Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bir göz qırpımı (roman)
"Bir göz qırpımı" - Fransız yazıçısı Ann Filip tərəfindən yazılmış monoloq. == Məzmun == Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsl məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır. İnsan kitabı oxuduqca özünü, sevən bir qadının düşüncə selində hiss edir, onun yaşadığı iztirabları, sevincləri anbaan yaşayır. Ann Filipin ürək dağlayan bu sözləri bizə əsl sevginin nə olduğunu bütün çılpaqlığı ilə göstərir: “Sənə on gözlə baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım. Özüm-özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerləri bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bədənini çürüməyə qoymasın...
Amritsar qırğını
Amritsar qırğını — İngiltərə müstəmləkəçilərinin terror siyasətinə qarşı 1919-cu il aprelin 13-də Amritsar şəhərindəki (Hindistan) mitinqin gülləbaran edilməsi. İngiltərə hakimiyyət orqanları 1918-ci ildən başlayıb getdikcə genişlənən (xüsusilə Pəncab əyalətində) milli azadlıq hərəkatının qarşısını almaq məqsədilə görkəmli ictimai xadimlərdən doktor Kitçlu ilə doktor Satyapalanı məhkəmənin qərarı olmadan Amritsardan sürgün etmişdilər. Bununla əlaqədar aprelin 13-də dini bayram günü Calianval-Baqh meydanında Amritsar, habelə yaxın şəhər və kənd sakinlərinin etiraz mitinqi keçirildi. General Dayerin komandanlığı ilə şəhərə çağırılan əsgərlər mitinqə toplaşan silahsız xalqı gülləbaran etdilər. Nəticədə mindən çox adam öldürüldü və yaralandı. Amritsar qırğını Pəncabda və bütün Hindistanda antiimperialist hərəkatın güclənməsinə səbəb oldu.
Eilabun qırğını
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. == Qırğın ərəfəsi == Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. == Kütləvi qırğın == Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. == Nəticə == İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir. Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Müharibə qırğısı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Piterlo qırğını
Piterlo qırğını və ya Piterlo müharibəsi — 16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir. 1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi. Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi. Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı.
Quqark qırğını
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir. Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.
Quşqonar qırğını
Quşqonar qırğını (türk. Kuşkonar katliamı, kürd. Komkujiya Kuşkonar) və ya Quşqonar və Qoçağılı qırğını (türk. Kuşkonar ve Koçağılı katliamı) — Türkiyə Silahlı Qüvvələrinin 26 mart 1994-cü il tarixində Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərini məhv etməsi, Türkiyə vətəndaşı olan 38 kürd kəndçinin öldürməsinə verilən ad. Türkiyə məhkəməsi hadisəni PKK qüvvələrinin törətdiyi iddiasını qəbul etmişdir, ancaq bu qərar məhkəməyə müraciət edən zərərçəkənlərin ailələrini qane etməmişdi. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər və təhqiqlər onu aşkar etdi ki, Türkiyə hökumətinin iddialarına baxmayaraq, ərazidə silahlı atışma gerçəkləşməmişdir. Türkiyə kürd əsilli mülki vətəndaşları öldürdüyünə görə qınanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyə hökumətinə əmr vermişdir ki, zərərçəkənlərin ailələrinə 2.300.000 avro ödəsin. Hadisə 26 mart 1994-cü ildə, səhər vaxtlarında, Türkiyənin Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərində gerçəkləşmişdir. Bu zaman kəndin kişi sakinlərinin əksəriyyəti kəndin kənarında yerləşən tarlalarda işləyirdi.
Suxumi qırğını
Suxumi döyüşü və ya Suxumi qırğını — 16—27 sentyabr 1993-cü il ərazində baş vermiş döyüş. Döyüşün nəticəsi olaraq Suxuminin nəzarəti gürcülərdən abxazlara keçmişdir. Rusiyanın vasitəçiliyi ilə 27 iyulun 27-də Soçidə daha bir atəşkəs razılaşması əldə edildi. Bu atəşkəs Abxaziya separatçıları müqaviləni pozduqları günə yəni, (Gürcüstanın müqavilənin şərtlərinə əməl etməməsini bəhanə gətirərək) Suxumiyə doğru genişmiqyaslı hücuma başladığı 16 sentyabr tarixinədək davam etdi. Hücum zamanı Rusiyaya məxsus MiQ-29 təyyarələri Suxumi və gürcü kəndləri daxil Qumista çayı boyunca yerləşən gürcü yaşayış məskənlərinə vakum bombaları yağdırdı. Rusiyalı jurnalist Dmitri Xolodov Suxuminin işğalından əvvəl şəhərdə idi. O, şəhərin dəfələrlə Rusiya qüvvələri tərəfindən ağır silahlarla atəşə tutulduğunu və bunun mülki itkilərə səbəb olduğunu bildirmişdi. Rusiyanın iştirakı ilə atəşkəs və Gürcüstan-Abxaziya münaqişəsinin tənzimlənməsi haqqında prinsiplər imzalanmışdır. Razılaşmaya əsasən Gürcüstan tərəfi ağır artilleriyanı, tankları və canlı hərbi qüvvənin böyük hissəsini Suxumidən çıxarmağa başladı. Abxaz separatçıları müttəfiqləri ilə şəhərə hücum və ağır bombardmanın təşkili haqqında razılaşma əldə etmişdi.
