Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Oleq Peşkov
Oleq Anatoliyeviç Peşkov (3 avqust 1970, Kosixa[d], Altay diyarı – 24 noyabr 2015, Əl-Laziqiyyə mühafəzəsi) — Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik. Rusiya Federasiyası qəhrəmanı. 3 avqust 1970-ci ildə doğulub. 24 noyabr 2015-ci ildə vəfat edib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.
Albertus Piktor
Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen – 1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskaların və a sekkoların müəllifi olmaqla tanınır. == Həyatı == Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqan və qobelen istehsalçısı idi.
Aleksandr İpatov
Aleksandr İpatov (rus. Александр Ипатов, 16 iyul 1993, Lvov, Ukrayna) Türkiyə şahmatçısı, qrosmeyster (2011). == Həyatı == İpatov 16 iyul 1993-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub. Şahmat oynamağı dörd yaşında atasından öyrəmib və altı yaşında anası şahmat məktəbinə aparıb. İpatov Rus, Ukrayna, İspan, İngilis və Türk dilində sərbəst danışa bilir == Naliyyətləri == === Ukrayna === 2003-cü ildə 10 yaşa qədər uşaqlar arasında Ukrayna ikincisi oldu və Yunanıstanda keçirilən Dünya Gənclər Çempionatına (10 yaşa qədər) vəsiqə qazandı. İpatov bu yarışda 133 oyuncu arasında 11-ci yeri tutdu. 2008-ci ildə İpatov əmsalını 207 punkt qaldıraraq Ukraynanın 16 yaşadək və 20 yaşadək gənclər arasında Çempionatının qalibi oldu və milli usta və beynəlxalq usta titullarını qazandı. === İspaniya === 2009-cu ilin yanvar ayından 2012-ci ilin fevralınadək o, İspaniyanı təmsil edirdi. 2011-ci ildə İpatov ən böyük nailiyyətlərindən birini qazandı: aralarında 85 qrosmeysterin olduğu 573 oyunçunun iştirakı ilə keçirilən Cappelle-la-Grande Beynəlxalq Open turnirində 3-cü yeri tutdu. === Türkiyə === 2012-ci ilin fevralından İpatov Tükiyə Şahmat Federasiyası adından çıxış edir.
Arachis pintoi
Arachis pintoi (lat. Arachis pintoi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yerfındığı cinsinə aid bitki növü.
Vittov yarımadası
Vittov yarımadası (alm. Wittow‎) — Almaniyanın Rügen adasının şimalında yerləşən yarımada. Şimaldan və şərqdən Baltik dənizi, qərbdən Viker körfəzi, cənubdan və şərqdən isə Böyük Yasmund körfəzi ilə əhatələnmişdir. Vittov Yasmund yarımadası ilə birləşir. Orta əsrlər dönəminə qədər müstəqil ada olmuşdur. Qərb qutaracağında Buq burnu yerləşir. Arkon burnu da yarımadanın bir hissəsini təşkil edir. Yarımada ərazisində «Vik» (alm. Wiek‎) kamunası yerləşir.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
İqnasio Pinto
İqnasio Pinto (isp. Ignacio Carrera Pinto; 5 fevral 1848, Santyaqo – 10 iyul 1882) — Sakit okean müharibəsində iştirak etmiş Çilili zabit.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Histos
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Pestovo
Pestovo — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Pisten
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pistən
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Pilzov çay xərçəngi
Pilzov çay xərçəngi (lat. Astacus pachypus) — Pulcuqluqanadlılar dəstəsinin növüdür. Məhdud areallı endemik növdür. Arealı Respublikamızın daxilindədir. Respublikamızın şirin sularında cinsin 2 növü yayılmışdır. Orta ölçülü çay xərçəngidir. Karapaks yumurtavari olub, gözlərin arxasında və rostrumun əsasında tikancıqvari çıxıntılara malikdir. Baş – döş və qarıncıq yığcam, axımlı və silindrik formadadır. İri qısqacları var. Qısqacın hərəkətsiz tayının daxili səthində girinti-çıxıntı yoxdur, onun xarici səthi isə hamardır.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Mişov dağı (dərgi)
Mişov dağı — Tehranda Azərbaycan və fars dillərində nəşr olunan dərgi. "Mişov dağı" dərgisi 1998-ci ildən Tehranda nəşr olunur. Mişov Mədəniyyət Mərkəzi tərəfindən yayınlanan dərginin baş redaktoru tanınmış şair və həkim Aqşin Ağkəmərlidir. Dərgi latın və əski (ərəb) əlifba ilə Azərbaycan türkcəsində və farsca nəşr olunur. Dərginin ildə dörd sayının nəşri nəzərdə tutulsa da, fasilələr səbəbindən bu ardıcıllıq gözlənilməmişdir. Dərginin ümumi həcmi 250 səhifədir. Nəşrə başladığı gündən dərginin səhifələrində Azərbaycan və İran mədəniyyəti, incəsənəti, yazıçı və şairləri haqqında müxtəlif səpkili yazılar dərc edilmişdir. Dərginin müxtəlif saylarında Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və b. şeirləri, həmçinin Türkiyənin şair, yazıçılarının həyat və yaradıcılığı haqqında məqalələr verilmiş, müasir dünya ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılmışdır. Burada 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı ilə bağlı məqalələr də yer almışdır.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Platov Beynəlxalq Hava Limanı
