Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Afrin əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır. == Arxa plan == Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.
Arden əməliyyatı
Arden əməliyyatı (1914)
Aster əməliyyatı
1944-cü ildəki Tallin əməliyyatı (rus. Таллинская операция 1944 года) — SSRİ-nin Qızıl Ordusunun 2-ci zərbə ordusu, 8-ci ordusu və Baltik donanması tərəfindən Estoniya ərazisindəki Üçüncü Reyxin Vermaxtına bağlı olan 3-cü SS tank korpusu, 2-ci ordu korpusu və Estoniya legionu qüvvələrini məğlub etmək və Tallin şəhərini azad etmək üçün 17 sentyabr 1944-cü ildə həyata keçirilən və həmin ilin 26 sentyabrında uğurla nəticələnən taktiki hərbi əməliyyat. Əməliyyatın alman qarşılığı olan Aster əməliyyatı (alm. Unternehmen Aster‎) Estoniya ərazisindəki bütün Vermaxt qoşunlarının regiondan çəkilməsi üçün həyata keçirilmişdir. Sovet İttifaqı tərəfindən həyata keçirilən hərbi əməliyyat ikinci zərbə ordusunun Vermaxtın ikinci ordu korpusunun Tartu şəhəri yaxınlığında yerləşən Emayıqi çayındakı müqavimətini qırması ilə başlamışdır. Müdafiəçi nasist qüvvələri «Narva» ordu dəstəsinin Estoniyadan nizamlı şəkildə təxliyə edilməsi üçün sovet qoşunlarının hücumunu ləngidə bilmişdir. 18 sentyabrda Oslo mərkəzli sürgündəki Estoniya hökuməti Tallin şəhərindəki hökumət binalarının nəzarətini alman qoşunlarından almış, 22 sentyabrda Vermaxt əsgərlərinin hamısı şəhəri tərk etmişdir. Leninqrad cəbhəsinin hərbçiləri 22 sentyabr 1944-cü ildə Tallin şəhərini ələ keçirmiş 26 sentyabrda isə Estoniyanın qalan kontinetal ərazisini Vermaxtdan azad etmişdir. == Arxaplan == === Zəmin === Leninqrad cəbhəsi tərəfindən həyata keçirilən hücumlar «Şimal» ordu qrupunu Pskovsko-Çudskoye gölünün qərbinə çəkilməyə məcbur etmişdi. Bu hadisə Narva şəhəri ətrafında bir sıra hərbi əməliyyatın keçirilməsinə gətirib çıxarmışdı.
Ağdərə əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Ayaks əməliyyatı
Ayaks əməliyyatı — 1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən bir əməliyyatdır. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi. İranda Tənbəki üsyanı olan zaman Mussadıq 8 yaşındaydı. Atası dövlət məmuru idi, digər qohumları da İranda yüksək vəzifələrdə çalışırdılar. 1906-cı ildə İranda ilk dəfə məclis üçün keçirilən seçkilərdə İsfahandan namizədliyini irəli sürdü, lakin seçilməsinə baxmayaraq yaşının düşmədiyi üçün məclis üzvü ola bilmədi. Təhsili üçün Parisə getdi . Burada Siyasi Elmlər Fakültəsində təhsil alırdı, lakin təhsilini ömrünün sonuna kimi sağalmaz xəstəliyə düçar olduğu üçün buraxdı və ölkəsinə geri döndü. Sonra ailəsi ilə birlikdə İsveçrənin Neuchatel qəsəbəsinə gəldi. İsveçrədə hüquq elmi üzrə doktorluq dərəcəsinə kimi elmi müdafiə etdi. 1921-ci ildə Rza xanın Qacarları devirərək hakimiyyətə gəlməsindən sonra yaxın qohumu olan Fərman Fərmanın dəstəyi ilə hakimiyyətdəki yüksək insanlardan biri oldu.
Baqration əməliyyatı
Baqration əməliyyatı (rus. Операция Багратио́н) və ya Belorus strateji hücum əməliyyatı (rus. Белорусская наступательная операция) — 1944-cü ilin iyun-avqust aylarında İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində Sovet və alman qoşunları arasında baş vermiş döyüş əməliyyatlarına verilən addır.
