Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Buyan Xan
Buyan Xan - türk-monqol mifologiyasında əfsanəvi xaqan. Monqolların Atası. Kızı Alanqovadır. Qırx dənə qızı olmuşdur. Amma heç oğlu olmamışdır. Son 41. qızı isə Alanqovadır. Bu Qırx-Qızdan Qırğız boyundan törədiyi deyilər. Buyan monqolcada "Düşüncə Tayı" deməkdir. İnsanın zehin gücünü ifadə edir və səhv istifadə insana zərər verir.
Cyanq Yuyan
Cyanq Yuyan (2 noyabr 2004) — beynəlxalq səviyyəli yarışlarda iştirak edən çinli para-üzgüçü. O, Parisdə keçirilən 2024 Yay Paralimpiya Oyunlarında ümumilikdə 7 qızıl medalın sahibi olaraq ən çox medal qazanmış idmançı olub.
Puan Maharani
Puan Maharani (6 sentyabr 1973[…], Cakarta) — İndoneziya siyasətçisi, 2014-cü ildən Coko Vidodonun Kabinetində İnsan İnkişafı və Mədəniyyət İşləri üzrə Əlaqələndirici naziri vəzifəsində olub. İndoneziya parlamentində ən böyük və prezidentin partiyası olan PDI-P üzvüdür. 2009-cu ildə seçkilərdən bəri Hökumət Nümayəndəsi Şurasının üzvü, 2012-ci ildən partiya fraksiyasının rəhbəri vəzifəsini 2014-cü il kabinetə təyin olunana qədər yerinə yetirmişdir. O, nazirlik vəzifəsinə təyin olunmuş səkkiz qadın nazirdən yeganə koordinasiya naziri olmuşdur. O, keçmiş prezident və indiki PDI-P lideri Meqavati Sukarnoputrinin ən kiçik uşağı, yeganə qızı və İndoneziyanın qurucu prezidenti Sukarnonun nəvəsidir. Onun atası Tofiq Kiemas Xalq Məsləhət Şurasının sədri olaraq 2009-cu ildən etibarən 2013-cü ildə ölümünə qədər xidmət edib. 1970-ci ildə Meqavatinin ilk həyat yoldaşı Surindro Supcarsodan iki uşağı var idi — o Biak yaxınlığında qəzaya uğrayıb öldü. Misirli diplomatla qısa bir ailə qurduqdan sonra Meqavati Tofiq Kiemasla evləndi və Maharani 1973-cü ildə anadan oldu. Prezident Sukarnonun 1965-ci il 30 sentyabr Suxarto tərəfindən devrilməsindən sonra Kiemas bir neçə il həbsxanada bir siyasi məhbus olaraq ailənin iqtisadi və sosial qarşılıqlı təsirlərini məhdudlaşdırdı. Onun ilk 12 illik məktəbi Cikinidə başa çatdı və 1991-ci ildə İndoneziya Universitetinə kütləvi ünsiyyəti öyrənmək üçün daxil oldu.
Köhnə Kuyan (Bakalı)
Köhnə Kuyan (başq. Иҫке Ҡуян, rus. Старокуяново) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 2008-ci ildən sovetlik mərkəzidir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (74 %) üstünlük təşkil edir.
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Ana Roza Payan
Ana Roza Payan (1952) — Yukatandan olan meksikalı sağçı siyasətçi. 2006-cı ildə Visente Foksun kabinetində İnteqrasiya edilmiş Ailə İnkişafı Milli Sisteminin (DIF) direktoru vəzifəsində çalışmışdır. 2007-ci ildə o, Əmək-Konvergensiya Partiyasının namizədi kimi Yukatan qubernatorluğuna namizəd oldu. Payan Alfonso Payan Flores və Aurora Cervera de Payan ailəsində anadan olub. Mühasibat uçotu üzrə bakalavr dərəcəsinə malikdir. == Siyasi fəaliyyəti == Payan 1983-cü ildə Milli Fəaliyyət Partiyasına qoşulub və həmin ildən 2007-ci ilin əvvəlinə qədər PAN-ın fəal üzvü olub. 1988-ci ildən 1990-cı ilə qədər Yukatan Birinci Dairəsini təmsil edən federal deputat idi. 1991-1993-cü illərdə Merida şəhərinin meri 1995-1997-ci illərdə Yukatan əyaləti üzrə yerli deputat və 1997-2000-ci illərdə senatoru olmuşdur. 2006-cı ilin yanvarında Prezident Visente Foks Ailənin İnteqral Daxil edilməsi üzrə Milli Sistemin (DIF) direktoru təyin edilmişdir. 2006-cı ilin dekabrında Payan Yukatan qubernatorluğuna PAN namizədliyi uğrunda yarışdı, lakin PAN-ın praymerizində Xavier Abreu Sierra tərəfindən məğlub oldu.