Platov Beynəlxalq Hava Limanı (rus:Международный аэропорт Платов, Latin hərfləri ilə: Mezhdunarodnyy aeroport Platov) Rostov-na-Donu-nun şimal-şərqində, Novoçerkassk şəhəri yaxınlığında, Grushevskaya, Aksaysky rayonu, Rostov vilayəti Rusiyada yerləşən hava limanıdır.Rostov-na-Donu-ya (köhnə Rostov-na-Donu hava limanını əvəz edir) xidmət göstərir və 2017-ci ilin dekabrında fəaliyyətə başlamışdır. Matvei Platov-un adını daşıyır. Hava limanının 2017-ci ilin noyabr ayında açılması və 1 dekabr 2017-ci il tarixindən etibarən sərnişinləri qarşılamağa başlaması planlaşdırılırdı. Terminalın illik 5 milyon sərnişin tutumu olacaq və Azimut hava limanına xidmət göstərən əsas şirkət olacaq. Hava limanı 27 Noyabr 2017-ci ildə hava limanına gedən yeni magistral yolvə hava limanı əməliyyatları başlamazdan əvvəl son sınaqlarla açıldı. Hava limanı sərnişin xidmətinə 7 dekabr 2017-ci ildə, planlaşdırılan tarixdən bir həftə sonra başladı və köhnə hava limanının 1 Mart 2018-ci ildə bütün fəaliyyətlərini rəsmən dayandırması planlaşdırılır. İlk fəaliyyət ili olan 2018-ci ildə hava limanı 3 milyon 236 min sərnişinə xidmət göstərdi. 12 fevral 2019-cu il tarixində Skytrax Platov Hava Limanına 5 ulduzlu qiymət verdi və bu, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanından sonra bu reytinqə sahib olan ilk Rus hava limanı oldu. Əvvəlcə hava limanı layihəsinin adı "Yujnı" idi. Yeni hava limanının adına səs verildi və "Platov" 40% səslə birinci yeri tutdu.
Georgi Eristov
Georgi Yevseyeviç Eristov(1769-3.11.1863) -gürcü knyazı, Əlahiddə Qafqaz korpusunun zabiti, general. == Həyatı == O, 1760-cı ildə doğulmuşdu. Babaları kimi hərb sənətini seçmişdi. Georgi Yevseyeviç Eristov qadağaya baxmayaraq, Təbrizə yürüşü Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumunun qisası kimi də qiymətləndirilir. 1827-ci il oktyabrın 2-də rus qoşunları Mərəndə daxil oldu, sonra Təbrizə doğru hərəkət etməyə başladı. == Ədəbiyyat == Волков С. В. Генералитет Российской империи. Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II. Том II. Л—Я. М., 2009 Гизетти А. Л. Сборник сведений о георгиевских кавалерах и боевых знаках отличий кавказских войск. Тифлис, 1901 Гогитидзе М. Грузинский генералитет (1699—1921). Киев, 2001 Долгоруков П. Российская родословная книга. Часть 3.
Kristian Kostov
Kristian Konstantinov Kostov (bolq. Кристиан Константинов Костов, rus. Кристиа́н Константи́нович Ко́стов; 15 mart 2000, Moskva) — Bolqar-rus-qazax mənşəli Bolqarıstan müğənnisi. O Rusiyanın Golos deti yarışmasının finalçısı, Bolqarıstanın X Factor musiqi yarışmasının isə ikincisi olmuşdur. Kristian "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kristian Kostov 15 mart 2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Kristianın atası milliyətcə Bolqar, anası isə Qazaxıstanlıdır. Onun bir qardaşı və bir bacısı var. Kristianın atası hələ uşaq ikən ona bolqar və ingilis dillərini öyrətmişdir. == Musiqi karyerası == === 2014–2016: Golos deti və X Factor yarışmaları === Kristian Kostov 2014-cü ildə Rusiyanın uşaqlar üçün təşkil etdiyi Golos Deti səs yarışmasında iştirak etmişdir.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Nikolay Aristov
Nikolay Yakovleviç Aristov (rus. Никола́й Я́ковлевич А́ристов, 13 dekabr 1834-7 sentyabr 1882)—Rusiya tarixçisi.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Peskov adası
Peskov adası (rus. Остров Пескова) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Ada jurnalist Vasili Mixayloviç Peskovun şərəfinə adlandırılmışdır. Atlasov adası ilə arasında 14 metr məsafə vardır. Ada Oxot dənizində yerləşir. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev tərəfindən imzalanmış 17 avqust 2016-cı il əmri ilə adsız adaya Peskov adı verilmişdir. Arayışda deyilir ki, bu təklif Saxalin vilayəti duması vermişdir. Vasili Peskov dəfələrlə Kuril adalarınfa olmuşdur. O, istər elmi eksprdisiyaların istərdə səyahətçi kimi bunu etmişdir.