Ağlasığmaz əməliyyatı
Ağlasığmaz əməliyyatı (ing. Operation Unthinkable) – 1945-ci ilin yazında Uinston Çörçill və İngilis Baş Qərargahı tərəfindən Baltikdən Adriatikaya kimi bölünən Avropanın digər yarısını SSRİ işğalından azad etmək üçün hazırlanan məhdud müharibə planı. == Haqqında == Əməliyyat planına görə görə qitədəki Amerika, Fransa, İngilis qüvvələri silahlandırılacaq, Alman əsirləri və bəzi polyaklar Şərqi Almaniya sərhədindən başlayaraq Sovet qüvvələrini şərq tərəfə qovacaq və ABŞ-nin nüvə təhdidi ilə SSRİ müharibədən əvvəlki sərhədlərinə qaytarılacaqdı. Bu əməliyyat rəsmi olmasa da, sonrakı illərdə qurulmuş Qərbi Avropa müdafiə planlarının özəyi olmuşdur. İmperialist qərb dünyasının İngiltərənin rəhbərliyi altında Nasist Almaniyasına qarşı birlikdə mübarizə apardıqları müttəfiqləri Sovet İttifaqının həddindən artıq güclənməsinə qarşı hazırlanmış əməliyyat planı belə idi: 47 İngilis və Amerika birliyi, yenidən silahlandırılmış 12 Alman birliyi, Polşa qoşunları ilə birlikdə Avropanın şimal-qərbində Sovet İttifaqına qarşı müharibəyə başlamalı idi. Müharibə əgər başlasaydı uzun və bahalı bir müharibə olacaqdı. Üstəlik, bütün bunlara qarşı müharibənin uğurlu olması da məlum deyildi. Winston Churchillə görə bu plan təhlükəsizlik tədbiri idi. Sovet ittifaqı, əldə etdikləri kəşfiyyata uyğun olaraq artıq öz tədbirini əvvəlcədən görmüşdü. Georgi Konstantinoviç Jukovun komandanlığı altında, Şərqi Almaniyadakı Qırmızı Ordu qüvvələri müdafiəni gücləndirəcək və qərb müttəfiqlərini yaxından təqib edəcəkdilər.
Bakı əməliyyatı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı. 1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi.
Barbarossa əməliyyatı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Başkənd əməliyyatı
Başkənd əməliyyatı — 1992-cü ilin avqustunda, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Başkənd, o cümlədən Gədəbəy rayonunun Mutudərə və Qasımağalı kəndlərinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əsası XIX əsrdə qoyulan Başkənd sovet dövründə sərhəddən 18 kilometr (11 mil) uzaqlıqda, Azərbaycan ərazisi tərəfindən əhatələnmiş bir Ermənistan eksklavına çevrilmişdi. 6 avqust 1992-ci ildə erməni qüvvələri Başkənd ilə əlaqə qurmaq üçün Mutudərə və Qasımağalı kəndlərini işğal etmişdir. Növbəti gün Azərbaycan tərəfi əraziyə canlı qüvvə, artilleriya və tank bölmələri cəlb edir. 8 avqustda keçirilən əməliyyat Mutudərə və Qasımağalı işğaldan azad edilmiş, növbəti hədəf Başkənd olmuşdur. Ermənilərin ciddi müqavimətinə baxmayaraq, onlar həmin gün təslim olaraq kəndi təhvil vermişdir. == Zəmin == Başkəndin əsası 1845-ci ildə qoyulmuşdur. İlk adı Başkənd olan kəndin adı 1890-cı ildə dəyişdirilərək Arsvaşen adlandırılmışdır. Sovet dövründə Başkənd Ermənistanın Azərbaycan–Ermənistan sərhədindən 18 kilometr (11 mil) aralıda yerləşən eksklavına çevrilmişdi. Təqribən 50 kv.
