Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı.
== Həyatı ==
1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.