Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rais Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009). == Həyatı == Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var. Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Raisa Adamovna Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. == Həyatı == Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar.Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir.Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır. == Ailəsi == Raisa Minəhmədova 1988-ci ildə Qırğızıstan Respublikasının gələcək prezidenti Almazbek Atambayevla ailə həyatı qurmuşdur. O, Almazbek Atambayevun ikinci həyat yoldaşıdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. == Həyatı == O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. == Həyatı == 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir.Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır.1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir.Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. == Həyatı == 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir.
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. == Həyatı == Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib.Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Rəis
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Anna Rays
Enn Rays (4 oktyabr 1941[…], Nyu-Orlean, Luiziana – 11 dekabr 2021, Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı. == Həyatı == Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur.
Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Damyen Rays
Damien Rice - İrland əsilli müğənni, söz yazıçısı və bəstəkardır. Musiqi karyerasına 90-cı illərdə Juniper ilə başlamışdır. Qrupla ilk albomunu çıxardıqdan sonra qrupdan ayrılmış və solo fəaliyyətinə başlamışdır. The Blower's Daughter, Cannonball, Volcano, Woman Like a Man, Lonely Soldier, Rootless Tree, 9 Crimes sinqlləri məşhurdur.
Daniel Ranis
Dieter Rams
Dieter Rams 20 May 1932-ci ildə Almaniyada anadan olmuşdur. 1955-ci ildə memar olaraq işə başladığı Braunda 1961-ci ildə məhsul dizayn departamentinin rəhbəri olmuşdur. Rams 1950-ci illərdə Almaniyadakı funksional dizayn anlayışının "less but better" adlandırmışdir. Hazırladığı məhsulların təmiz, sadə və ağıllı olması bu anlayışın isbatıdır.
Diter Rams
Dieter Rams 20 May 1932-ci ildə Almaniyada anadan olmuşdur. 1955-ci ildə memar olaraq işə başladığı Braunda 1961-ci ildə məhsul dizayn departamentinin rəhbəri olmuşdur. Rams 1950-ci illərdə Almaniyadakı funksional dizayn anlayışının "less but better" adlandırmışdir. Hazırladığı məhsulların təmiz, sadə və ağıllı olması bu anlayışın isbatıdır.
Enn Rays
Enn Rays (4 oktyabr 1941[…], Nyu-Orlean, Luiziana – 11 dekabr 2021, Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı. == Həyatı == Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti.Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır. Avstriya (Lichtenstein daxil olmaqla), Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Finlandiya, Almaniya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Yunanıstan, Macarıstan, Makedoniya Respublikası, İtaliya, Lüksemburq, Monteneqro, Niderland, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə.
Kondoliza Rays
Kondoliza "Kondi" Rays (ing. Condoleezza "Condi" Rice) — ABŞ diplomatı, siyasətşunas. O, 2001-2005 illərin arasında ABŞ-nin 20-ci milli təhlükəsizlik məsləhətçisi, 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi idi. == Həyatı == Kondoliza Rays 1954-cü ilin 14 noyabrında ABŞ-nin Alabama ştatının Birmingem şəhərində anadan olub. 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, 1975-ci ildə Notrdam Universitetinin magistratura pilləsini bitirən Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib. K. Rays hazırda Sənət və Elm Akademiyasının üzvüdür. O, 1991-ci ildə Morhaus kollecinin, 1994-cü ildə Alabama Universitetinin, 1995-ci ildə Notrdam Universitetinin və 2003-cü ildə Missisipi kollecinin Hüquq fakültəsinin doktoru adına layiq görülüb. K.Rays 1999-cu ildə Stenford Universitetində 6 il ərzində dosentlik işini tamamlayıb. Rays Stenforddakı fəaliyyəti dövründə "Beynəlxalq Təhlükəsizlik və Silahlanmaya Nəzarət Mərkəzi"nin və "Beynəlxalq Fəaliyyət İnstitutu"nun üzvü olmaqla yanaşı, Huver İnstitutunda da işləyib. Corc Buşun prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Rays Buşun ikinci idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsini tutub.
Lais qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Mais Səfərov
Mais Şakir oğlu Səfərov (20 iyul 1999, Xol Qarabucaq, Neftçala rayonu – 1 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mais Səfərov 20 iyul 1999-cu ildə Azərbaycanın Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Atası Şakir maşın ustası, anası isə Narıngül idi. Bir bacısı var idi. İbtidai təhsilini 2006-cı ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur. == Hərbi xidməti == Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Mais Səmədov
Mayis Şadıbəy oğlu Səmədov (28 iyul 1977; Xaçmaz rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qardaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Mayis Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib.
Mais İbadov
Mais İbadov (tam adı: Mais İbadov; 2 avqust 1978, Separadi, Lənkəran rayonu) — Azərbaycan və Özbəkistan güləşçisi, 3 qat dünya çempionu. == Həyatı == Mais İbadov 1974-cü ilin avqust ayının 2-də Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil almışdır. [1994-cü ildən Özbəkistanda yaşayır. == Fəaliyyəti == Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. Məşqçi Mamur Ruziyevin tələbəsi olmuşdur. Mamur Ruziyev SSRİ idman ustası olmuşdur. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. Peşəkar səviyyəli yarışlarda Özbəkistanın şərəfini qoruyub.