Budapeşt əməliyyatı
Budapeşt əməliyyatı (1944-1945) - Böyük Vətən müharibəsində (1941-1945) sovet qoşunlarının (2-ci Ukrayna cəbhəsi, komandan - marşal R.Y.Malinovski, 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi, komandan - marşal F.İ.Tolbuxin), Dunay hərbi donanması (kontr-admiral G.N. Xolostyakov) ilə birgə keçirdiyi strateji hücum hadise Macarıstan == Haqqında == Budapeşt əməliyyatı düşmən qruplaşmasını darmadağın etmək və Macarıstanı Almaniya tərəfində müharibədən çıxarmaq məqsədilə aparılmışdı. 2-ci Ukrayna cəbhəsi qoşunlarına (cəmi 760 min nəfər, 9 min top və minaatan, 868 tank və özügedən artilleriya qurğusu, 1.3 min təyyarə) qarşı Almaniyanın "Cənub" rduları qrupu (general-polkovnik G.Frişner, dekabrın 23-dən piyada qoşun generalı O.Vener; 510 min nəfər, təqribən 4,2 min top və minaatan, təqribən 800 tank və hücum topu, 500 təyyarə) dayanmışdı. 1944-cü il oktyabrın 29-da sovet qoşunlar qəflətən hücuma keçdi. Noyabrın 2-də onlar artıq Budapeştin 15 km.-liyində idilər, lakin 2-ci Ukrayna cəbhəsi qoşunları şəhəri ələ keçirə bilmədi. Buna görə də, dekabrın 20-dən 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi bu vəzifənin yerinə yetirilməsinə cəlb edildi. Dekabrın 26-da hər iki cəbhənin qoşunları düşmənin Budapeşt qruplaşmasının (təqribən 10 diviziya) mühasirəyə alınmasını başa çatdıraraq Esterqom rayonunda birləşdilər. Sonra mühasirəyə alınmış 188 minlik qruplaşma darmadağın edildi. 1945-ci il fevralın 13-də isə Budapeşt tutuldu. Müharibənin nəticəsi Macarıstanın Almaniya tərəfində müharibədən çıxması oldu. Almaniya komandanlığı öz qoşunlarının Yuqoslaviyadan çıxarılmasını sürətləndirdi.
Bultan əməliyyatı
Bultan əməliyyatı - 1991-ci ildə Füzuli cəbhəsində Səməd Alyanlının (Əbilov) başçılığı ilə uğurla həyata keçirilən əməliyyat. Hələ Milli Ordu yaranmadığı bir vaxtda Füzuli rayonunun müdafiəsini "Alyanlı" dəstəsi təşkil edirdi. Dəstə 1988-ci ildə yaradılmışdı, komandiri Səməd Alyanlı idi. Dəstə ən çox Haxullu kəndini müdafiə eləyirdi. 1991-ci ilin axırları Xüsusi Tayinatlı Milis Dəstəsinin (OMON) üzvləri Bultan kəndində mühasirəyə düşürlər. Dəstanin komandiri Mehdi Abbasov idi. Mühasiradə olanların patronları bitmək üzrə idi. Düşmən onları əsir almaq istəyirdi. Bu zaman "Alyanlı" dəstəsi 11 nəfərlə mühasirədə olan dastava köməyə gəlir. Səməd Alyanlı mühasirədə olan kəndə vaxt itirməmək üçün birbaşa girməyi planlaşdırılır.
Crossroads Əməliyyatı
Crossroads əməliyyatı (ing. Operation Crossroads) — ABŞ tərəfindən 1946-cı ilin iyulunda Marşall adalarında Bikini atollunda həyata keçirilən nüvə sınaqları. Məqsəd atom silahlarının gəmilərə təsirini yoxlamaq idi. Seriya hər birinin məhsuldarlığı 23 kiloton olan iki partlayışdan ibarət idi: Able qurğusu 1 iyul 1946-cı ildə 158 m (520 fut) yüksəklikdə partladıldı; Beyker 25 iyul 1946-cı ildə suyun altında 27 m (90 fut) uçuruldu. 1947-ci ilə planlaşdırılan üçüncü partlayış — Çarli, ABŞ Hərbi Donanması Beyker testindən sonra gəmiləri təsirsiz hala gətirməməsi səbəbindən ləğv edildi. Partlayışlar zamanı gəmilərə eksperimental heyvanlar yerləşdirilmişdi. "Crossroads" əməliyyatı çərçivəsində həyata keçirilən sınaqlar ABŞ-nin həyata keçirdiyi dördüncü və beşinci atom partlayışları idi (Alamoqordo poliqonunda Triniti sınağından və Hiroşima və Naqasakinin atom bombardmanından sonra). Bunlar Marşall adalarında edilən ilk atom sınaqları idi və ictimaiyyətə açıqlanan ilk sınaqlar idi. Testlərdə dəvət olunmuş qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər. Sovet İttifaqını SSRİ Elmlər Akademiyasının Radium İnstitutunun Siklotron laboratoriyasının müdiri M. Q. Meşeryakov, BMT-nin Atom Enerjisinə Nəzarət Komissiyasındakı SSRİ nümayəndəsinin eksperti S. P. Aleksandrov əmsil edirdi.
