbəblər == Musiqili qulaq sindromu xüsusilə eşitmə itkisindən əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Zehni gərginlik və bəzi nevroloji problemlər halüsinasiyaların yaranmasına səbəb ola bilər. Əsas simptomu qulaqda qeyri-mövcud musiqi və ya melodiya eşitməkdir. Bu səslər adətən real səslərdən fərqlənir və fərd üçün narahatlıq yarada bilər. == Müalicə == Musiqili qulaq sindromunun müalicəsi müxtəlif yanaşmaları əhatə edir. Eşitmə cihazlarının istifadəsi eşitmə itkisi olan şəxslərdə bu vəziyyətin idarə olunmasına kömək edə bilər. Stressin idarə olunması və relaksasiya texnikaları də əhəmiyyətlidir. Həmçinin, nevropatoloq və ya psixoloqla məsləhətləşmə müalicə prosesində faydalı ola bilər.
Oruc Quliyev
Oruc Quliyev ( tam adı: Oruc İslam oğlu Quliyev; 25 fevral 1963, Soltanlı, Cəbrayıl rayonu) — tarix elmləri üzrə fəlsəfə doktoru, Tərəqqi medalı mükafatçısı (2018), ŞƏMS milli mükafatı laureatı (2019), AMEA Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini. == Həyat və fəaliyyəti == Oruc Quliyev 25 fevral 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1970-ci ildə Soltanlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə isə məktəbi bitirmişdir. 1989-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Oruc Quliyev BDU-nun nəzdində ictimai peşələr fakültəsinin Jurnalistika ixtisasına da yiyələnib. 1989-1992-ci illərdə Binəqədi rayonu, kütləvi kitabxanasında müdir vəzifəsində çalışan Oruc Quliyev, 1992-2018-ci illərdə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor kimi fəaliyyət göstərib. 2018-2021-ci illərdə isə Respublika Gənclər Kitabxanasında direktor vəzifəsində çalışıb. 2019-cu ildən BDU-da müəllim kimi fəaliyyət göstərir. 2022-ci ildən 2024-cü ilin aprel ayının 22-nə kimi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi olub. 2024-cü ilin aprel ayının 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantıdır.
Qulamrza Cavidan
Qulamrza Cavidan (1911, Sərab, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) — fədai, siyasətçi, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökumətinin polkovniki, Marağa şəhərinin qubernatoru. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah qoşunları tərəfindən Təbrizdə asılıb. Ölümündən sonra Səməd Vurğun ona şeir, Gəncəli Sabahi isə hekayə həsr edib. == Həyatı == Qulamrza Cavidan 1911-ci ildə Sərab ətrafında anadan olub. Tudə partiyasının Sərab komitəsinin və Azərbaycan Antifaşist cəmiyyətinin üzvü olub. 1944-cü ildə Sərabda həbs olunub. Amma tezliklə azadlığa çıxıb. Sərabdakı fədailərə rəhbərlik edib. Noyabrın 15-dən etibarən şah qoşunlarından Sərabdan təmizlənməsində iştirak edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün polkovnik rütbəsi alıb və "21 Azər" medalı ilə təltif olunub.
Qulay
Qulay — İndoneziya, Malayziya və Sinqapurda geniş yayılmış Minanqkabau mətbəxinə aid ədviyyatlı və zəngin yemək. Bu yeməyin əsas tərkibinə adətən toyuq, keçi əti, mal əti, qoyun əti, daxili orqanlar, balıq və dəniz məhsulları, eləcə də kassava yarpaqları, yetişməmiş çörək meyvəsi (cekfrut) və banan gövdəsi kimi tərəvəzlər daxildir. Qulay, tez-tez İndoneziya körisi olaraq da adlandırılır. == Tərkibi == Qulay sousları zəngin ədviyyatların istifadəsi ilə tanınır və sarıkökün əlavə edilməsi sayəsində qalın konsistensiyaya və sarımtıl rəngə malik olur. Qulay sousunun tərkibinə sarıkök, keşniş, qara bibər, qalanqal, zəncəfil, acı bibər, soğan, sarımsaq, şüyüd, limon otu, darçın və kəklik toxumu kimi zəngin ədviyyatlar daxildir. Bu ədviyyatlar əzilib pasta halına gətirilir və əsas inqrediyentlərlə birlikdə kokos südündə bişirilir. Malayziyada isə qravini (sousu) qatılaşdırmaq üçün kerisik də əlavə olunur.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.

Digər lüğətlərdə