Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Endər Günlü
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi 1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub. Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Ad günü
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. == Azərbaycanda doğum günü == Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Alma günü
Alma günü (ing. Apple Day) — Böyük Britaniyada hər il 21 oktyabrda qeyd olunan qeyri-rəsmi bayram.
Alyaska günü
Alyaska günü (ing. Alaska Day) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında 18 oktyabr tarixində qeyd olunan rəsmi bayram günü. Həmin gün Alyaska ştatında qeyri-iş günü hesab olunur. Alyaska gününün qeyd olunması ABŞ-nin 1867-ci ilin 18 oktyabr tarixində Alyaska ştatının Rusiya imperiyasından satın alınmasından sonra ənənəvi şəkildə qeyd olunmağa başlanılmışdır. ABŞ-nin XXIV Xarici İşlər Naziri, senator Uilyam Sivard 1867-ci ilin oktyabr ayında Rusiya imperiyası ilə Alyaskanın satın alınması ilə bağlı danışıqlara başlayır. Danışıqlar nəticəsində ərazi 7.2 milyon dollara ABŞ tərəfinə satılır. Ərazidə mövcud olan Rus Amerikası inzibati vahidi ləğv olunur və torpaqlar ABŞ nəzarətinə keçir. Alyaska günü Alyaska ştatı ilə bağlı ən önəmli bayramlardan biri olsa da, ştat ərazisində, bəzi məktəblər həmin gün fəaliyyət göstərir və əsasən açıq dərslər keçirilir.
Analar Günü
Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir. İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların Bazar Günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi. ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-də, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır. 1907-ci ildə ABŞ-nin Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir.
Anzak Günü
Anzak Günü (ing. Anzac Day) — Avstraliya və Yeni Zelandiyanın milli bayramı. 25 aprel 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı Antanta qüvvələri (İngilislər, avstraliyalılar, yeni zelandiyalılar, nyufaundlendlər, hintlilər, fransızlar) Gelibolu yarımadasına (Türkiyə) enməyə başladılar. Ardınca uzanan və qanlı döyüşlərdə eniş ələ keçirilmiş köprülərdən bir hücum inkişaf etdirə bilmədi və ilin sonunda evakuasiya edildi. Çanaqqala adlanan bu uğursuz əməliyyat zamanı Avstraliya-Yeni Zelandiya Ordu Korpusunun qoşunları fərqləndilər (Australian and New Zealand Army Corps, ANZAC). Anzak Günü rəsmi olaraq 1916-cı ildə qeyd olunmağa başladı (Yeni Zelandiyada - 1920-ci ildən). Başlanğıcda, Birinci Dünya Müharibəsində həlak olan Avstraliyalılar və Yeni Zelandiyalılar üçün bir anım günü idi. II Dünya Müharibəsindən sonra, 25 aprel tarixində Avstraliya və Yeni Zelandiya, bu ölkələrin iştirak etdiyi bütün müharibələrdə və hərbi qarşıdurmalarda həlak olan vətəndaşlarını yad etdilər. Ənənəyə görə bu gün kilsə ibadətləri, hərbi keçidlər, qazilərin görüşləri keçirilir. Avstraliya və Yeni Zelandiya turistləri həm də anma tədbirlərinə ev sahibliyi edən Gelibolu'nu ziyarət edirlər.