Dani əməliyyatı
Dani əməliyyatı (ivr. ‏מבצע דני‏‎) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü. Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər. Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər. == Zəmin == Ərəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı.
Dağıstan əməliyyatı
Dağıstan əməliyyatı, Dağıstan müharibəsi və ya Dağıstanın işğalı. 1999-cu ildə Rusiya Federasiyası tərəfindən Birinci Çeçen-Rus Müharibəsinin qisasını almaq üçün həyata keçirilmiş olan hərbi əməliyyat. == Əvvəli == 1991-ci ildə SSRİ ərazisində iğtişaşlar başladı. Müstəqillik istəyən çeçen xalqı silahlanmağa başladı. Bunun nəticəsində Birinci Çeçen-Rus Müharibəsi başladı. Müharibə çeçenlərin qələbəsi ilə nəticələndi. Bu Rusiyanın hakimiyyətinə, uğurlarına və nüfuzuna ciddi bir zərbə endirdi. Bunun qisasını almaq istəyən ruslar əraziyə 17.000 nəfərlik Spetsnaz adlanan xüsusi qrupu hazırladılar. == Hərbi əməliyyatlar == Ruslar mütəşəkkil bir şəkildə helikopterlər vasitəsilə yerə endirildilər. Say və təchizat baxımından çox üstün olan ruslar çeçen düşərgələrini bir-bir ələ keçirərək çeçenləri blokadaya alaraq onlara kənardan kömək gəlməsinin qarşısını aldılar.
Daş əməliyyatı
Daş əməliyyatı və ya Dəliliyin müalicəsi (ing. The Stone Operation) — Holland rəssam İeronim Bosxun çəkdiyi tablo. Yağlı boya ilə taxta üzərində çəkilmiş rəsm, 1475–1480-ci illər arasında hazırlanmıştır. Hündürlüyü 48 sm, eni isə 35 sm olan tablo, hal-hazırda Madriddəki Prado muzeyində mühafizə olunur. == Əsər haqqında == İeronim Bosxun məişət mövzulu ilk əsəri olan Daş əməliyyatı, dövrün insanlarının cahilliyini əks erdirir. Əsərdə təsvir olunan hadisə o dövrdə məşhur olan daş əməliyyatıdır. Dəlilərin başlarında daş olduğuna inanan savadsız insanlar, fırıldaqçı həkimlərin daşı çıxararaq onları müalicə edəcəyinə inanır. Şəkildə əməliyyatı həyata keçirən həkimin başındakı qıf onun yalançı olduğuna bir işarədir. Göründüyü kimi həkim dəlinin başından, gözlənilənin əksinə daş yox gül çıkarır. Beləliklə rəssam bu əsərlə fırıldaqçı həkimləri ifşa etməyə çalışır.
Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. == Zəmin == 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar.
Dinamo əməliyyatı
Dinamo əməliyyatı (ing. Operation Dynamo), Dünkerk əməliyyatı, Dünkerk möcuzəsi (ing. Miracle of Dunkirk), və ya Dünkerk təxliyəsi (ing. Dunkirk evacuation) — İkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyə əməliyyatı. Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərə və Fransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Vinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi. İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi. Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal etdikdən sonra Fransa və Böyük Britaniya İmperiyası Üçüncü Reyxə müharibə elan etdilər və onu iqtisadi blokadaya saldılar. Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün qitəyə göndərildi.
