Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Oben
Oben (Averon)
Oden
Oden (yapon. おでん, 御田) — Yaponiyanın qış yeməyinin bir növü. Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. Kansoi əyalətində kanta adlanır. Çində hər 7–11 marketdə oden "haodun" (好炖) adlanır.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Owen
Owen Teague — amerikalı aktyor. Owen (yüngül pulemyot) — Avstraliya istehsalı olan yüngül pulemyot.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Open Mouth, Open Heart
Open Mouth, Open Heart — Sakramentodan olan pank rok qrupu Destroy Boys(en)-un üçüncü studiya albomu. 8 oktyabr 2021-ci ildə Hopeless Records tərəfindən buraxılıb.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Domen (dəqiqləşdirmə)
Domen
Domen (tarix)
Domen — feodalizm dövrünə aid anlayış. Feodalın torpaqları iki hissəyə bölünürdü: domen-yəni ata mülkü, şəxsi mülkiyəti, və idarəsi altında olan ərazilər. Məsələn fransız krallarının özəl mülkləri İl de-Frans sayılırdı. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). Müsəlman aləmində bunlara xass (hökmdarın öz torpaqları) torpaqlar deyilirdi, digər torpaqlar divan (dövlətin torpağı) adlanırdı. Rusiyada buna (opriç) deyilirdi.
Domen (İzer)
Domen (fr. Domène) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38150. Kommunanın 2012-ci il üçün əhalisi 6588 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 214 ilə 520 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Domen ad
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Domen nümayəndəliyi
Domen nümayəndəliyi— domen zonasının bir hissəsi üzərində nəzarətin digər məsul tərəfə verilməsidir. Texniki cəhətdən nümayəndə heyəti zonanın saxlanması və onun məzmununun müəyyən edilməsi üçün cavabdeh olan DNS serverinin (üçüncü tərəfə məxsus) ünvanını təyin edən NS qeydindən istifadə etməklə həyata keçirilir. IP ünvan diapazonları in-addr.arpa domen zonasından istifadə etməklə, IPv6 ünvan diapazonları isə ip6.arpa domen zonasından istifadə etməklə istehsal edilir. Domen qeydiyyatı müddəti başa çatdıqdan sonra domen nümayəndə heyətindən çıxarılır və bloklama dövrü başlayır, bundan sonra domen qeydiyyatdan keçmiş domenlərin reyestrindən çıxarılır.
Domen parkinqi
Domen parkinqi— domendən təyinatı üzrə istifadə etmədən (veb saytların yaradılması üçün) parkinq xidməti göstərən DNS serverlərində domen adının qeydiyyatıdır. Domen parkı istifadə olunmamış domen adını sahibinə rezerv etməyə (saxlamağa) imkan verir. Domen parkinqi həm tamamilə qeyri-kommersiya xidməti kimi, həm də pul münasibətləri əsasında təqdim edilə bilər. Qeyri-kommersiya parkı siz onlardan domen aldığınız zaman bir çox domen adı qeydiyyatçıları, həmçinin adətən "domeninizi əlavə edin" adlı xidməti təqdim edən hostinq provayderləri tərəfindən təmin edilir. Bundan əlavə, qeyri-kommersiya domen parkı üçün üçüncü tərəf İnternet xidmətləri var. Belə pulsuz xidmətlərə misal olaraq park edilmiş domeni idarə etmək üçün çox geniş xidmətlər təklif edən MyDomain.com-u deyə bilərik. (2012-ci il iyulun 1-dən xidmət pullu oldu və bir domenin saxlanması üçün 1 dollar alınır). Yerli xidmətlər arasında isə ən məşhur olan "Yandex DNS Hosting"-dir. Qeyri-kommersiya domen parkının əsas məqsədləri müvəqqəti istifadə olunmayan domeni rezerv etmək və ya onu aktiv sayta yönləndirməkdir. Kommersiya əsaslı domen parkı adətən reklamla, həmçinin kiberskvottinq, domenləşdirmə və bu hadisələrə qarşı mübarizə ilə əlaqələndirilir.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Oben (Averon)
Oben (fr. Aubin, oks. Aubinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12013. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 4215 nəfər təşkil edirdi. 2007-ci ildə 2391 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1568 nəfər iqtisadi fəal, 823 nəfər hərəkətsiz (fəaliyyət göstərici 65.6%, 1999-cu ildə 63.6%) olmuşdur.
Oben (kanton)
Oben (fr. Aubin) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1201. Oben kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Oben kommunasıdır. 2006-cı ildə əhalinin sayı 9 957 nəfər təşkil edirdi.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni (ərəb. نشيد السلام السلطاني‎) 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Mən, Erl və ölən qız (film)
Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib. Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib. 2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.