Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. == Həyatı == Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat", "Azərbaycan", "Respublika", "Hürriyyət", "Gündəlik Azərbaycan", "Unikal", "Geopolitika" və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. "Azərbaycan" qəzetinin baş redaktor müavini, "Respublika" qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R. Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Sakis Ruvas
Anastasios Sakis Rouvas (yun. Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. == Haqqında == Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Rübab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Tarixçə == Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rüşvət
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. == Ölkələrə görə rüşvət == Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq. Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Tivat
Tivat (mont. Тиват/Tivat) — Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Rüfət
Rüfət — kişi adı. Rüfət Məmmədli — Rüfət Quliyev (deputat) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Hüseynov — Azərbaycanı təmsil edən boksçu. Rüfət Axundov — Azərbaycanlı estrada müğənnisi.
RÜUA
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. == Beynəlxalq uğurları == Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Mürat İoahim
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[…] – 13 oktyabr 1815[…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808). == Fəaliyyəti == 1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Rabat (Urmiya)
Rabat (fars. ربط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (36 ailə).
Rabat (Xudabəndə)
Rabat (fars. رباط‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Rabat (dəqiqləşdirmə)
Rabat — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri. ‎Rabat (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. == Tarixi == Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. == Həyatı == Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir. Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb. Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. 2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. == Həbsi və vəfatı == Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.
Ramat-Qan
Ramat-Qan (ivr. ‏רמת גן‏‎, «Yüksəklikdə bağ») — mərkəzi İsraildə şəhər aqlomerat, Təl-Əvivdən şərqdə, Qivataim, Bney-Brak, Kiryat-Ono və Qivat-Şmuel şəhərlərinin yaxınlığında yerləşir. == Tarix == Ötən dövrdə arxeoloji qalıqları mis və bürünc aşkar, lakin sonra İsrail ərəb hakimiyyəti dövründə uzun müddət rayonunun əhalisi dwindled. 18-ci əsrin əvvəlində Əbu CISC Sina dağından gəldi qəbilə tərəfindən Yarkon River Alexander arasındakı sahədə əhalisi genişləndirilib və 1830 sonra tərəfindən Fallahin From Misir Revolutionaries və İsrail Sudan İbrahim Paşa və Məhəmməd Əli gətirdi. Əhali artımına baxmayaraq, yer quldurlar üçün gizləndiyi yer kimi xidmət və 18-ci əsrin sonuna qədər təhlükəli qaldı. === Şəhərin yaradılması === ilk yəhudi qəsəbəsi təklif şəhər Petah Tikva bir tənzimlənməsinin ilkin uğursuzluq sonra, Joshua Stampfer və Yoel Moshe Salomon məktubunda, 19-cu əsrin sonunda idi. Dr. Yehuda Leib cache Cohen, Herzliya Gimnaziyanın qurucusu liderliyində sakinləri Mansion House bir qrup, bu sahədə Hebrew iş əsaslanır bir kənd şəhər yaratmaq qərara zaman sahibkarların təsis iclası Tel-Əviv 1914-cü ildə keçirilən Bayer şəhər məhkəmə, yaratmaq. 1917-ci zamanı nəzərdə tutulan ərazilər Osmanlı və Britaniya qüvvələri arasında şəhərin cəbhə xəttində inşa ediləcək, çünki müxtəlif amillər hissəsində, Birinci Dünya müharibəsi sonuna qədər proqramın həyata keçirilməsini təxirə saldı. Britaniya qələbə və müharibənin sonu ilə, qrup Garden City Dərnəyi şəhər yaratmaq cəhdləri döndü və 1921-ci ildə "Bağçalar Şəhər" 1800 hektar ərazini, küçələrdə Arlozorov, Jabotinsky və Ben Gurion arasında sahəsi alıb.
Refat Appazov
Refat Appazov (d. 8 sentyabr 1920, Simferopol – v. 18 aprel 2008, Moskva) — Krım tatarı əsilli Ukraynalı alim və yazıçı. == Həyatı == Refat Appazov 8 sentyabr 1920-ci ildə Simferopol şəhərində anadan olmuşdur. İlk təhsilini Yalta şəhərindəki Krımtatar məktəbində almışdır. 1939-cu ildə SSRİ-nin ən vacib liseylərindən biri olan Moskvadakı Moskva Dövlət Texniki Universitetində təhsilini davam etdirmişdir. 18 aprel 2008-ci ildə dünyasını dəyişmişdir. Vəsiyyətinə görə Krımda dəfn edilmişdir. == Fəaliyyəti == Təhsilini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasında işləməyə başlamışdır. Həmin il uzaq mənzilli raketlər və Sovet İttifaqı kosmik raket texnikaları ümumi layihə mühəndisi, məşhur Sergey Korolyovla görüşdü və onun xüsusi rəhbərliyi altında 20 il işlədi.