Don əməliyyatı
Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş; rus. Битва за Кавказ; Qafqazın müdafiəsi), Şimali Qafqaz əməliyyatı (alm. Nordkaukasische Operation‎, rus. Северо-Кавказская операция) və ya Don əməliyyatı (alm. Operation Don‎) — 25 iyul 1942-ci ildən 12 may 1944-cü ilə qədər İkinci Dünya müharibəsinin Şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə Berlin-Roma-Tokio oxu və SSRİ tərəfindən həyata keçirilən hərbi əməliyyatlara verilən ad. Döyüşlər əsasən 9 oktyabr 1943-cü ilə qədər gerçəkləşmişdi. 1943-cü ildə alman qüvvələri Qafqaz regionunu tərk etmiş, 1944-cü ildə isə Qızıl Ordu Qafqazdan Krım yarımadasına hücum əməliyyatları həyata keçirmişdir. Döyüş əməliyyatları 2 dövrə (müdafiə və hücum) bölünür. == Arxa plan == Alman ordusunun "İldırım sürətli" müharibə planı Moskva yaxınlığındakı ağır məğlubiyyətdən sonra puça çıxmasına baxmayaraq, düşmən hələ də qüvvətli idi. Alman komandanlığı müharibənin gedişində strateji planı dəyişməyə məcbur oldu, təşəbbüsü öz əlinə alaraq 1942-ci ilin iyun ayının axırlarında böyük yay hücumuna hazırlaşdı.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Düzləndirmə əməliyyatı
Düzləndirmə — yeyilmiş pardaq dairələrinin kəsicilik qabiliyyətini və forma dəqiqliyini artırmaq üçün düzləndirici aləti ilə tətbiq edilən prosesdir. Burada ilk növbədə pardaq dairəsinin doğuranı üzrə verilmiş mikrohəndəsə yaradılır ki, onun dəqiq fırlanması və profil dəqiqliyi təmin edilsin. Digər tərəfədən dairənin işçi səthində dənəciklərin arasında yığılmış yonqar hissəcikləri təmizlənir və eyni zamanda yeyilmiş dənəciklər məcburi sındırlma nəticəsində yeni kəsici tillərə yiyələnir. Düzləndirmə baş verən mexaniki yonma pardaq dairəsi ilə düzləndirici alət arasındakı qarşılıqlı təsirlə müəyyən olunur. Dairə alət cütünün nisbi hərəkəti dairənin lazımı topoqrafiyasının və bununla lazımı pəstah səthinin alınması üçün zəmin yaradır. Pardaq dairəsinin profilinin alınması iki istiqamətdə aparıla bilər: Profilləşdirmə düzləndirici alətin kinematik hərəkəti nəticəsində yaranır, yəni alətin oxboyu və uzununa istiqamətdə hərəkəti zamanı o pardaq dairəsinin işçi səthində verilmiş profili kəsir. Düzlındiricin həndəsi forması o qədər də rol oynamır. Kəsən tili tək almazdan olan düzləndirici kənarda aldığı kəsmə dərinliyi (ta) ilə pardaq dairəsinin eni boyunca uzununa verişlə (Va) hərəkət etdirilir. NC idarə olunan dəzgahlarda düzləndirmə prosesi avtomatlaşdırılmış şəkildə aparılır. Profillərin açılmasında əsasən diyircəkli düzləndirici alətlərdən istifadə olunur.
Edelveys əməliyyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1.000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15.000 neft fəhlələri ilə yanaşı 167.000 əsgər, 4.540 pulemyot və 1.130 tank var idi. == Hazırlıqlar == Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Entebbe əməliyyatı
Entebbe əməliyyatı (ivr. ‏מבצע יונתן‏‎ ; ing. Operation Entebbe) — 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatı. Əməliyyatın saat yarım kimi kimi qısa bir vaxtda, İsrail torpaqlarından 4.000 km kənarda həyata keçirilməsi və 52 nəfərə qarşılıq, cəmisi 1 nəfərin həlak olması dönəmin dövrü mətbuatında böyük əks-səda yaratmışdır. Hadisədən bir gün əvvəl Fələstin Xalq Azadlıq Cəbhəsinə mənsub terrorçular Təl-Əviv-Paris xətti üzrə uçuşları icra edən Fransa Hava Yollarına məxsus Airbus A300 tipli təyyarəni qaçırmaqla istiqaməti Uqandanın Entebbe Hava Limanına doğru yönəltmişdilər. Təyyarədə olan 248 sərnişinin əksəriyyəti etnik yəhudilərdən və ya İsrail vətəndaşlarından ibarət idi. Terrorçular qaçırılan 248 nəfərin əvəzində İsrail tərəfindən həbs edilmiş 40 nəfərə yaxın fələstinli məhkumun və dünyanın dörd müxtəlif ölkəsində saxlanılan daha 13 məhkumun azad edilməsini tələb edirdilər. Sonuncu dayanacağı Paris şəhəri olan təyyarə Afinada qısa dayanmadan sonra Benqazi şəhərinin üzərindən uçaraq Uqandanın Entebbe şəhərinin mərkəzi hava limanına doğru yönəlmişdir. Uqanda lideri İdi Aminin terrorçuları şəxsən qəbul etdiyi təxmin olunsada, onlara öz dəstəyini göstərdiyi məlumdur. Hava limanına enən təyyarədə olan sərnişinlər köhnə terminal binasına aparılmış və burada etnik yəhudi olan və ya İsrail vətəndaşlığı daşıyanlarla, digər millətlərdən olanlar ayrı-ayrı otaqlara yerləşdirilmişdir.
