Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Sara Radman
Sara Radman (d. 20 iyul 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Sara Radman 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Sara Radman 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Katrin Pul ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Raman Subramanyan
Raman Subramanyan (23 iyun 1969) — Hindistanı təmsil edən stolüstü tennisçi. Raman Subramanyan Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Raman Yaliotnau
Raman Yaliotnau (10 may 1993) — Belaruslu biatlonçu. Raman Yaliotnau Belarusu 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Raman Yaliotnau birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Drinovek 26:12.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 71-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Bağman
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Lağman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Gertruda Roqman
Gertruda Roqman (nid. Geertruydt Roghman; oktyabr 1625 və ya 1624, Amsterdam, Hollandiya qraflığı[…] – ən tezi mart 1651 və ən geci dekabr 1657, 1650 və ya ən tezi mart 1651 və ən geci dekabr 1657, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, çap ustası. Gertruda Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Gertruda qardaşı Rolant Roqman və kiçik bacısı Maqdalena Roqman anası vasitəsilə rəssam Rolant Saverey nəvəsi sayılırdı. Çünki Rolant Saverey anaları Mariya Yakobs Savereyin əmisi idi. Gertruda yəqin ki, atasının emalatxanasında işləyib və qısa ömründə böyük bir iş görməyib. O, daha çox qardaşı Rolantın eskizləri əsasında Amsterdamda Klas Yanson Visher tərəfindən nəşr edilmiş Xoş mənzərələr və ya Rolant Roqmanın həyatdan çəkdiyi əyləncəli səhnələr adlı 14 çapı ilə tanınır. Bu səhnələr XVII əsrin ikinci yarısı və XVIII əsrin əvvəllərində yaxşı satılırdı və mənzərə üslubunda işləyən rəssamlara ilham verirdi. O, həm də orijinal işi ilə tanınır.
Maqdalena Roqman
Maqdalena Roqman (nid. Magdalena Roghman; 1637, Amsterdam, Hollandiya qraflığı – 1679, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı. Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi. Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil. O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır.
Rolant Roqman
Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692 və ya 1691, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası. Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb. O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi. Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Caiman
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Hacman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2π radiana bərabərdir. Başqa bucaq ölçüləri ilə müqayisə: Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} . Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Arçman
Arçman — Türkmənistanın Beherden rayonunda, təxminən 11 km məsafədə yerləşən eyniadlı isti bulaqları ilə məşhur olan kənd. Rəvayətə görə, isti bulaqlar (və kənd) dəri xəstəliyindən sağaldıqdan sonra onun müalicəvi xüsusiyyətlərini kəşf edən bir çobanın adını daşıyır. Türkmənlərin qədim əfsanəsinə görə Arçman adlı bir çobanı bütün xəstəliklərin sirayətedicisi hesab edərək onu öz doğma kəndlərindən didərgin salırlar. O, özünə sığınacaq axtararkən bir bulağa rast gəlir, onun suyundan içir, sonra bu suda çimərək özünü tamamilə sağlam sayır. Müalicə əhəmiyyətinə malik bu bulaq o vaxtdan Arçman bulağı adlanır. Arçman Sanatoriyası (türkm. Arçman şypahanasy ) 1915-ci ildə açılmışdır. 2001-ci ildə prezident Niyazov keçmiş sovet obyektlərini əvəz edən kurortu açmış və bura 2009-cu ildə 920 çarpayılıq mərkəzə çevrilmişdir. Kurortun yaxınlığında Qoçqar ataya həsr olunmuş kiçik bir məqbərə var. Su bir qədər qələvidir və sulfid səviyyəsi aşağıdır; içməli su kimi təsnif edilir.
Bala Bağman məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Tağıyevlər, Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır. Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə "İtli küçə" deyilərdi. Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub. Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.
