sif. 1. Odu olan; yanar, alovlu, közərən. Odlu ocaq.
– Çox zaman qurduğum tələdəki quşlar yerinə gözlərimə anamın dəhşətlə təsvir etdiyi əllərində odlu kösövlər olan inkirminkirlər görünürdü. M.İbrahimov.
Səbzəlinin dodaqlarından papirosun odlu qoru tökülürdü. S.Rəhimov.
□ Odlu silah – barıt, yaxud başqa partlayıcı maddələrin alışması ilə atılan silah (tüfəng, tapança və s.).
2. məc. Qırmızı, od rəngli.
Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. M.Rahim.
3. məc. Ehtiraslı, coşqun, yanar.
Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. A.Şaiq.
Sanki Sədəf [Sonanı] odlu baxışları ilə əridir, … yandırıb-yaxırdı. B.Bayramov.
// məc. Atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. Odlu məhəbbət. Odlu salamlar. Odlu ehtiras.
– Nədən söyləməsin ana dililə; Öz odlu nitqini yoldaş komissar? S.Vurğun.
O, o qədər odlu (z.) danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.
4. məc. Təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı.
O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. S.Vurğun.
Ürəyindəki odlu bir həsrətlə yalvarırdı. Mir Cəlal.