Pusan Ay Park FK
Pusan Ay Park — Cənubi Koreyanın futbol klubu. 1983-cü ildə yaranıb.
Püsyan
Püsyan (Şərur)
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adasının cənub-qərbində yerləşən Otkrıtıy burnundan 500 m aralıda yerləşir. Ada 1 km uzunluğa və 500 m enə malikdir. Adada gözlə seçiləcək yüksəklik yoxdur. Şimal sahili sıldırımlıdır.
Buyan adası (Rostov vilayəti)
Buyan adası — Rostov vilayətinin ərazisində, Baqaevskaya kəndində yerləşən bir ada. Aşağı Donun məşhur görməli yerlərindən biri hesab olunur. Kəndlilər arasında Stepan Razinin 1669–1670-ci illərdə fars xəzinəsini məhz bu adada basdırdığı barədə əfsanəsi gəzir. Ancaq Rusiya imperiyasının hərbi xəritələrində ada yalnız 19-cu əsrdə müxtəlif adlarla meydana çıxmışdır: Uqlovatı, Buynı, Buyan. Ada 18-ci əsrin xəritələrində yoxdur, bu da Baqaevskaya kəndində fars qızılının olmasına şübhə yaradır. Vaxt keçdikcə Buyan aşağı axar boyunca qum və çamurla lillə artaraq böyümüşdür. Sıx bitki örtüyü ilə örtülmüş ada, zəngim qumlara sahib sahillərə malikdir. Buda çimərliklərin kütləvi istifadəsinə imkan verir. Vəziyyətinə görə ada demək olar ki, həmişə həvəskar balıq ovu üçün əlverişlidir. Buyan Don çayının boyunca uzanır və üçbucağa bənzər formadadır.
Püsyan (Xudafərin)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (45 ailə).
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan (Şərur)
Püsyan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Rayon mərkəzi Şərur şəhərindən 23 km cənub-şərqdə yerləşir. Püsyan və ya Pesyan Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eramızdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır. 1833-cü ilə aid sənədlərdə püsyanların Naxçıvan ərazisində doqquz tayfa icmasından birini təşkil etmələri haqqında məlumat verilir. Əhalisi 4142 nəfərdir.(2009 - cu il) Püsyan kəndi sırf türk kəndidir və bu kənddə bir neçə kürd ailəsi də yaşayır. Kənd əhalisi etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarətdir.
Püsyan (Əcəbşir)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 556 nəfər yaşayır (131 ailə).
Püsyan eli
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan mahalı
Püsyan mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. Sahəsi - Əhalisi — püsyanlar Yaranması — 1747-ci il Mərkəzi— Bəxtiyarlı obası Sərhədləri —Qərbdən Çulundur mahalı, şimaldan Əcənan mahalı, şərqdən Bərgüşad mahalı, cənubdan Çulundur mahalı. Qarabağ xanlığının mahallarından biri də Püsyandır. Əvvəlcə mahalın adı haqqında. Mahal öz adını Püsyan elindən alıb. Elin adını, mənşəyini, yayılmasını, yerdəyişməsini dəqiqləşdirək. Eradan əvvəl Azərbaycanda mövcüd olan etnoslardan biri Pasian adlanır ki, bu haqda görkəmli etnoqraf Qiyasəddin Qeybullayev məlumat verir. Həmin etnos müəllifin məlumatına görə indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarda yaşamışdır. Q. Qeybullayev Pasian haqqında e.ə. yunan müəllifi Ksefontun məlumat verdiyini də göstərir (yenə orada).
Püsyan nekropolu
Püsyan nekropolu — Şərur rayonunda eyniadlı kəndin cənub-şərqində antik dövrə aid arxeoloji abidə. O, Püsyan kəndinin cənub-şərqində yerləşir. Hər tərəfdən əkin sahələri ilə əhatə olunub. Nekropolun yaxınlığından torpaq yol keçir. Yerüstü əlamətləri olmadığından sahəsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Dağıdılmış abidələrə əsasən demək olar ki, 1200 kv.m-dən artıq sahəni əhatə edib Nekropol 1981-ci ildə kanal qazılarkən təsadüfən aşkar olunmuş, dağıntı zamanı aşkar edilmiş materiallar Şərur rayon tarix-diyarşünaslıq muzeyinə aparılmışdır. 1987-ci ildə meliorasiya işləri görülərkən nekropolda daha bir neçə qəbir dağıdılmışdır. Dağıntı zamanı aşkar olunmuş abidələr daş qutu və torpaq qəbirlərdən ibarətdir. Onlar tamamilə dağıdıldığından formasını müəyyən etmək mümkün olmamışdır. Skeletlər şərq-qərb istiqamətində bükülü vəziyyətdə olmuşdur.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Axyan
Yaşayış məntəqələri
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Biyan
Biyan (lat. Glycyrrhiza) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Sinonimləri == === Heterotipik sinonimləri === Clidanthera R.Br. Liquiritia Medik.
