Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ADDY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Tom Odell
Tomas Piter Odell (24 noyabr 1990, Çiçester[d]) — ingilis müğənnisi. Tom Odell 24 noyabr 1990-cı ildə İngiltərədə doğulub. Atası pilot, anası isə ibtidai məktəb müəlliməsi. Böyük bacısı da var. Uşaqlığının bir qismini ailəsi ilə Yeni Zelandiyanın Oklend şəhərində keçirib. Tom 2012-ci ildə "Songs from Another Love" adlı debüt mini albomunu buraxır. 2013-cü ilin əvvəlində "BRITs Critics' Choice Award" mükafatını qazanır. Odellin debüt studiya albomu olan "Long Way Down" 2013-cü ildə işıq üzü görür. Üç il sonra onun ikinci "Wrong Crowd" adlı albomu çıxır. Daha iki il sonra 2018-ci ildə üçüncü studiya albomu "Jubilee Road" dinləyicilərə təqdim olunur.
Odlu (Biləsuvar)
Odlu (fars. اودلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 830 nəfər yaşayır (156 ailə).
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu gəvən
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Azərbaycan Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. Azərbaycanın endem bitkisidir. VU C2a(ı). Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür.
Odlu silah
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır. Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Odlu silahlar

Only Teardrops
Only Teardrops — (Azərbaycanca: Yalnız Gözyaşları) Danimarkanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Rafiq Oday
Rafiq Oday (tam adı: Bayramov Rafiq Hüseyn oğlu; 23 iyul 1960, Şəhriyar, Noraşen rayonu) — şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Respublikanın Əməkdar jurnalisti. 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunmuş, "Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olmuşdur. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirmişdir. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.
Gauge (odlu silah)
Gauge çapı; ağırlığı pound cinsindən ölçülmüş təmiz mərmidən hazırlanmış saçılmanın çəkisi ilə tərs mütənasibdir. Yəni 12 guage bir lülənin çapı bərabərdir 1/12 pound çəkisində təmiz mərmidən hazırlanmış saçılmanın çapı ilə. (Yəni qısaca gauge artdıqca çap azalır.) == Ədədi şəkildə hesablanması == n-(gauge) yəni saf mərmidən hazırlanmış saçılmanın (müstəqil ağırlığı 11.352 g/cm³ yaxud 6.562 oz/cu in) o çap ilə çəkisi bərabərdir 1/n çəkisində İngilis — Amerikan sistemində pund ölçüsüylə (453.59237 grams). ona görə n-gauge ov tüfənginin lülə çapı n-cm. cinsindən bərabərdir: R ( n ) = ( 6 × 453.59237 g r 11.352 g r / c m 3 × n × π ) 1 / 3 = 42.416 m m × 1 n 3 {\displaystyle R(n)=\left({\frac {6\times 453.59237~\mathrm {gr} }{11.352~\mathrm {gr/cm} ^{3}\times n\times \pi }}\right)^{1/3}=42.416~\mathrm {mm} \times {\frac {1}{\sqrt[{3}]{n}}}} == İstifadəsi == Gauge ən çox yivsiz ov tüfənglərinin lülə çapı standartlarında istifadə edilir.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Odla Təmasda (1972)
Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Odla və qılıncla
Odla və qılıncla, Henrik Senkeviç tərəfindən 1884-cü ildə yazılmış tarixi roman. Kitabın motivləri əsasında 1999-cu ildə film çəkilmiş, 2011-ci ildə isə videooyun çıxarılmışdır. Ukraynada Bogdan Hmelnitski və qonşuları arasındakı mübahisə barıt çəlləyinin fitilini alovlandırdı və bütün kazakların zadəganlara qarşı üsyan etməsinə səbəb olan oda çevrildi. Şərqdən tatar qoşunlarının məsələyə müdaxiləsi ilə Ukrayna qan gölünə döndü. Uzun müddət yatırılmış kazak kəndlilərinin kinləri; basqınlar, qırğınlar və təcavüzlərlə üzə çıxırdı. Knyaz Yaremanın ordusunda yüngül süvari dəstəsinin zabiti Jan Kretuski şahzadə Helenə aşiq olur. Ancaq qız kazaklar tərəfindən qaçırılır. Kretuski və dostları indi yalnız Reç Pospolita uğrunda mübarizə aparmayacaq, eyni zamanda onun itkin düşmüş, təhqir olunmuş simvolu olan gözəl şahzadəni tapmaq üçün də mübarizə aparacaqlar.
