Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rahimə Piristü Validə Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Məmmədov — Texnika üzrə fəlsəfə doktoru. Rafik Məmmədov (coğrafiyaçı) — Rafik Əl-Həriri — Digər Rafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Rafin
Rafin (q.yun. Ραθiνηs lat. Rathínēs или Rathánēs) — kadusilərin başçısı və III Farnabazın generalı. == Tarixi == Ksenofon öz yazılarında eramızdan əvvəl 396-cı ildə Daskileionda baş vermiş atışmanın timsalında fars süvari sütunlarının taktiki istifadəsinin tam təsvirini belə vermişdi: Sparta kralı Agesilaus Daskileionun yaxınlığında olanda,qarşıda bir şey olub olmadığını görmək üçün önündəki atlıları təpənin başına çapdılar. Və təsadüfən III Farnabazın generalı, Rafin öz qeyri-qanuni qardaşı Baqoy ilə iş üstündə olduğu zaman Farnabazın tərəfindən və eyni təpəyə göndərildi. Hər iki dəstə bir-birini 120 m-dən çox olmayan məsafədə görəndən sonra əvvəlcə dayanıb, daha sonra isə hücuma keçdilər. Döyüş başlayandan sonra yunanlar döyüşdə uduzmağa və zəifləməyə başladılar və qaçıb canını xilas etməyə hərəkət etdilər. Lakin Agesilaus hoplitlərlə birlikdə köməyə gələndə barbarlar yenidən geri çəkildilər və onlardan biri öldürüldü.
Rafiq
Rafiq — Azərbaycanda kişilərə verilən şəxsi ad. Rafiq Abdullayev — "Buduq" Cəmiyyətinin sədri. Rafiq Mahmudov Rafiq Alıcanov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Abbasov — polis general-mayoru. Rafiq Nəbiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. Rafiq Allahverdiyev — Rafiq Xudayev Rafiq Nağıyev Rafiq Nağıyev (fotojurnalist) — Azərbaycan fotojurnalisti. Rafiq Nağıyev (hərbçi) — Azərbaycan zabiti. Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Rafiq Əliyev Rafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan.
Türkmənistanda rabitə
Türkmənistanda telekommunikasiya — Türkmənistan iqtisadiyyatının bir sahəsidir. == Mobil rabitə == Türkmənistanda mobil rabitə GSM formatında həyata keçirilir. Bir mobil "Altın Asır" operatoru GSM formatında işləyir. Monopol bir şirkətdir, 2010-cu ildə şirkət 500 mindən çox abunəçiyə xidmət göstərirdi. 2010-cu ildə lider 2,4 milyon abunəçisi olan MTS-Türkmənistan şirkəti idi. Lakin 21 dekabr 2010-cu ildə MTS şirkəti rabitə xidmətlərinin göstərilməsini dayandırdı, yəni şirkətin bütün abunələri (2,4 milyon nəfər) əlaqədən çıxdı. Elə həmin gün ana şirkət olan MTS-nin (Rusiya) rəsmi elanında deyilirdi ki, "Rabitə Nazirliyi tərəfindən üçtərəfli müqavilənin bir sıra pozuntuları ilə bağlı şirkət Beynəlxalq Ticarət Palatasındakı Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Türkmənistan və ayrıca BCTI lisenziyalarının dayandırılması barədə yuxarıda göstərilən bildirişlə əlaqədar Türkmənistanın Arbitraj Məhkəməsinə iddia verdi. 30 avqust 2012-ci ildə MTS-Türkmənistan işini davam etdirdi və sakinlərinə mobil xidmətlər göstərməyə başladı. === Mobil abunəçilər === 3.198.000 (2009-cu il üçün) Ölkənin dünya ilə müqayisəsi: 117 == İnternet == Türkmənistan 1997-ci ildə MCI Communications (daha sonra MCI WorldCom) ilə müqaviləyə əsasən İnternetə giriş əldə etmişdir.
Validə Məmmədova
Validə İmran qızı Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == Validə İmran qızı Məmmədova 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. == Təhsili == 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib. 1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı; == Əmək fəaliyyəti == 1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim; 1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır. 1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb. 2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri; 2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor; 2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor; 2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır. 1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
Validə Sultan
Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı. Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV Murad və Sultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II Mustafa və III Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mihrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal Sultan və V Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir. Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). == Həyatı == 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. === Təhsili === 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . == Fəaliyyəti == 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Validə Yusifova
Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru. == Həyatı == Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşa, Azərbaycan SSR-də anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.
