PRİ́STAV

[ rus. ] İnqilabdan əvvəl Rusiyada: yerli polis rəisi.
Pristav, naçalnik gələndə kəndə; Obanı, oymağı vururlar bəndə. Aşıq Ələsgər.
[Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev.

PRİPİ́SKA
PRİSTAVLIQ
OBASTAN VİKİ
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.

Digər lüğətlərdə