Asteroid Günü
Asteroid Günü (Beynəlxalq Asteroid Günü kimi də bilinir), 30 iyun 1908-ci il tarixində baş verən Sibir Tunguska hadisəsinin ildönümündə təşkil edilən illik bir qlobal hadisədir. Son günlərdə dünyanın ən zərərli asteroid ilə əlaqəli hadisəsidir. Birləşmiş Millətlər Təşkilatı, hər il 30 iyunda qlobal səviyyədə müşahidə edildiyini elan etdi. Asteroid Günü, planetin, onun ailələrinin, cəmiyyətlərinin və gələcək nəsillərin fəlakətli bir hadisədən qorunması üçün asteroidlər haqqında məlumatlılığın artırılması və nə üçün edilə biləcəyini nəzərdə tutur. 2014-cü il aprelin 23-də kəşf edilən 2014 HQ124, eyni il, 8 iyun, yalnız 46 gün sonra və 2015 TB145, yerini 1 250 000 km-ə keçmişdir. == Tarix == Asteroid Günü film rejissoru Grigorij Richters, B612 Foundation COO Danica Remy, Apollo 9 astronavt Rusty Schweickart və Brian May, Queen gitaraçı və astrofizik tərəfindən təsis edildi. Richard Dawkins, Bill Nye, Peter Gabriel, Jim Lovell, Apollo 11 Astronavt Michael Collins, Alexei Leonov, Bill Anders, Kip Thorne, Lord Martin Rees, Chris Hadfield, Rusty Schweickart və Brian Cox kimi 200-dən çox astronavt, alim, texnolog və sənətçi Asteroid Günü Deklarasiyasını imzaladı.Asteroid Günü 2014-cü il 3 dekabrda rəsmən başladı.2014-cü ilin fevral ayında rok qrupu Kraliçası üçün astrofizikçi və gitaraçı olan Brian May filmə 51 dərəcəlik şimalın rejissoru olan Grigorij Richters ilə Londondakı qondarma asteroid təsiri və belə bir hadisə nəticəsində ortaya çıxan insan vəziyyəti ilə işləməyə başladı.Richters və May, 2014 Starmus Festivalında film izləyib sonra 2014-cü ilin oktyabr ayında Lord Martin Rees, Rusty Schweickart, Ed Lu, Tomas Jones, Ryan Watt və Bill Nye ilə mətbuat konfransında rəsmi olaraq elan etdikləri Asteroid Günü qurdu. Tədbir Londonda Elm Muzeyindən, Kaliforniya Elmlər Akademiyasından, Nyu-Yorkdan və São Paulodan canlı yayımlandı.Asteroid Günü 2017-ci ildə, kiçik planet 248750 (Discoverer M. Dawson) rəsmi olaraq Beynəlxalq Astronomiya Birliyi tərəfindən Asteroid gündəmə gətirildi. == Asteroid Günü bəyanatı == Asteroid Gününün işçi qrupu, planetin asteroidlərdən qurtarma ideyasını dəstəkləyən bütün elm adamlarına və texnoloqlarına müraciət edən, "100X Deklarasiya" adlı bir bəyanat yaratdı, lakin yalnız mütəxəssislər imzalamaq istəmir, hər kəs bu bəyanatı imzalayacaq. Bu gün 100X Bəyannaməsi 22,000-dən çox xüsusi vətəndaş tərəfindən imzalanıb.
Ayrenatirutyun günü
Ayrenatirutyun günü — Birinci Dünya müharibəsindən sonra Sevr müqaviləsi ilə Osmanlının şərqindəki "Qərbi Ermənistan" adlanan ərazinin Ermənistana verilməsi ilə əlaqədar təklif olunan bayram. 7 oktyabr 2009-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin iclasında Daşnaksütyun Partiyasının bir sıra deputatları və "İrs" Partiyasının rəhbəri Styopa Səfəryan tərəfindən təklif edilən qanun layihəsinə əsasən, 22 noyabr tarixi "Ayrenatirutyun günü" elan edilməli idi. Qanun layihəsinin müəllifləri Artsvik Minasyan, Styopa Səfəryan, Artyuş Şahbazyan, Vaqan Ovannisyan, Qaqik Gevorqyan, Ara Nranyan, Lilit Qalstyan, Ruzanna Arakelyan, Arayik Qriqoryan olmuşdur. 11 noyabr 2009-cu ildə Ermənistan hökuməti rəsmi olaraq bəyan etmi.dir ki, hazırda bu qanun layihəsinin qəbulu məqsədəuyğun deyil. Nəticədə qanun layihəsi qəbul edilməmişdir.Bundan sonra 2 aprel 2010-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin Daimi Komitəsinin iclasında Daşnaksütyun Partiyasının deputatları ikinci dəfə olaraq "Bayramlar və yaddaqalan günlər haqqında" Ermənistan Respublikasının Qanununa əsasən 22 noyabr tarixinin rəsmi şəkildə "Ayrenatirutyun günü" elan edilməsini təklif etmişdilər. Bununla belə, 6 apreldə bu qanun layihəsi də lehinə 26 səs, əleyhinə 58 səs və bitərəf 6 səslə Ermənistan Respublikasının Milli Məclisi tərəfindən yenidən rədd edilmişdir.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Baksinq Günü
Baksinq Günü (ing. Boxing Day),bir ictimai bayram və tətil gün,xüsusilə MDB ölkələri, Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanada da.Bu gün Milad bayramının sonrakı günü hər il Dekabrın 26-da qeyd olunur. == Etimologiya == Baxmayaraq ki bu günün adlandırılmasının əsas səbəbi aydın deyil . ancaq kökü "box" (qutu) olduğu inanılır ki,Milad bayramının hədiyyələr qutusuna ışarə edir.Keçmişdə, bu gün yoxsul işçilərə hediyə verilərdi. == Alış-veriş == Britaniya, Kanada ,Yeni Zelandiya və Avstraliyanın bəzi əyalətlərində, Baksinq günü əsasən Amerika Birləşmiş Ştatlarında Şükran sonrakı günü qədər, bir alış-veriş bayramı kimi tanınır.
