Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Yarell
Vilyam Yarell (ing. John Latham; 3 iyun 1784, Sent-Ceyms[d], Böyük London – 1 sentyabr 1856, Qreyt-Yarmut[d], Norfolk qraflığı) — İngiltərə təbiətçisi. Observations on the Tracheae of Birds, with Descriptions and Representations of several not hitherto figured. — Linn. Trans. 1827, 15. 378. Description of a species of Tringa, killed in Cambridgeshire, new to England and Europe. — Linn. Trans.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.
Nataliya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Natalya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Uilyam Yarell
Vilyam Yarell (ing. John Latham; 3 iyun 1784, Sent-Ceyms[d], Böyük London – 1 sentyabr 1856, Qreyt-Yarmut[d], Norfolk qraflığı) — İngiltərə təbiətçisi. Observations on the Tracheae of Birds, with Descriptions and Representations of several not hitherto figured. — Linn. Trans. 1827, 15. 378. Description of a species of Tringa, killed in Cambridgeshire, new to England and Europe. — Linn. Trans.
Vilyam Yarell
Vilyam Yarell (ing. John Latham; 3 iyun 1784, Sent-Ceyms[d], Böyük London – 1 sentyabr 1856, Qreyt-Yarmut[d], Norfolk qraflığı) — İngiltərə təbiətçisi. Observations on the Tracheae of Birds, with Descriptions and Representations of several not hitherto figured. — Linn. Trans. 1827, 15. 378. Description of a species of Tringa, killed in Cambridgeshire, new to England and Europe. — Linn. Trans.
Stiv Karell
Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib. Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub. O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur. Onun dayısı Stenli Koç alim Allen B. DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir.
Farel Vilyams
Farrel Vilyams (ing. Pharrell Williams 5 aprel 1973, Virciniya Biç, Virciniya) — ABŞ müğənnisi, bəstəkar; və prodüseri. == Həyatı == Farrel Vilyams musiqi tarixində "Get Lucky", "Happy" və "Frontin" kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Karel Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Karel Eytinq
Karel Eytinq (11 fevral 1998-ci ildə Amsterdamda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Eytinq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 12 avqust 2016-cı ildə etmişdir. O, Almere Siti klubu ilə qarşılaşmada bütün 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Almere Sitiyə 4–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Karel Fabrisius
Karel Pietersz. Fabrisius (Hollandiya: Carel Fabritius; ən geci 27 fevral 1622 – 12 oktyabr 1654[…], Delft, Hollandiya qraflığı) — hollandiyalı rəssam. Rembrandtın şagirdi olmaqla bərabər Amsterdamdakı studiyasında çalışıb. Delft məktəbinin üzvü olan Fabrisius öz bədii üslubunu inkişaf etdirdi və perspektiv və işıqlandırma ilə sınaqdan keçirdi. Əsərləri arasında Delft mənzərəsi (1652), Qızılfinç (1654) və Sentry (1654) də var. == Həyatı == Karel Pietersz. Fabrisius 1622-ci ilin fevral ayında Hollandiya Respublikasındakı on yaşlı Bemster polderində yerləşən Midenbeemster kəndində anadan olmuş və həmin ilin 27 fevralında vəftiz edilmişdir. O, bir rəssam və məktəb müəllimi Peter Karelsz-in oğlu idi.Onun iki kiçik qardaşları Barent və Johannes vardı, onlar da rəssam oldu. Əvvəlcə dülgər kimi çalışdı. 1640-cı illərin əvvəllərində qardaşı Barent ilə birlikdə Amsterdamdakı Rembrandt studiyasında oxudu.