Pepo
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
REPL
REPL (ing. read-eval-print loop, azərb. oxuma-hesablama-çap dövrəsi‎) — sadə interaktiv proqramlaşdırma mühiti. Bu termin daha çox Lisp proqramlaşdırma dilinin interaktiv mühitinə aid işlədilir, ancaq Smalltalk, Python, Ruby, Haskell, Scala, JavaScript və başqa dillərin interaktiv mühitinə də aid edilə bilər. Belə mühitdə istifadəçi hər hansı ifadəni daxil edə bilər ki, mühit onu dərhal hesablayar, hesablamanın nəticəsini isə istifadəçi üçün əks etdirər. “Read-eval-print loop” adı Lisp dilinin bənzər funksiallığı gerçəkləşdirən primitivlərinin adından götürülüb: read funksiyası bir ifadəni oxuyur və onu yaddaşda uyğun verilənlər strukturuna çevirir. eval funksiyası belə bir verilənlər strukturunu qəbul edir və ona uyğun ifadəni hesablayır. print funksiyası ifadənin hesablanmış nəticəsini qəbul edir və onu istifadəçi üçün çap edir. Hər hansı dil üçün REPL-mühitini gerçəkləşdirməkdən ötrü yuxarıda sadalanan üç funksiyanı gerçəkləşdirmək və onları sonsuz dövrdə birləşdirmək kifayətdir. Yeni dilin öyrənilməsi zamanı REPL-mühiti çox əlverişli olur, çünki istifadəçiyə sürətli əks əlaqə təqdim edir.
Reao
Reao (fr. Reao) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 1350 km şərqdədir. == Coğrafiya == Atollun sahəsi 9 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Reao kommunasına daxildir. == Tarixi == Reaoda ilk məskunlaşma b.e. I əsrində baş vermişdir. Reao ilk dəfə 1822-ci ildə fransız dənizçisi Louis Isidore Duperre tərəfindən kəşf edilmişdir. XIX əsrin ortalarında Manqareva adasından gələn misionerlər tərəfindən əhalisi xristianlaşdırılmışdır.
Reno
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Azərbaycan repi
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı. 2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.
Cucurbita pepo
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Depo hesabı
Depo hesabı — (ing. custody account) qiymətli kağızların uçotu məqsədilə depozitarda ümumi əlamətlərlə birləşdirilmış məlumatların məcmusunu əks etdirən depozitar əməliyyatların uçotu vasitəsidir.
Jan Reno
Jan Reno (fr. Jean Reno; 30 iyul 1948[…], Kasablanka) — ispan əsilli Fransa aktyoru. == Həyatı == İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur.
Lui Reno
Lui Reno (21 may 1843[…] – 8 fevral 1918[…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir. Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.
Rezo Qabriadze
Rezo Levanoviç Qabriadze (gürc. რევაზ (რეზო) ლევანის ძე გაბრიაძე; 29 iyun 1936, Kutaisi, Gürcüstan SSR, SSRİ – 6 iyun 2021, Tbilisi) — Sovet və gürcü ssenaristi, dramaturq, rejissor, rəssam, heykəltaraş, Tbilisi Kukla Teatrının yaradıcısı. SSRİ Dövlət Mükafatı laureatı (1989). == Həyatı == Rezo Qabriadze 29 iyun 1936-cı ildə Kutaisi şəhərində anadan olub. 1964-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1967 — Moskvada ssenaristlər və rejissorlar üçün ali kurslarda təhsil almışdır. Tələbə olarkən İnquri Su Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. == Yaradıcılığı == Rezo Qabriadze "Qəm eləmə!", "Mimino", "Qeyri adi sərgi", "Kin-dza-dza!", "Pasport" kimi 35-dən çox filmin ssenari müəllifidir. 1981-ci ildə Rezo Qabriadze Tbilisi Kukla Teatrının əsasını qoyub. Rezo rejissor, dramaturq, rəssam və heykəltaraş kimi pyeslər yazıb, kuklalar yaradıb və onları öz teatrının səhnəsində canlandırıb.