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Busan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2–4-cü əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Eqyan
Eqyan (fr. Eyguians, oks. Aiguians) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 71.2%). Fəal olan 117 nəfərdən 110 nəfəri (60 kişi və 50 qadın), 7 nəfəri işsizdir (3 kişi və 4 qadın).
Həmzə xan Püsyan
Həmzə xan Mehdiqulu xan oğlu Püsyan (?-1915)—İran Kazak diviziyasının generalı. == Həyatı == Mehdiqulu xanın üçüncü oğlu Həmzə xan Təbriz şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Sоnra ali hərbi məktəbdə оxumuşdu. Iran оrdusunda xidmət etmişdi. General rütbəsinədək yüksəlmişdi. Həmzə xan 1915-ci ildə vəfat edib. Həmzə xanın Əliqulu xan adlı оğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Püsyan eli, Bakı, "Mütərcim", 2013, 156 s.
Məhəmmədtağı xan Püsyan
Məhəmmədtağı xan Püsyan (7 avqust 1892, Təbriz – 3 oktyabr 1921, Məşhəd) — polkovnik, Xorasan əyalətinin rəisi, şair Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə-Püsyan 7 avqust 1891-ci ildə Təbriz şəhərində hərbi mülkədar ailəsində doğulmuşdu. Atası mayor Məhəmmədbağır xan Inayət üs-sultanın nəsli XIX yüzilin I yarısında Şimali Azərbaycanın Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, ordan da Təbrizə getmişdi. Tağı xanın familiyası (soyadı) Soltanzadə olsa da, elinin adı ilə Püsyan çağrılırdı. Məhəmmədtağı xan 1899–1905-ci illərdə Təbrizin "Loğmaniyyə" mədrəsəsində dərs oxumuş, Fars və Ərəb dillərini öyrənmışdı. Bundan başqa o, məntiq, yeni elmlər, ev şəraitində isə ailə ənənəsinə görə Fİransız, Rus dillərinə, riyaziyyata, tarixə, ədəbiyyata da yiyələnmışdı. Bundan sonra o, təhsilini artırmaq məqsədilə 1906-cı ildə Tehrana üz tutmuş, 5 il "Mədrəsə-yi nizami" adlı hərbi zabitlik məktəbində oxumuşdu. 1911-ci ildə "Mədrəsə-yi nizami"ni bitirib leytenant rütbəsilə hərbi qulluğa girərək, kapitanlıq dərəcəsinədək yüksəlmışdı. Məhəmmədtağı xan Tehranda ikən həmyerlisi, məşrutəçi Haci Məhəmməd ağa Tahbaz və oğlu, inqilabçı Sadıq ağa Tahbazın amallarından xeyli təsirlənmışdı. Şübhə yoxdur ki, Tehranda gözləri qarşısında cərəyan edən hadisələr, xüsusən də əhval ruhiyyəsini inqilabi səmtə yönəltmışdı. O, hərbi məktəbdə oxuyarkən altı ay muəllim və tərcüməçi vəzifəsində də işləmiş, sonra adyutant mütərcim vəzifəsini saxlamaqla, Sirab (Həmədanda) hərbi dəstəsinin komandiri olmuşdur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir. Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində, kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Püsyan eli (kitab)
Püsyan yaşayış yeri
Püsyаn yаşаyış yеri — Аntik dövrün аbidəsidir. О, Püsyаn kəndinin cənub-şərqindədir. Yаşаyış yеri yеr səthindən bir qədər hündürlükdə yеrləşən оvаl təpədən ibаrət оlub hər tərəfdən əkin sаhəsi ilə əhаtə оlunmuşdur. Sаhəsi 3 hеktаrdır. Yаşаyış yеri 1987-ci ildə qеydə аlınmış, аpаrılmış аrхеоlоji kəşfiyyаt işləri nəticəsində küpə, kаsа tipli qаblаr аşkаr еdilmişdir. Оnlаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq аçıq sаrı rəngdə bişirilmişdir. Yаşаyış yеrindən аşkаr оlunmuş mаtеriаllаr е.ə. I və b.е-nın I əsrinə аid еdilir.
Qorçu bəy Püsyan
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı. Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin "İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix" əsərində Qorçu bəy haqqında məlumat var. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir . Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu. Qorçubəylilər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 8, səh.3–9.
Təzəkənd (Püsyan, Şərur)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmışdır. Şərur rayonununda kənd . Düzənlikdədir.Əvvəlcə Sədərək rayonunun tərkibində olmuşdur Keçmiş adı Sərdarabad olmuşdur. Sonralar Təzəkənd adlandırılmışdır. Azərbaycanın 18 rayonunun ərazisində bu adda kəndə rast gəlinir.
Əliqulu xan Püsyan
Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru. Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir.
Buran
Buran (Ərdəbil) —
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çuzan
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.