Almaz Əmənova
Almaz Hüseyn qızı Amanova (28 noyabr 1965, Sumqayıt) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti (2014).
== Həyatı ==
Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb.
Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s.
Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç. Aytmatov), Şiranə ("Burlaxatun" N. Xəzri), Rəqqasə ("Aydın" C. Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C. Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B. Vahabzadə), Arikiya ("Fedra" J. Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H. Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H. Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ. Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Həyat ("İkinci səs" B. Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu), Zəhra ("Vəsiyyət", Hüseynbala Mirələmov).
Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.