Refat Mustafayev
Refat Şemsedin oğlu Mustafayev(1911, Mramorne[d], Simferopol rayonu[d] – 1984, Əndican) — II Dünya müharibəsi illərində Krımın yeraltı partizan hərəkatında regional partiya katibi və batalyon komissarı olaraq vəzifə yerinə yetirən krım tatarı əsilli kommunisti idi. == Həyatı == Refat Mustafayev 1911-ci ildə Tavrida vilayətinin Biyuk-Yanka kəndində anadan olub. İlk təhsilini də Biyuk-Yanka kəndində almışdır. 1984-cü ildə sürgündə olduğu Özbəkistan SSR-nin Əndican şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına qoşulduqdan sonra partiya xətti ilə hərəkət etdi, 1940-cı ildə BKP (b) Krım regional komitəsinin katiblərindən biri oldu. İkinci Dünya müharibəsi başlayandan sonra Qırmızı Ordu sıralarına siyasi işçi kimi çağırıldı. Batalyon komissarı rütbəsinə layiq görüldü. 1942–1943-cü illərin qışında Krımın partizan hərəkatında kritik bir vəziyyət yarandı. 1942-ci ildə A.V.Mokrousovun başçılıq etdiyi bir sıra liderlər hava ilə materikə təxliyə edildi, 1941-ci ilin payızının ilk layihəsinin bir çox tərəfdarı öldü. Krım dağlarında partizan hərəkatı başından çıxarıldı, Krım regional komitəsi isə Krasnodarda, sonra Soçidə, partizan hərəkatının cənub qərargahı olduğu kimi.
Refat Çubarov
Refat Abdurahman oğlu Çubarov (krımtat. Refat Abdurahman oğlu Çubarov, ukr. Рефат Абдурахманович Чубаров; 22 sentyabr 1957, Səmərqənd) — krım tatar siyasi və ictimai xadimi. 1995–1998-ci illərdə Krım Muxtar Respublikasının Ali Şurasının sədrinin müavini, 1998–2007 və 2015–2019-cu illərdə Ukraynanın xalq deputatı. 2009-cu ildən Ümumdünya Krım Tatarları Konqresinin prezidenti. 2013-cü ilin noyabr ayından Krım Tatar Milli Məclisinin sədri. == Həyatı == 1957-ci il sentyabrın 22-də Özbəkistan SSR-in Səmərqənd şəhərində anadan olub. 1944-cü ildə Krım tatarlarının deportasiyası zamanı ailəsi yaşadığı Krımın Ay-Serez kəndindən Özbəkistana qovulub. 1968-ci ildə valideynləri Krıma döndükdə o, da onlarla birgə doğma yurda qayıdıb. 1974-cü ilin sentyabrından 1975-ci ilin iyulunadək 1 nömrəli Simferopol Peşə Liseyində təhsil alıb.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Tarixçə == Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rudab
Rudab — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,470 nəfər və 883 ailədən ibarət idi.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. == Sözün mənşəyi == "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. == İnanclar == İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. == Qaliyyə məzhəbləri == İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Kuvalt
Kuvalt — uzun bir dəstəyə bərkidilmiş böyük, yastı, adətən başlıq hissəsi metaldan olan alətdir O, toxmaq ilə bərabər geniş bir əraziyə (sahəyə) güc (qüvvə) dağıtmaq qabiliyyətinə malikdir. Bu alət, digər çəkiclərdən fərqli olaraq, qolun yellənməsi hərəkəti ilə əldə edilən gücü nisbətən kiçik bir sahədə cəmləşdirir. Kuvaltlardan əsasən iki əllə istifadə edirlər. Bu alətlərin dəstək (tutağac, sap, sopa) hissələrinin uzunluğu 50 sm ilə 1 m arasında dəyişir. Alətin dəstək hissəsinin uzunluğu başlıq hissəsinin çəkisindən və təyinatından asılı olaraq dəyişiklik nümayiş etdirir. Başlıq hissələrinin uzunluğu isə 1-9 kq arasında dəyişir. Kuvaltlardan söküntü işlərində müntəzəm olaraq istifadə olunur. Xüsusilə də əl ilə həyata keçirilən söküntü işlərində divarları yıxmaq, xarabalıqları dağıtmaq və ya parçalamaq üçün əlverişlidir. Kuvaltlardan həmçinin mədənçıxarma və dəmir-polad sənayesində yüksək güc tələb edən qırmaq, dağıtmaq, əzmək və xırdalamaq kimi işlərdə geniş bir formada istifadə olunur. == Ədəbiyyat == Кувалда // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Kopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Lopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Murat Bardakçı
Murad Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, musiqişünas və aparıcı. == Həyatı == Murad Bardakçı 25 dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.