Rezo Çoçiyev
Rezo Çoçiyev (oset. Резо Цоциты; 20 iyun (3 iyul) 1906 – 1983, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, dramaturqu və tərcüməçisi. == Bioqrafiyası == 20 iyun 1906-cı ildə Tiflis vilayətinin Otreu kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. Erkən yaşlardan kənd təsərrüfatı işləri ilə məşğul olur. Çoban işləyir. Doqquz yaşında yalnız bir il oxuduğu yerli bir məktəbin birinci sinfinə daxil olur və ailənin çətin maddi vəziyyəti səbəbindən məktəbi tərk edir. Yenidən çoban işləməyə başlatır. 1917-ci ildən çəkməçi şagirdi olaraq işə düzəlir. 1920-ci ildə Rezo Çoçiyevlər ailəsi Cənubi Osetiya üsyanı zamanı düşmənçilik səbəbindən Şimali Osetiyaya qaçır. Ardon şəhərində yaşayır.
Rezo Çxeidze
Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi – 3 may 2015, Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti == Həyatı == Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur. 1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur. 1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır. Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.
Rezo Əliyev
Rezo Rəhim oğlu Əliyev (20 aprel 1968, Soğanlıq) — Almaniyada qazanılmış texnika üzrə "Doktor-mühəndis" elmi dərəcəli, azərbaycan əsilli alman mühəndisi. == Həyatı və elmi fəaliyyəti == Rezo Əliyev 20 aprel 1968-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) daxil olaraq tələbə adını qazanır. 1992-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirir və fərqlənən məzunlar arasından seçilərək həmin ali məktəbdə gənc tədqiqatçı kimi işlə təmin olunur. 1992–1995-ci illərdə AzTU-da professor Həsən Hüseynovun rəhbərliyi altında elmi-tədqiqat işi ilə məşğul olur. Bu dövrdə maşınqayırma sahəsində aparıcı elmi jurnallarda bir çox elmi məqalələrlə çıxış edir. Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü stipendiyaya əsasən 1995-ci ildə Frayberq Texniki Universitetinə ezam olunur. 1995–1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. Frayberq Texniki Universitetinin maşınqayırma fakültəsinin elmi şurasının qərarı ilə 1997-ci ildə həmin universitetdə doktoranturaya qəbul olunur. Maşınqayırmada yüksək texnologiyalar sahəsində yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edərək, Almaniya Federativ Respublikasında ilk azərbaycanlı olaraq "Doktor-mühəndis" elmi dərəcəsinə yiyələnir.
San-Remo
San-Remo (it. Sanremo) — İtaliyanın şimal qərbində yerləşən şəhər.
Türkiyə repi
Türkiyə hip-hopu (türk. Türkçe rap) — hip-hop musiqi janrının növü.
Reto Huq
Reto Huq (24 yanvar 1975) — İsveçrəni təmsil edən triatlonçu. == Karyerası == Reto Huq İsveçrəni 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 8-ci pillədə başa vurdu. Daha sonra Reto Huq İsveçrəni 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 40-cı pillədə başa vurdu. Növbəti dəfə Reto Huq İsveçrəni 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 29-cu pillədə başa vurdu.
Əhməde Həpo
Əhməde Həpo (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu. == Həyatı == Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir. Onun əsərləri kürd dilində də nəşr olunmuşdur. Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir.
Rejö Balint
Rejö Balint (mac. Rezső Bálint; 22 oktyabr 1874, Budapeşt – 23 may 1929, Budapeşt) — yəhudi əsilli Macarıstan nevroloqu və psixiatrı. O, Balint sindromunu ilk müəyyən edən həkim kimi tanınır. == Həyatı == Rejö Balint 22 oktyabr 1874-cü ildə Budapeştdə məskunlaşan alman-yəhudi ailəsində anadan olmuşdur. Rejö Balintin tibb institutunda oxuduğu müddətdə nəşr olunan ilk əsərləri hemiplegiyada əzələ atrofiyası hallarının öyrənilməsinə həsr olunmuşdu. O, daha sonra dorsal tabları və epilepsiyanın müalicəsini öyrənmişdir. Balint 1897-ci ildə Tibb İnstitutunu bitirmişdir. Balint 1910-cu ildə ali təhsil almış, 1914-cü ildə qeyri-adi professor, 1917-ci ildə isə tam professor olmuşdur. O, 1929-cu ildə 54 yaşında qalxanabənzər vəzi xərçəngindən vəfat etmişdir.