Odlu Torpaq (ada)
Odlu Torpaq, və ya İsla-Qrande (isp. Isla Grande de Tierra del Fuego — Cənubi Amerikanın cənub qutaracağında yerləşir. Materikdən Magellan boğazı vastəsi ilə ayrılır. Odlu Torpaq arxipelaqına daxil adadır. 1881-ci ildə ada iki ölkə arasında bölünmüş adalar siyahısına daxildir. Beləki adanın qərb hissəsi, 29,485 km² ərazi (61,43 %) 150 826 insan (2002 год), inzibati cəhətdən Çilinin Maqalyanes-i-la-Antarktika-Çilena bölgəsinə daxildir). Şərqi isə 18,507 km² ərazi (38,57 %) 100,900 nəfər əhali ilə (2001 il) Argentinanın Odlu Torpaq, Argentika və Cənub Atlantik adaları vilayətinə aiddir. Adanın sahəsi 47 992 km² təşkil edir və Adaların dünyada sahəsinə görə sıralamasında 29-cu yeri tutur. Adanın iri şəhərləri olan Uşuaya və Rio-Qrande şəhərləri Argentinana məxsusdur. Ən hündür zirvəsi Darvin zirvəsidir (2488 m, Çili).
Odlu Torpaq (arxipelaq)
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu Torpaq (dəqiqləşdirmə)
Odlu Torpaq (arxipelaq) — Cənubi Amerikada arxipelaq. Odlu Torpaq (ada) — Odlu Torpaq arxipelaqının əsas adası. Odlu Torpaq (əyalət) — Argentinada əyalət. Tyerra-del-Fueqo (əyalət) — Çilidə əyalət. Odlu Torpaq (milli park) — Argentinada milli park. Odlu Torpaq (roman) — Mayn Ridin romanı.
Odlu Torpaq arxipelaqı
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu Yurd (jurnal)
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Odlu Yurd dərgisi

Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Taneqaşima (odlu silah)
Taneqasima - qədim yapon odlu silahı. Yaponiyanın izolyasiyası nəticəsində bu silah 300 il ərzində yaponların sahib olduğu yeganə odlu silah olub.Bu silahlar samuray sinfi və piyada əsgərlər (asiqaru) tərəfindən istifadə olunmuş və onların döyüşdə istifadə olunması Yaponiyada aparılan müharibənin kökünü tamamilə dəyişmişdir. 1543-cü ildə cənubi yapon adası olan Taneqasimaya gələn portuqallar yerli sakinləri odlu silahla tanış etmişdilər. Məhz bu səbəbdən Yaponiyada odlu silahı "taneqasima" adlandırırdılar. Taneqasima - portuqal dənizçilərindən alınmış muşketin yapon variantıdır.Portuqal silahının faydalığını dərk edən yerli knyaz onlardan iki ədəd muşket alır. Onların eynisinin nüsxəsini yaratdıqdan sonra yaponlar özünəməxsus nümunələrini yaratmış və silaha adanın adını vermişlər. Bu Yaponiyada ilk odlu silah idi. Tezliklə yaponlar zərbə vurma mexanizmini təkmilləşdirərək onların kütləvi istehsalına başladılar. Bu silahlar yapon-koreya müharibəsində və yerli münaqişələrdə geniş istifadə olunmuşdur. Yaponiyada izolyasiya başlayandan sonra bu silah Meydzi dövrünə (XIX əsrin ortaları) qədər heç bir dəyişikliyə uğramamışdır.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.