Peterburqski listok
Peterburqski listok (rus. Петербургский листок; 1864—1918) — Peterburq siyasi, ictimai və ədəbi qəzeti. Zarudnı qardaşıları tərəfindən təsis olunmuşdur, hansılar ki redaktor qismində yazıçı Aleksandr Afanasyev-Çujbinskini dəvət etmişdilər ki, o da 23 fevral 1864-cü ildə həftədə 4 dəfə (bazar, çərşənbə axşamı, cümə axşamı və şənbə) qəzet nəşr etmək üçün Peterburq Senzura Komitəsinə müraciət etmişdir. Elə həmin ilin sonunda (30.11.1864 tarixindən) o, vəzifəsindən imtina etdi və onun yerinə redaktor köməkçisi V. M. Sikeviç təyin olundu. Cəmi üç aydan sonra İlya Arsenyev redaktor oldu. Qəzetin ilk sayı 15 mart 1864-cü ildə çap olundu. O, Sankt-Peterburqdakı beşinci özəl qəzet idi. Qəzetin nəşrinə ilkin kapital P. V. Vasilyev və İ. A .Tatarinov tərəfindən qoyulmuşdur. Nəşrin ilk ilində qəzetdə Vsevolod Krestovskinin "Peterburq xarabalıqları" romanı nəşr olunmağa başlandı. 6 aprel 1865-ci ildə qəzet ilkin senzurasız yayımlanmağa başlandı; 1865-ci ilin sentyabr ayında qəzetə aylıq əlavələr dərc etməyə icazə verildi.
Petko Hristov
Petko Hristov (Bolqarca: Петко Христов; 1 mart 1999-cu ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Onun əkiz qardaşı Andrea Slaviya Sofiya klubunda çıxış edir. Hristov karyerasına Levski Sofiya klubunda başlasa da, 2013-cü ildə Slaviya Sofiya klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 30 iyun 2016-cı ildə Avropa Liqası görüşündə Polşa təmsilçisi Zaqlembe Lyubin klubuna qarşı oyunda etmişdir. O, Georgi Yomovu əvəz etmişdir. O, Bolqarıstan Birinci Liqasında debütünü bir ay sonra mövsümün açılış oyununda ÇSKA Sofiya klubuna qarşı oyunda etmişdir. O, ilk qolunu 10 sentyabr 2016-cı ildə Lokomotiv Plovdiv klubuna qarşı oyunda vurmuş və komandası 5-2 hesabı ilə qalib gəlmişdir. 1 oktyabr 2016-cı ildə Petko əkiz qardaşı ilə Andrea birlikdə Vereya klubuna qarşı oyunda ilk dəfə müdafiənin mərkəzində start heyətdə yer almışdır. 3 aprel 2017-ci ildə Hristov klub ilə 31 iyul 2020-ci ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır. 17 iyul 2017-ci ildə Hristov İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə beş illik müqavilə imzalamışdır.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. Vilayət 22 kommunaya bölünür.
Paula Antonio Pereire Pinto
Paula Antonio Pereire Pinto (28 yanvar 1948, Resifi) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2009-2011)
Piton-de-Nej dağı
Piton-de-Nej (fr. Piton des Neiges) — Reyunyon adasında yerləşən sönmüş vulkan. Zirvə dəniz səviyyəsindən 3069 metr yüksəklikdə yerləşir. Bu isə onu adanın ən hündür zirvəsi edir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Vullkanda on püskürmə 12 min il öncəyə təsadüf edir. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur. Zirvənin ətəkləri sıldırımlıdır.
Piton-de-Nej massivi
Piton-de-Nej (fr. Massif du Piton des Neiges) — Reyunyon adasında yerləşən dağ massivi. Maksimal hündürlüyü 3070 metr olan Piton-de-Nej dağıdır. Bundan əlavə massivdə Qros Morn, Qran-Benar, Roş-Erkit və Maido kimi zirvələrdə vardır. Massiv vulkanik mənşəllidir. Yaşının 8 milyon il olması ehtimal edilir. Son püskürmə 12 min il öncəyə təsadüf edir. Piton-de-Nej bir yatmış vulkandır. Ondan cənub-şərqdə yerləşən Piton-de-la-Furnez vulkanı 400 illik müşahidə zamanı 150 dəfə püskürmüşdür.
Piton-de-la-Furnez
Piton-de-la-Furnez (fr. Piton de la Fournaise) — Reünyon adasının cənub-şərqində yerləşən fəaliyyətdə olan vulkan. Vulkan dəniz səviyyəsindən 2631 metr yüksəklikdə yerləşir. XVII əsrdən 8 km-lik kalderaya malik vulkanın 150 püskürməsi qeydə alınmışdır. Ən son püskürmələr 14 dekabr 2008-ci ildən 5 fevral 2009-cu ilə, sonra isə 5 noyabr, 14 dekabr 2009-cu il və 2 yanvar 2010-cu ildə qeydə alınmışdır. Vulkan qeyri-rəsmi Reünyon bayrağında təsvir edilmişdir.