Bazar günü
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. == Adı == Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. == Dinlərdə == === Islam === İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. === Xristian === Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bu günkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Doğum günü
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. == Azərbaycanda doğum günü == Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == “Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. == Haqqında == 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: == Müstəqillik illərində elm == Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır.Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar.Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır. Günəş gününə yaxın vaxtlarda, aprel ayında keçirilən qeyd etmələr Günəş Festivalı adlanır. Bayram üç günlükdür.
Gənclər Günü
Gənclər günü — 2 fevral Azərbaycanda gənclər günü. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla “Kanada Günü” adını aldı və daha millətçi bir quruluş qazandı.
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. == Mənbə == Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Okunkul
Okunkul (başq. Оҡонкүл) — Rusiyada göl. Cənubi Uralda, Çelyabinsk vilayətinin Kaslinski rayonunda, Sinara gölündən 2 km şimal-şərqdə yerləşir. Sinara çayı hövzəsinə aiddir (İzet çayının qolu). == Etimologiyası == Çelyabinsk bölgəsinin coğrafiyasını tədqiq edən coğrafiyaçı və toponimoloq Nikolay İvanoviç Şuvalov "Parisdən Berlinə Çelyabinsk bölgəsinin xəritəsində: Toponimik lüğət" kitabında gölün adının keçmişdə geniş yayılmış başqırd Okunkul adından gəldiyini bildirir. Gölün adı əvvəllər orada bol olan xanı balıqları ilə əlaqəli olduğu barədə yerli balıqçılar arasında da bir əfsanə yayılmışdır. == Təsviri == Gölün səthi sahəsi 11,6 km², uzunluğu — 5 km, maksimal eni — 3,5 km-dir. Dəniz səviyyəsindən yüksəkliyi 249.4 m-dir. Gölün orta dərinliyi 3,5 m, maksimum dərinliyi isə 8 m-dir. Suyun şəffaflığı 3,5 m-dir.
Oyunçu
Oyunçu — hər hansı oyunda iştirak edən şəxs. Həmçinin bu mənalara da gələ bilər: Oyunçu ya da geymer — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Oyunçu ya da futbolçu — idmanın futbol növü ilə məşğul olan şəxs. Oyunçu ya da rəqqas, rəqqasə — rəqs ilə məşğul olan şəxs.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. == Həyatı == Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar. Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Kristofer Nkunku
Kristofer Nkunku (14 noyabr 1997-ci ildə anadan olub) — Pari Sen-Jermen FK B klubunda yarımmüdafiəçi kimi çıxış edən Fransa futbolçusudur. == Karyerası == Nkunku öz peşəkar karyerasında debütünü 8 dekabr 2015-ci ildə UEFA Çempionlar Liqasında Şaxtyor Donetsk FK klubuna qarşı oyunda etmişdir. O, evdə 2-0 qazandığı oyunda 87-ci dəqiqədə Lukas Mouranın yerinə meydana çıxmışdır. == Karyera statistikası == 9 aprel 2016-cı il məlumatlarına əsasən.
Mərdimazar oyunçu
Mərdimazar oyunçu (ing. griefer) – Onlayn oyunlarda udmaq üçün deyil, başqa oyunçuların oyununu qəsdən korlamaq üçün oynayan oyunçu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Globe and Mail: "Frontier justice: Can virtual worlds be civilized?" "Ready, set, game: Learn how to keep video gaming safe and fun." Documented incident of griefing during a virtual interview, see also Anshe Chung Research paper on griefing. To view this PDF paper, the host website requires a subscription to the digital library. "Feature: The Griefer Within", GamePro. "Mutilated Furries, Flying Phalluses: Put the Blame on Griefers", WIRED MAGAZINE: ISSUE 16.02 "Griefer Madness: Terrorizing Virtual Worlds" Can you grief it?
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevril­miş yarım konus şəklində top­lanması. Konusun yamacının meyl­liyi 30-40° olur.
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.Videooyunlarda oyunu oynayan hər bir oyunçu üçün bir oyunçu personaj mövcuddur.