Bala Bağman məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. == Həmçinin bax == Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi == İstinadlar == == Xarici keçidlər == XIX əsrin yadigarı - Bala Bağman məscidi.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Emomali Rahmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Enlisifət kayman
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Farman IV
Farman IV (fr. Farman IV) — 1909-cu ildə Henri Farman tərəfindən qurulan təyyarə. İlk uçuş 1909-cu ildə baş tutdu. Müharibədən əvvəlki dövrün ən kütləvi təyyarələrindən biri də Henri Farmanın təyyarəsi idi. Sadə bir dizayn və o dövrlər üçün yaxşı uçuş məlumatları sayəsində bu təyyarə bir çox dizayner üçün standart hala gəldi.Onu lisenziya ilə buraxırdılar. "Fərman tipli təyyarə "ifadəsi isə istənilən firma biplanını itələyən vintlə və qanadın qarşısındakı tirlərdə hündürlüyün əlavə sükanı ilə ifadə edirdi. Təyyarəni UMMC Avtomobil Muzeyinin eksponatları arasında görmək mümkündür. Farman IV təyyarəsi 1910-1916-cı illərdə bir-birindən bir qədər fərqlənən bir çox versiyada istehsal edilmişdir. Qanad və sükanlar dop ilə emprenye edildikdən sonra sarımtıl bir rəng əldə edən açıq krem rəngli bir parça ilə təchiz edildi. Metal hissələri rənglənməmiş, taxta olanlar laklanmışdır.
Hamaralın kayman
Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur. Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Damğan
Damğan (fars. دامغان‎) — İranın Simnan ostanında yerləşən şəhər, Damğan şəhristanının mərkəzi. Şəhər Tehran ilə Məşhəd arasındaki avtomobil yolu üzərində, Tehrana 342 km uzaqlıqdadır. 2006-cı il siyahıya alınmasına görə əhalisi 57331 nəfərdir. Damğan orta əsrlərdə Kumis (Koomes) bölgəsinin mərkəzi olan önəmli bir şəhərdir. Amma o zamana aid bir neçə böyük sütun qalıntısından başqa bir əsər günümüzə çatmamışdır. İslam dönəminə aid ən önəmli əsərsə XI əsrdə inşa edilən indi yıxıq durumdaki, iki minarəli Tarixaneh Camidir. Bu cami İranın bilinən ən qədim məscididir. Şəhərin təqribən 26 km. şimalında Hecatompylos qalıntıları vardır.
Draqoman
Draqoman — türk, ərəb və fars dilli dövlətlərin, eləcə də Orta Şərq və Avropa ölkələrinin səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi. Draqoman ərəb, fars, türk və Avropa dillərini bilməlidir. Ərəb dilində draqoman ترجمان (tərcüman), türk dilində isə tercüman kimi işlənir. Sami dilindəki t-r-g-m kökündən götürülən bu söz akkad dilində targumannu, geez dilində (klassik Efiopiya dili) t-r-gw-m, arami dilində isə targemana'dır. İvrit dilində מתרגם (metargem) — tərcüməçi və מתורגמן (meturgeman) — sinxron tərcüməçi anlayışları fərqləndirilir. Sonuncu yuxarıda sadalanan dillərə daha çox bənzəyir, baxmayaraq ki, hər iki söz eyniköklü olub sami dilindən alınmadır. Terminin xet mənşəli olması ilə bağlı fərziyyələr də mövcuddur (Salonen, səh. 12; Rabin, səh. 134–136). Bu söz Avropa dillərinə orta əsrlərdə daxil olmuşdur: orta ingilis dilində dragman, qədim fransız dilində drugeman, orta əsrlərdə latın dilində dragumannus, orta əsrlərdə yunan dilində isə δραγομάνος, dragoumanos kimi lüğətə daxil edilmişdir.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Loğman
Loğman peyğəmbər Qurani Kərimdə adı keçən 30 peyğəmbərdən biridir.Loğman Peyğəmbər həkim muşdur.Yəni təbabətlə məşğul olmuşdur.O yüksək biliyə malik idi.Loğman adının mənası ərəbcə "həkim-təbib" deməkdir.
Bağlan
Bəğlan vilayəti