Mais Şahgəldiyev
Mais Əlihəsən oğlu Şahgəldiyev (19 may 1935, Nuxa – 4 mart 1993, Bakı) — kimyaçı alim, professor, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq elmi katib və laboratoriya müdiri. == Həyatı == Mais ƏliHəsən oglu Şahgəldiyev 1935-ci il mayın 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli tarixçi və jurnalist, prof. Əli-Həsən Əbdül-Həsən oğlu Şahgəldiyev (1908 – 1961), Böyük Vətən Müharibə illərində Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş. Sülh dövründə Bakı Dövlət Universitetində jurnalistika kafedrasının təsisçisi və daimi rəhbəri olmuş, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun (Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialı) direktoru idi. Ana, Savilova Valentina Alekseyevna(1915 – 1988), jurnalsit. 1953-cü ildə 6 saylı məktəbi bitirmişdir.Həmin ildə Moskva şəhərində Kimyəvi Gorunma Hərbi Akakdemiyasına gəbul olunmuşdur. 1956-cı ildə akademiyada yenidən təşkil olunma ilə əlagədər hərbi gulluğa göndərilmiş və həmin ildə hərbdən tərxas olunmuşdur. Həmin illərdə bakirə torpaqların mənimsənilməsində iştirak etmişdir. O, "RFSR Kənd Təsərrüfatında Sosialist Müsabiqəsinin Əlaçısı" fəhri nizamnamə və döş nişanı ilə təltif edilib, eyni zamanda suda batanları xilas etdiyinə görə fəhri nizamnamə və xatirə hədiyyələri ilə təltif edilmişdir..
Mais Əmrahov
Mais İsrail oğlu Əmrahov — Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == Həyatı və təhsili == 1948-ci il mayın 2-də Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-cü ildə namizədlik («Böyük Vətən müharibəsi illərində Azərbaycanda xalq maarifi. 1941— 1945-ci illər»), 2006-cı ildə doktorluq («Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində») dissertasiyası müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1970—1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi 1973—1979-cu illərdə Göybulaq kənd məktəbində direktor 1979—1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri 1989—1991-ci illərdə Şəkidəki 43 saylı texniki peşə məktəbində direktor 1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim 1992—1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor 1994—1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri 1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist 2001—2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri 2007—2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasında professor2019-cu ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == İctimai əsaslarla apardığı vəzifələr == Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 4 dissertasiyanın rəsmi opponenti 2010—2012-ci illərdə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvü2012—2017-ci illərdə AAK-nın «Tarix və siyasi elmlər» Ekspert Şurasının üzvü 2107-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində 5502.01-«Ümumi tarix», 5503.02-«Vətən tarixi», 5507.01- «Beynəlxalq münasibətlər tarixi» və 55-9.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsuları» ixctisasların üzrə elmlə doktoru və tarix üzrə fəlsəfə dokoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.161 Dissertasiya Şurasının üzvü2020 AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki ED1.30 Dissertasiya Şurasının üzvü Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsinin redaksiya heyətinin üzvü == Mükafatlar == 1979-cü ildə «Qabaqcıl maarif xadimi» döş nişanı [mənbə göstərin]2012-ci ildə «Qabaqcıl təhsil işçisi» döş nişanlı == Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı == 1.2004-cü il.Ненасилия как образ жизни. ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия. Санкт - Петербург 15 апреля 2004 г. 2.2010-cü il.Современные проблемы гуманитарных и естественных наук. Четвертой международной научно-практической конференции. Москва, 18-20 октября 2010 г. 3.2011-cü iil.Наука и современность.
Mais Əsədov
Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir. === Ölümü === 1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular.
Mais Abbasov
Mais Qurbanəli oğlu Abbasov (20 aprel 1974; Lənkəran, Azərbaycan — 22 sentyabr 1999; Əlibəyli, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mais Abbasov 20 aprel 1974-cü ildə Lənkəran şəhərində Qurbanəli Abbasovun ailəsində anadan olmuşdur. 1982-1991-ci illərdə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində orta təhsil almışdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1995-ci ildə ali təhsili başa vurmuş və diplomunu almadan hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər üzrə şöbəsində qeydiyyatdan keçmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılmışdır. Cəbhə xəttində yerləşən "N" saylı hərbi hissələrdən birində xidmət etmiş və hərbi hissənin tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir. Ali təhsil aldığına görə "baş leytenant" rütbəsinə, hərbi əməliyyatlarda fərqləndiyi üçün taqım komandiri vəzifəsinə yüksəlmişdir. Mais Abbasov 22 sentyabr 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Mais Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər - qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901-1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü . 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü . 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi , yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
DAİŞ
İraq Şam İslam Dövləti (özünüadlandırma: İslam Dövləti) — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini elan etmişdir. 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heçbir dövlət tərəfindən tanınmamışdır == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.