Validə sultanlar
Bəzi Osmanlı padşahlarının anası övladları taxta çıxmadan öncə vəfat etmiş və bu səbəbdən Validə sultan ola bilməmişdir. Aşağıdakı cədvəldə həm Osmanlı padşah anaları, həm də Validə sultanları göstərilir. == Maraqlı faktlar == Validə sultan ünvanını ən qısa müddət daşıyan — Şevkəfzə Sultandır (3 ay). Validə sultan ünvanını ən uzun müddət daşıyan — Turhan Xədicə Sultandır (35 il). Bu ünvanı 2 dəfə alan ilk validə sultan — Əminə Xatundur. İstanbulda dəfn olunan ilk Osmanlı validə sultanı — I Gülbahar Xatundur. İstanbulda dəfn olunan son Osmanlı validə sultanı — Heyranıdil Qadınəfəndidir.
Validə Əlizadə
Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü, professor. 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında AMEA-nın həqiqi üzvü seçilmişdir. == Həyatı == Əlizadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əlizadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb.
Xalidə Hasilova
Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979 Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980 == Yaradıcılığı == Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.
Xalidə Qasımova
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir.
Xalidə Quliyeva
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir.
Xalidə Rüstəmova
Xalidə Səfərova
Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə – 23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989). == Həyatı == Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır. Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir. Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır. == Yaradıcılığı == Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir. Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Xalidə Şərifova
Xalidə Şərifova — aktrisa. == Həyatı == Şərifova Xalidə Xəlil qızı 8 aprel 1959-cu ildə Şamaxıda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakultəsini bitirmişdir. O, 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S.Vurğun "Fərhad və Şirin"də Şirin, "Vaqif" də Gülnar, C.Məmmədquluzadə "Ölülər"də Nazlı, H.Cavid "Topal Teymur" da Olqa, və s.obrazlar yaratmışdır. Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N.Hacızadə "Məhəbbət yaşadır" da Nilufər, D.Aslan "Dindirir əsr bizi"ndə Sabah, İ.Əfəndiyevin "Hökmdar və qızı"nda Haykanuş, S.Vurğunun "Fərhad və Şirin"ində Şirinin rəfiqəsi, Ç.Aytmatov "Sokratı anma gecəsi"ndə Kədər, Hidayət "Bu dünyanın adamları"nda Sevər kimi rollar oynamışdır. 2001-ci ildə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Ailəlidir. == Əsas rolları == Qış nağılı (U.Şekspir) — Utrata Fərhad və Şirin (S.Vurğun) — Şirin Tufan (N.Ostrovski) — Katerina Yudif (A.Tamsaare) — Yudif Topal Teymur (H.Cavid) — Olqa Tartüf (J.B.Molyer) — Marianna Ölülər (C.Məmmədquluzadə) — Nazlı Hacı Qənbər (N.B.Vəzirov) — Cavahir Silahdaş (Y.Əzimzadə) — Rübabə Oktay Eloğlu (C.Cabbarlı) — Sevər Şəhərin yay günləri (Anar) — Qumru Əliqulu evlənir (S.Rəhman) — Qumral Lənkəran xanının vəziri (M.F.Axundov) — Nisə xanım Avtobus (S.Stratiyev) — qız Gecən xeyrə qalsın, ana (M.Norman) — Cessi Eşq və intiqam (S.S.Axundov) — Yasəmən Hökmdar və qızı (İ.Əfəndiyev) — Haykanuş Dar ağacı (B.Vahabzadə) — xala Bu dünyanın adamları (H.Orucov) — Nərgiz Məhəbbət yaşadır (N.Hacızadə) — Nulufər Fedra (J.Rassin) — İsmena Dindirir əsr bizi (D.Aslan) — Sabah xanım Ölülər (C.Məmmədquluzadə) — Zeynəb Tıq-tıq xanım (A.Şaiq ) — nağılçı Mənim ağ göyərçinim (T.Vəliyeva) — valideyn Buzovna kəndinin əhvalatları (Elçin) — Əminə Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Yasəmən == Filmoqrafiya == Cansıxıcı əhvalat (film, 1988) Canavar balası Yağışdan sonra (film, 1998) Çinarlı şəhərin generalları.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. == Həyatı == Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Zahidə Sultan
Zahidə Sultan (1613-1620) - Osmanlı padşahı I Əhmədin qızı. 1613 tarixində İstanbulda dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. Hələ 7 yaşında ikən vəfat etmişdir.
Cahide
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Tomb Raider
Tomb Raider və ya Lara Croft: Tomb Raider — İngilis oyun şirkəti Core Design şirkəti tərəfindən yaradılan bir döyüş-macəra videooyun seriyasıdır.