Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qocayev
Qocayev — soyad.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012-2023) == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.
Anar Qocayev
Asif Qocayev
Etibar Qocayev
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarılı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru == Həyatı == 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. == Fəaliyyəti == Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com"un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi" kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti" adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Fəxrəddin Qocayev
Günəş Qocayev
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Məhəmməd Qocayev
Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Borçalı qəzası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı. Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə anadan olmuşdur.1917-ci ildə atasını itirən 5yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır. Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan"kolxozuna sədr seçilir.
Natiq Qocayev
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı. 1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub. Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır. Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib. 4 fevral Natiq Qocayevin atası Vəli Qocayev vəfat edib. Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o, Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir. 2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir. Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar.
Nicat Qocayev
Nicat Qocayev — Misir inqilabı zamanı qətlə yetirilmiş Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev 1987-ci il yanvarın 12-də Ağcabədidə anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər.
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Nizami Qocayev
Nizami Mehralı oğlu Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi (2016-cı ilə qədər) Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.. Hal-hazırda Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisidir.2016-cı ildən bu vəzifədə çalışır.
Qocayev İsgəndər
Rəhim Qocayev
Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018). Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar.
Saleh Qocayev
Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Zaqatala dairəsi – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini; Neft İnstitutunun rektoru (1941–1960). Saleh Qocayev 1896-cı ildə İlisu kəndində anadan olmuşdur. Zaqatala sənət məktəbində təhsil almağa başlasa da, valideynləri vəfat etdiyi üçün Bakıya köçür. O, 15 yaşında Bakıda Nobel qardaşlarının zavodunda işləməyə başlayır. 1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır. 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına qatılan Saleh Qocayev Balakən Rayonu Fəhlə Gənclər İttifaqının sədr seçilmişdir. O, 1918-ci ildə Bakı Sovetinin deputatı seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həbs olunsa da, həbsxanadan qaçaraq İlisuya getmişdir. O, İlisuda Azərbaycan Kommunist Partiyasının özəyini yaratmışdır.
Seymur Qocayev
Vadim Qocayev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Vaqif Qocayev
Vaqif Vəli oğlu Qocayev (20 iyun 1941, Qax rayonu – 13 noyabr 2000, Qax) — Qax rayonunun icra başçısı (1991–1992-ci illərdə). Qocayev Vaqif Vəli oğlu 20 iyun 1941-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur.1959-cu ildə İlisu kənd orta məktəini bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə daxil olmuşdur.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirmişdir.1968-ci ildə Moskva Yeyinti-Sənayesi institutuna daxil olmuş və 1977-ci ildə həmin institutun konserv texnologiyası fakultəsini bitirmişdir. 1966–67-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasında kiçik elmi işçi, 1967–70-ci illərdə Azərbaycan Yeyinti Sənayesi Nazirliyində şöbə müdiri, 1970–72-illərdə Yeyinti Sənayesi Nazirliyinin Balakən Efir yağları və nanə-cövhəri zavodunun istehsalat müdiri, 1972–73-cü illərdə həmin zavodun direktoru, 1973–75ci illərdə Qax konserv zavodunun direktoru, 1975–78 ci illərdə Qax Aqrar-sənaye birliyinin baş direktoru, 1978–81-ci ci illərdə Qax Yerli-Sənaye kombinatının direktoru, 1981–82 ci illərdə Qax Taxıl məhsulları kombinatının direktoru, 1982–83 cü illərdə Qax İstehlak cəmiyyətində tikinti üzrə sədr müavini, 1983–85 ci illərdə Qax Üzümçülük və şərabçılıq sovxozunun direktoru , 1985–86-cı illərdə Şəki İpək birliyi Qax filialının direktoru, 1986–89cu illərdə İliç (İndiki Naxçıvan MR-nin Şərur rayonu) rayonu Konserv zavodunun direktoru, 1989–90-cı illərdə Qax rayon Maddi texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi, 1990-ci illərdə Qax rayon XDS İcraiyyə komitəsinin sədri vəzifələrində işləmışdir. 1991-ci il 28-noyabrıdan 1992-ci ilin 20 mayına qədər olan müddətdə Qax rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 1992–1995-ci illərdə Maddi texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi işləmişdir. 13 noyabr 2000-ci ildə vəfat etmişdir. Üç övladı vardır.
Xaqani Qocayev
Zahid Qocayev
Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini. Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar. 2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb.
İsgəndər Qocayev
Əvəz Qocayev
Eldar Qocayev
Eldar Qocayev(azərb. Qocayev Eldar Mehralı oğlu‎) — Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor. == Həyatı == Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub. 1973–1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov. İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb. Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi. Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün "Ümumi fizika kursu" fənn proqramının müəllifidir.