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Arkada oyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
Barmaq oyunu
Barmaq oyunu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Sanama", "Barmaq sanadı", bəzi bölgələrdə isə "İynə-İynə" adlandırılsada əsasən "Barmaq oyunu" adlandırılır. == Oyunun qaydaları == Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta(başçı, ya molla) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca(kəlmə) ilə işarə edir. Bəzən əlləri yerə qoyandan sonra usta(başçı, ya molla) yuxarıdakı sözlərin əvəzinə aşağıdakı sözləri (sanama) söyləyərlər: Hansı barmağın üzərinə qurtul hecası(kəlməsi) düşsə, o barmaq cərgədən çıxar. Bu iş bütün barmaqların aradan çıxmasına qədər davam edir. Usta(başçı, ya molla) axıra qalmış barmaq sahibinin qulağından tutub deyir: Uşaq qarğa ya quşdan biri istər. Uşağın istədiyi göydən uçana qədər və ya görünənə qədər usta(başçı, ya molla) uşağın qulağını çəkər və yerdə qalan oyunçular isə uduzmuş oyunçunu təqlid edərlər. Usta(başçı, ya molla) quş və qarğa əvəzinə istənilən başqa varlıqların adını qeyd edə bilər.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar.
Dostluq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Dəyirman oyunu
DƏYİRMAN-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: - Tağı-tağı, tağbatağı... Bu sözləri 4-5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4-5 dəfə dövrə vurur.
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Gül oyunu
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Kompüter oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. == Tarixi == İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq,proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir.Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi.Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı.O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu.Şaquli,üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.Bu,məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi.Yanacağı və silahı daha tez tükənən tərəf məğlub oldu.Beləliklə,"Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu. 1970-ci illərin ortalarında kompüterlər həddən artıq böyük və baha idi.Buna görə də kompüter oyunları maraq doğursa da,uğur gətirmirdi.Bu vəziyyətdən çıxış yolunu Alman əsilli Amerika alimi Ralf Bayer tapdı: o, kompüter oyununu yox, videooyunların yeni tipini və onları televizorun ekranına imkanı verən kiçik, ucuz qurğu ixtira etdi.1971-ci ildə o, "Magnavox Odyssey" qoşma cihazına patent aldı. 1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı.1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. 2000-ci illərdə videooyun konsolu ilə mübarizəsində məğlub olmuş olsa belə,Sonralar,müasir dövrdə,yəni 2018-ci ildə kompüter oyun bazar dövriyyəsi 27,7 milyard dollara çatdı. = Kompüter Oyun Növləri = Son illərdə sosial media və internetin inkişafı nəticəsində yeni kompüter oyun növləri:Onlayn oyun,bulud oyun,sosyal şəbəkə oyunları, çox oyunçulu oyunlar meydana gəldi.Bunlarla yanaşı,daha köhnə oyun növləri:macəra,rpg(role playing game),mmorpg(massively multiplayeronline role playing game),fps(first person shooter),tps(third person shooter),rts(real time strategy),tbs(turn based strategy),simülasiya,gizlilik və s.
Kuf oyunu
Ağdaş rayonunun Kürqırağı kəndlərində surmançaq, Cəbrayılda usuncaq, Füzulidə uçuncaq, Qubadlıda kuf, Zəngilanda kuf, kufgelli, Şərikan kəndində yellənküp adı ilə tanınan bu oyun Azərbaycanda vaxtilə çox geniş yayılmışdır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanılmışdı. Zəngilan rayonunun eyni adlı kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə bu oyun qız gəlin köçən ərəfədə oynanılmışdı. Oyunun əsas iştirakçıları yetkinlik yaşına çatmış qızlar və oğlanlar idi. Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşəlikdə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdir. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunub. Dam evlərində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənilirdi. Açıq havada təşkil olunan zaman qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün yelləncək əsasən həmin ağaclardan asılırdı.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Maral oyunu
Maral oyunu və ya Maraloyunu – maralı təmsil edən bir oyunçunun zurnanın müşayiəti ilə heyvanın hərəkətlərini yamsılamasıdan ibarət kukla oyunu. == Tarixi == Keçmiş toylarda gəlin bəy evinə gətirilən zaman oynanılmışdı. Gəlini atdan düşürdükdən sonra camaat qövsvari şəkildə düzülərdi. Bir tərəfdə gəlin üzündə örpək, digər tərəfdə isə bəy yanında sağdişi, soldişi ilə durardı. Gəlinin qarşısında əvvəl “Maral oyunu” oynanar, sonra "Kilimarası" göstərilərdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı. Müasir dövrümüzdə bu ənənə bəzi bölgələrimizdə yenə də davam etdirilir. Elçin Aslanovun yazdığına görə, Azərbaycanın şimal-qərb rayonları üçün xarakterik olan bu oyun “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır (Aslanov, 134). “Maral oyunu” nakam sevgi motivi üzərində qurulmuşdur. Əfsanələrdən tutmuş dastanlara qədər fərqli janrlarda rast gəlinən bu motivdə iki gəncin məhəbbətindən, lakin sosial, dini fərqlər üzündən bir-birinə qovuşa bilməmələrindən bəhs olunur.