Karel Pik
Karel Pik (esperanto: ''Karolo Piĉ''; 6 dekabr 1920, Litomişl[d] – 15 avqust 1995, Litomişl[d]) — Çexiya esperantisti. Esperanto Akademiyasının üzvü, esperanto dilində qısa hekayələr, esse, şeir və roman yazan şair və yazıçı. Karel Peak esperanto dilində yazan məşhur və nüfuzlu əsərlər müəllifi idi. O, esperanto dilinə çoxlu neologizmlər gətirdi və işlətdi, hansıların ki bir çoxu müzakirələrə səbəb olmuşdular. Neologizmlərdən başqa, esperanto dilinin eksperimental istifadəsi ilə də tanınırdı. Bəzi esperantistlərin sözlərinə görə, Pik təcrübələrində o qədər irəliləmişdir ki, esperanto əvəzinə özünün icad etdiyi başqa dili istifadə edirdi. Onun ən məşhur əsəri, dilçilik təcrübələrini özündə cəmləşdirən "La Litomiŝla tombejo" (Litomişl qəbiristanlığı) (1981) adlı yarı avtobioqrafik romanıdır. Elə özü də, doğma şəhəri Litomişlda yerləşən həmin qəbiristanlığda dəfn olunmuşdur. Məzar daşının üzərində çex dilində "Esperantský spisovatel" ("esperanto yazıçısı") sözləri yazılmışdır. Esperanto dilində yazan Şotlandiya yazıçısı, şair və tərcüməçi Uilyam Old Pikin romanını esperanto dilinin klassik əsərləri siyahısına daxil etmişdir.
Karel Poborski
Karel Poborski (çex. Karel Poborský; d. 30.3.1972) — çex futbolçu.
Karel Vasak
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri, sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.
Karel bərzəxi
Karel bərzəxi — Fin körfəzi və Ladoqa gölü arasında yerləşir. Bərzəxin cənub sərhəddi Neva çayı, şimal sərhəddi isə Vıborq şəhəri ərazidindən keçir — Lelinqrad vilsyəti ilə Kareliya Respublikası arasında. Şimal en dairəsi 61°21’ və 59°46’, şərq enliyi 27°42’ və 31°08’. Bərzəxin şimaldan cənuba uzunluğu 150—180 km, şərqdən qərbə eni isə 55—110 km təşkil edir. Bərzəxin ən hündür nöqtəsi Kivisyorya dağıdır. Hündürlüyü 203,7 m təşkil edir. XX əsr məlumatlarına görə— 206 m, Finlandiya topoqraflarına görə — 205 m Böyük Sovet Ensiklopediyasında verilən məlumata əsasən — 201 m), Novojılova qəsəbəsi yaxınlığında yerləşir. İnzibati cəhətdən Sankt-Peterburq şəhərinin Kurortnı, Primorski, Vıborqski, Kalinski, Krasnoqvardeyski və Nevski, Lelinqrad vilayətinin Priozerski, Vıborqski və Lenoblastın Bsevolojski rayonları ərazisində yerləşir.
Karel dili
Karel dili (karjalan kieli) — Baltikyanı-fin dilləri qrupuna daxil olan karellərin dili. Bu dildə təqribən 33 min nəfər (2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə), o cümlədən Rusiyada — 25,6 min nəfər, Kareliya Respublikasında — 15 min nəfərdir. Karel dilində zəngin şifahi-poetik ənənə vardır. Bu dildə fin linqvisti Elias Lyonnpot (1802–1884) tərəfindən toplanaraq tərtib edilmiş "Kalevala" dastanı vardır. == Ədəbiyyat == Зайков П. М., Ругоева Л. И. Карельско-русский словарь (северно-карельские диалекты) Около 9 000 слов / Петрозаводск: Периодика, 1999. — 224 с.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Karel İrakoze
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Raçel Ueisz
İngiltərəli aktrisa.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
Sarel sümürgəsi
Sarel sümürgəsi (lat. Asplenium sarelii) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Yarəli
Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi. Quba üsyanı (1837) Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Yarəli (Soyuqbulaq)
Yarəli (fars. يارعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 183 nəfər yaşayır (22 ailə).