Türkistan qırğısı
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Villarbasse qırğını
Villarbasse qırğını — İtaliyada sonuncu edam cəzasının tətbiq olunduğu hadisə. 20 noyabr 1945-ci il tarixli Villarbasse qırğını müharibədən sonrakı dövrün ən qəddar cinayət hadisələrindən biri olmuşdur və eyni zamanda, İtaliya cinayət hüququ tarixində simvolik bir hadisə kimi, İtaliyada ölüm cəzasının tətbiqi ilə cəzalandırılan sonuncu cinayət kimi tarixə keçmişdir. Belə ki, ölkədə sonuncu edam cəzası 4 mart 1947-ci ildə Turində baş tutmuşdur. Hadisə 1945-ci ilin payızında Villarbasse kəndində bir oğurluq zamanı törədilmişdir. On nəfər çubuqla qətlə yetirilmiş və diri-diri quyuya atılmışdır. Qətliamı hazırlayanlar dörd nəfər Siciliyalı idi. Onlardan biri tutulmazdan əvvəl Siciliyada cinayətkarlar öz aralarında əldə etdikləri əmlakı sayarkən qətlə yetirilmişdir. Cinayətkarlar Villarbasse yaxınlığında tüfənglə vurularaq öldürülmüşdür.
Vinnitsa qırğını
Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir. İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi. Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü. Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı. Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Yalova Qırğını
Yalova qırğını aprel-may 1921-ci ildə Yunan və yerli yunanlar və ermənilər tərəfindən Yalova bölgəsində müsəlmanlara tətbiq olunan zülmü . Bölgədəki Müsəlman Türk kəndlərinin az qala hamısı yandırıldı , minlərlə insan öldürüldü və ya qaçqın vəziyyətinə düşdü. Hadisələr yunan Türk müharibə zamanı baş verib. Hadisələr Qırmızı Xaç nümayəndələrinin də içində olduğu beynəlxalq bir heyət tərəfindən araşdırıldı. Heyət başçısı Moris Geriyə görə, təxminən 6,000 insan öldürüldü. Osmanlı qaynaqları isə daha geniş bir bölgəni içinə alaraq ümumi 9,100 ölüdən bəhs edir. Başqa mənbələrə görə yalnız Yalova ətrafında 5.500 müsəlman öldürüldü. Bir qaynağa görə Gemlik və Yalova qəzalarında 27 kənd yox edildi, Orhangazi qəsəbəsi qismən yandırıldı. Armutlu'da qadınlar sistematik bir formada təcavüz edildi. bir neçə min müsəlman qaçqın gəmilərlə İstanbula daşındı.
Yapon qırğısı
Yapon qırğısı (lat. Accipiter gularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Şamaxı qırğını
Şamaxı qırğını — 18 mart 1918-ci ildə Erməni quldur dəstələrinin Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğını. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı.
Aylabun qırğını
Xocalı qırğını
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Bakı qırğını
Vola qırğını
Vola qırğını (pol. Rzeź Woli) — Polşanın paytaxtı Varşavanın Vola məhəlləsində Waffen-SS və Azərbaycan Legionundakı Axis həmkarları, habelə əksəriyyəti Ruslardan ibarət olan RONA qüvvələri tərəfindən 1944-cü il avqustun 5-dən 12-dək 40,000 ilə 50,000 arasında polyakların sistematik şəkildə qətl edilməsi. Qırğın, Varşava üsyanı başlayandan qısa müddət sonra, üsyanı dayandırmaq üçün Henrix Himmler "hərəkət edən hər şeyi öldür" əmrini verdi. On minlərlə Polşalı və ələ keçirilən Armia Krajowa müqavimət döyüşçüləri Vola boyunca təşkil edilən kütləvi edamlarda nasistlər tərəfindən öldürüldü. Körpələr, uşaqlar və qocalar da daxil olmaqla bütün ailələr tez-tez yerindəcə güllələnirdilər, lakin bəziləri işgəncə və cinsi təcavüzdən sonra öldürülürdü. Nasistlər xəstəxanalarda xəstələri, həmçinin onlara qulluq edən həkim və tibb bacılarını çarpayılarında öldürürdülər. Qırğın sübutlarını məhv etmək üçün Verbrennungskommando ("yanan dəstə") tərəfindən meyitlər yandırılmaq üçün yığılırdı. Əvvəlcə öldürüləcək sağ qalanları tapmaq üçün itlər sərbəst buraxılırdı. Əməliyyata Erich von dem Bax-Zelewski rəhbərlik edirdi, baxmayaraq ki, onun əsas günahkarları Dirlevanger Briqadası və qüvvələri ən qəddar vəhşiliklər edən "RONA" Kaminski Briqadası idi Bax-Zelevskinin özündən tənqidlər çəkdi. Almanlar bu vəhşiliklərin üsyançıların mübarizə əzmini darmadağın edəcəyini və üsyana tez bir zamanda son qoyacağını gözləyirdilər.