Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. == "Hər şeyə qadirlik" sözünün mənaları == Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Qadirli (Meşkinşəhr)
Qadirli (fars. قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Bakirlik
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Anar Qədirli
Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri. == Həyatı və təhsili == 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür. == Əmək fəaliyyəti == 1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru 1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri 1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru 1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini 1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant 1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini 2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri 2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.
Elnur Qədirli
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Kənan Nadirli
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Nadir Nadirli
Qədirli (Masallı)
Qədirli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1094 nəfərdir. Qədirli kəndinin ilk ziyalıları Əlimərdan Verdiəliyev(Eynalov), Hacıbaba Fətullayev, Eyvaz Eynalov, Fərəc Ağayev, Məmməd Eynalov, Bibiş Eynalova, Hacıxan Fətullayev, Eynal Eynalov,Loğman Eynalov Kəndin tam adı Qoçaq Qədirli olmuş, sonralar Qoçaq sözü götürülmüşdür. 16-cı əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, beydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir. XVII əsrin sonlarında Şah Abbasın göstərişi ilə şahsevən tayfaları Ərdəbil ətrafından Muğan bölgəsinə köçürülmüşlər. Təsadüfi deyil ki,Türkiyə, Qərbi Azərbaycan,İran , o cümlədən Qobustan,Tovuz,Qubadlı,Şamaxı rayonları ərazisində Qədirli toponiminə rast gəlinir.(İranın Leriklə həmsərhəd bölgəsində Qədirli,,Həsənli kəndləri biri-biriylə qonşu yerləşir) Qədirli kəndinin qərb hissəsi (Dəlləkli kəndi ilə Qədirli kəndinin arası) yaşlı nəslin bildirməsinə görə Ərəb Qədirlisi adlanırmış. Amma bu ərazidə eramızdan 3 min il əvvəlki dövrə aid küp qəbirlər, şumer yazıları, ilkin orta əsr maddi-mədəniyyət nümunələri, erkən orta əsr qəbirləri (hazırda ziyarətgahdır) və s. vardır. Qədirli kəndinin hazırda əhali məskunlaşmış hissəsində orta əsr islam qəbirləri mövcuddur. Qədirlinin ötən əsrin 50-60-cı illərinə kimi vəfat etmiş şəxsləri Qızılağac kəndində dəfn edilmişdir.
Qədirli (Qobustan)
Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır.
Qədirli (Tovuz)
Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Oykonim Azərbaycan xalqının forma­laşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovul­muş, kənd ilkin adından məhrum olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qədirli (Vedibasar)
Qədirli və ya Qədili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının kənarında yerləşmişdir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Qədli kimi, Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasında qeyd edilmişdir. Kəndin adı XVIII əsr mənbəyində Ağkilsə erməni mənbələrində Qədirli kimi də göstərilir. Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir. Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur. Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir. Erm.
Qədirli (İcrud)
Qədirli (fars. قادرلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (5 ailə).
Qədirli bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur. Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
İsmayıl Qədirli
İsmayıl Elçin oğlu Qədirli (16 sentyabr 1998, Biləsuvar rayonu – 28 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qədirli İsmayıl Elçin oğlu 1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvondo idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işə başlayır. O, 2017-ci ildə hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur.
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Qadınlıq
Femininlik və ya qadınlıq ənənəvi davranış modeli və adətən incəlik, sədaqət, qayğıkeşliyə aid edilən qadın psixi keyfiyyətlərinin məcmusudur. Qadınlıq anlayışını sosial, mədəni, etnik və yaş mühitləri müəyyən edir. Qadınlığın əksi kişilik (maskulanlıq) - cəsarət, müstəqillik, emosional nəzarət və rasionallıq kimi xüsusiyyətləri özündə cəmləşdirən kişi cinsi stereotipidir. Qadın ifadəsinə əsaslanan ayrı-seçkilik və təzyiq növü də var - buna femfobiya deyilir. Qadın ifadəsini nümayiş etdirən insanlar, bəzən cəmiyyətdə qadınlığın alçaldılması ilə əlaqəli olan ayrı-seçkilik və təzyiq forması - femfobiya ilə qarşılaşırlar.
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Möhsün İsrafilbəyov (Qədirli)
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Zakir Qadiri Uqan
Zakir Qadiri Uqan (tatar. Закир Хәлим улы Кадыйри; 1878, Simbirsk quberniyası[d] – 1954, Ankara) — tatar əsilli antropoloq, tarixçi və yazıçı. İbn Haldunun Müqəddimə adlı əsəri ilə Quran təfsirçisi Təbərinin Tərixul-Ümum və Mülük adlı əsərini türkcəyə tərcüməsi ilə tanınır. Zakir Qadiri Uqan əslər tatardır. Samara vilayətinin Berende bölgəsinin Osta Kandal (Abdullovo) kəndində 1878-ci ildə doğulmuşdur. Təhsilinə kəndində başlayıb, Simbir şəhərindəki Vəli Həzrət və Şakir Axund mədrəsələrində davam etmişdir. 16 yaşında Buxaraya gedib 5 il islam fəlsəfəsi və hikmət təhsili almışdır. Ardıyca İstanbula gedib Yaqub Mustafa adı ilə Darül-Fünün İlhaiyyat fakültəsinə qəbul olmuşdur. Hakimiyyət əleyhinə düşüncələri olduğu üçün təqib edildi və Hicaza qaçdı. Şeyx İshaq əl-Hindidən təfsir və hədis, Ədibül Hicaz Mehmed Əli Əfəndidən ərəb ədəbiyyatı dərsləri aldı.
Gəlirlik əyrisi